Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Hadisə

Öldürülən qardaşlara işgəncə faktları təsdiqləndi

By Vüsal Rafiqoğlu
02.07.2025 3 Min Read

Baş Prokurorluğun İstintaq İdarəsi Yekaterinburqda gizlədilməyə çalışan cinayəti araşdırmağa qərar verdi; Səfərovların daha bir qardaşının həbs müddəti qondarma ittihamlarla uzadıldı

İyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib.

Basqın zamanı 2 azərbaycanlı – Ziyəddin və Hüseyn Səfərov qardaşları vəhşicəsinə döyülərək öldürülüb. Ailənin digər nümayəndələri Məzahir, Akif, Bakir və Ayaz Səfərovlar və daha iki şəxs – Şahid Lalayev və Əhliman Gənciyev isə saxlanılıb. Hüseyn Səfərov Azərbaycan, Ziyəddin Səfərov isə Rusiya vətəndaşıdır. Onlar tanınmış jurnalist, ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Rəsmi təsdiqlənməyən məlumatlara görə, əməliyyatın motivi kimi 2001-ci ildə baş vermiş bir qətl hadisəsi göstərilir. Lakin 23 il əvvəl baş verən və hüquqi sistemdə artıq unudulmuş bir hadisənin bu cür genişmiqyaslı, öldürülməyə qədər gedən əməliyyata bəhanə olması suallar doğurur.

Yekaterinburq məhkəməsinin ilkin qərarı ilə Məzahir, Akif və Ayaz Səfərovlar barəsində əvvəlcə 22 sutkalıq həbs-qətimkan tədbiri, digər saxlanılanlar Şahid Lalayev və Əhliman Gənciyev barəsində  isə 72 saatlıq həbs-qətimkan tədbiri seçilib.

İyulun 1-də Yekaterinburq məhkəməsi Bakir Səfərov barəsində yeni qərar çıxarıb. Belə ki, məhkəmə Bakir Səfərov barəsində 22 günlük həbs-qətimkan tədbiri seçərək onu iyulun 19-dək istintaq təcridxanasına göndərib.

İyunun 30-da Hüseyn və  Ziyəddin Səfərov qardaşlarının nəşi Azərbaycana gətirilib və xüsusi komissiya tərəfindən müayinə olunub. Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin sədri Ədalət Həsənov ekspertizanın rəyini açıqlayıb. O bildirib ki, müayinədən öncə onların ölüm haqqında tibbi şəhadətnaməsi təqdim olunub: “Rusiyada məhkəmədə meyitlər ayrı-ayrı ekspertlər tərəfindən müayinə olunub və ölümün səbəbi müxtəlif yazılıb. Ekspertiza rəyində Ziyəddinin ürək turmasından, Hüseynin isə sadəcə travmadan öldüyü qeyd edilib. Hüseynin meyitinə verilən rəydə göstərilib ki, küt alətlə travmadan dünyasını dəyişib. Amma hansı şəraitdə öldüyü guya bilinmir.

Biz meyiti xarici müayinə edərkən bədən üzvlərinin yerdəyişən sınığı, döş qəfəsinin sınığı, başın sol almacıq sümüyünün sınığı, böyük bir sahənin hemotoması, alt və üst dodaqların selikli qişasında qançırlar, sol və sağ qaşüstü nayihəsində sıyıqlar, döş qəfəsinin arxa hissəsində qançırlar, sol xayalarda qançır aşkar edildi. Ona xüsusi küt alətlə xəsarətlər yetiriblər. Hər iki budun geniş nahiyyəsində qançır və hemotomalar, sol bel nayihəsinin geniş ölçülü sıyrığı ilə qəbul etdik.

Daxili müayinə zamanı isə baş dərisinin iç səthində qansızmalar, baş beyinin sərt və yumşaq qişasında qansızmalar, qabırğaların çoxsaylı yerdəyişmiş sınıqları aşkar edildi. Hər iki tərəfdə qabırğalar 7-8 yerdən sınmışdı. Hətta qabırğalardan birini tapa bilmədik. Qabırğa sınığı ağciyəri zədələyib. Ağciyərin kəsilmiş-cırılmış yaraları aşkarlandı. Diafraqmada da küt travma və cırılma var idi. Qaraciyər və dalaq cırılıb, dağılıb. Qarın boşluğunda periton,  qan hopması aşkar edildi. Ölümə çoxsaylı travmalarla əlaqədar posttravmatik şok səbəb olub”.

Ə.Həsənov qeyd edib ki, Ziyəddin Səfərova isə ürək çatışmazlığı diaqnozu qoyulub: “Rusiyadakı ekspertizada göstərilir ki, guya ürəyin işemik xəstəliyindən vəfat edib. Biz isə müayinə edərkən məlum oldu ki, sağ və sol gözün qapaqlarında qansızmalar, boyunun sol və sağ nayihəsində qançır və sıyıqlar, döş qəfəsində deformasiyalar və zolaq halında sıyrıqlar, bud və baldırlarda sıyrıq və qançırlar, xayalarda qançır, sıyrıq və qansızmalar aşkarlandı. Bundan başqa, meyitin daxili müayinəsi zamanı onun boynunun sol və sağ ətraflarının zolaqlı qançırları, onurğanın zolaqlı sıyrıqları və digər travmalar aşkar edildi”.

Qardaşların nəşi iyulun 1-də rayon icra hakimiyyətinin başçısı və nümayəndələri, mərhumların yaxınları, rayon ictimaiyyətinin iştirakı ilə Ağcabədi rayonunda dəfn edilib.  Hüseyn və Ziyəddin Səfərovların xüsusi amansızlıqla qəsdən öldürülməsi və saxlanılan Azərbaycan vətəndaşlarına işgəncələr tətbiq edilməsi faktı üzrə bir neçə maddə ilə cinayət işi başlanıb.

İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub, cinayət işi üzrə istintaqa qrupu yaradılmaqla aktiv istintaq tədbirləri icra edilir.

Seyfəddin Hüseynli jurnalistlərə açıqlamasında bildirib ki, bundan sonrakı mərhələ artıq istintaq orqanlarının işidir: “Mən yalnız onu deyə bilərəm ki, bu məsələnin bütün gerçəklərinin üzə çıxması üçün mövcud imkanlar tam səfərbər edilib. Hələ ki doğma Mərzili kəndimizə qayıtmaq imkanımız olmadığı üçün qardaşlarım atam, anam və yaxınlarımızın dəfn olunduğu məzarlıqda torpağa tapşırıldı”.

S.Səfərov hazırda Rusiyada saxlanılan və ciddi xəsarət alan soydaşlarımızın hüquqlarının müdafiəsində dövlətimizin dəstəyinə güvəndiyini bildirib: “Orada qalanlar arasında ağır və ciddi xəsarət alanlar da var. Onların bir qismi hələ də təcridxanadadır və barələrində əsassız məhkəmə prosesi aparılır. Həmin şəxslər arasında qardaşım 61 yaşlı Səfərov Zakir Mehdi oğlu da var. Məhkəmənin ona təyin etdiyi 72 saatlıq müddətin artıq başa çatmasına baxmayaraq, onun azadlığa buraxılması süni maneələrlə gecikdirilir. Bunun belə olmaması ümidi ilə yaşayıram. İnanıram ki, bu məsələdə əldə olunacaq hər bir nəticə dövlətimizin gücü və ədaləti sayəsində mümkün olacaq.

Təkcə bir ailənin, bir el-obanın deyil, bütün Azərbaycanın acısını yaşayırıq. Yekaterinburqda baş verən faciədə ölkəmizin ləyaqətli oğulları qanunsuz şəkildə həbs olunub, amansız işgəncələrə məruz qalaraq öldürülüblər. Onlara qarşı saxta ittihamlarla qondarma “məhkəmə” qurulub”.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Rusiyada Azərbaycanla bağlı ŞOK PLAN HAZIRLANDI: bu gün GÜNORTA SAATLARINDA…

Next

Moskvadan İrəvana hədə: “Stulunu seç…”

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv