Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Tehran üçün kritik 3 il – İranın ABŞ-a şərti və yeni hücumun tarixi

By Vüsal Rafiqoğlu
03.07.2025 3 Min Read

İrana yeni zərbələr endirilə bilər

İsrailin xarici işlər naziri Gideon Saar İrana qarşı “Snapback” mexanizminin tətbiq olunmasına çağırıb. APA xəbər verir ki, nazir bununla bağlı özünün X hesabında bildirib.

“Snapback mexanizmini aktivləşdirməyin vaxtı çatıb. Mən Avropa üçlüyünü İrana qarşı bütün sanksiyaları yenidən tətbiq etməyə çağırıram. İran elə indicə Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığı dayandırmaqla bağlı bəyanat verdi. Bu bütün beynəlxalq öhdəliklərin inkar edilməsidir. Beynəlxalq ictimaiyyət qətiyyətli addımlar atmalı və İranın nüvə ambisiyalarını dayandırmaq üçün bütün vasitələrdən istifadə etməlidir”, – nazir qeyd edib.

Qeyd edək ki, “Snapback” mexanizmi və ya sanksiyaların avtomatik qaytarılması BMT Təhlükəsizlik Şurasının 2015-ci ildə İranla nüvə sazişini təsdiqləyən 2231 saylı qətnaməsində təsbit edilib. Bu, sazişdə iştirak edən hər hansı dövlətə, onların fikrincə, sazişin şərtlərini pozduğu təqdirdə İrana qarşı beynəlxalq sanksiyaları geri qaytarmağa imkan verir.

“İsrail İrana qarşı növbəti hərbi kampaniyaya hazırlaşmalıdır”. Bu sözləri isə İsrail parlamentində “İsrail bizim evimiz” partiyasının lideri Aviqdor Liberman deyib.

“Bizim İrana qarşı növbəti hərbi kampaniyaya maksimum 3 il vaxtımız var. Bu o deməkdir ki, İsrail hökuməti bütün prioritetlərini dəyişməlidir”, – o bildirib.

Liberman müdafiə büdcəsini ÜDM-in 8%-nə çatdırmağa çağırıb və xatırladıb ki, “İranın nüvə proqramı ciddi zərbə alıb, lakin o, məhv edilməyib, bərpa oluna bilər və İran rejimi bütün səylərini buna sərf edir”.

Bu arada İranın xarici işlər naziri Abbas Əraqçi “CBS Nyus”a deyib ki, ABŞ-la nüvə danışıqları ABŞ hərbi təhdidlərini dayandırmayana qədər davam etməyəcək.

“Danışıqların bərpa edilib-edilməməsinə qərar vermək üçün ilk növbədə Vaşinqtonun danışıqlardan hərbi təcavüz üçün istifadə etməyəcəyinə əmin olmalıyıq”, – nazir qeyd edib.

Əraqçinin sözlərinə görə, diplomatiyanın qapıları heç vaxt bağlanmayacaq: “Uranın zənginləşdirilməsi qabaqcıl, elmə əsaslanan sənayedir. Bu sənaye zədələnərsə və ya məhv olarsa, biz bu sənayedə yenidən irəliləyiş əldə etmək üçün zərəri tez bir zamanda bərpa edə və uğursuzluqları aradan qaldıra bilərik. Uranın zənginləşdirilməsi texnologiyası və biliyi bombalama ilə məhv edilə bilməz”.

Bəs Vaşinqton İranın danışıqlar üçün şərtini qəbul edəcəkmi? Doğrudanmı Tehranın nüvə proqramı 3 il geri atılıb?

Yusif Bağırzadə: Ermənistan kimi qonşusu olan bir ölkə olaraq bizim daim  hazır vəziyyətdə olmamız şərtdir - "İki sahil"

 Yusif Bağırzadə

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, İsrail və İran arasında hərbi əməliyyatlar dayansa da, tərəflərin qarşılıqlı ittihamları davam edir və istənilən an güc tətbiqi riski qalır: “Bunu İsrailin xarici işlər naziri Gideon Saarın elə bu gün (dünən) İrana qarşı “Snapback” mexanizminin tətbiq olunmasına çağırış etməsi, beynəlxalq ictimaiyyəti qətiyyətli addımlar atmağa çağırması, İranın nüvə ambisiyalarını dayandırmaq üçün bütün vasitələrdən istifadə edilməli olduğuni deməsi, İranın isə həmin gün MAQATE ilə əməkdaşlığı dayandırmaqla bağlı bəyanat verməsi də təsdiqləyir. İran tərəfi hələ ki nüvə danışıqlarına başlamaq niyyətində olmadıqlarını bəyan edərək şərtlər isrəli sürür. Digər tərəfdən isə biz İranın ali dini lideri Əli Xamneyinin müşaviri tərəfindən Donald Tramp və Benyamin Netanyahunun öldürülməsinin vacibliyinə dair çağırışlara şahidlik edirik. Daha vacibi isə istər ABŞ, istərsə də İsrailin kəşfiyyat qurumlarından gələn məlumatlardır. Həmin məlumatlarda İranın zənginləşdirilmiş uranı gizlətdiyi və hansısa başqa gizli nüvə obyektinin mövcudluğundan bəhs edilir. Belə olan halda İsrailin İrana qarşı yeni əməliyyatlara başlama ehtimalı artır”.

Politoloq hesab edir ki, son bir neçə gündə İsrailin ABŞ-la yeni silah müqavilələri imzalaması da rəsmi Tel-Əvivin yeni əməliyyatlara hazırlaşdığını, əslində isə müəyyən mənada başladığını göstərir: “Lakin belə bir vəziyyətdə indi İsraildə “növbəti hərbi kampaniya üçün üç il vaxtımız var” deyən şəxslərin niyə məhz bu müddətə hədəfləndiyini demək çətindir. Çünki əgər həqiqətən də İranın nüvə proqramı ciddi zərər görməyibsə və həqiqətən də zənginləşdirilmiş uran hansısa gizli nüvə obyektində zənginləşdirilməyə davam etdirilirsə, o zaman 3 il olduqca gec bir müddətdir. Görünür, digər fərziyyələrə rəğmən İsrail həqiqətən də İranın nüvə proqramını bir neçə illik geriyə atdığını düşünür”.

İranla ABŞ arasında nüvə danışıqlarının bərpa olunub-olunmayacağı və ABŞ-ın İranın şərtlərini qəbul edəcəyinə gəldikdə isə Yusif Bağırzadə qeyd etdi ki, İran indi kiməsə, xüsusilə ABŞ-a şərt irəli sürəcək durumda deyil: “ABŞ-ın İrana dinc məqsədlər üçün nüvə proqramına dəstək verməsi şərtini qəbul edib danışıqlar masası arxasında oturmaq indi İran üçün ən məqbul seçim kimi görünür. İranın bütün bəyanatlara baxmayaraq, gec-tez bu şərtlər daxilində nüvə sazişi danışıqlarına başlayacağını ehtimal etmək olar. Çünki əks halda, bu, İrana olduqca baha başa gələ bilər. 12 günlük müharibə İsrailin və Amerikanın bu məsələdə nə dərəcədə ciddi olduğunu və İranın toxunulmaz olmadığını göstərdi”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qohum evliliyinə dair qadağa gələcək nəsillərin sağlamlığının qorunması baxımından mühüm addımdır VİDEO

Next

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edibFOTO

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv