Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Rusiyanın Azərbaycan müxalifətinə işi düşdü – “KASIBLAR İTTİFAQI”

By Vüsal Rafiqoğlu
09.07.2025 4 Min Read

Bəzi rusiyalı siyasi ekspertlər son proseslərdə yenə hakimiyyətin opponentlərindən yararlanmaq istəyir – siyasi təşkilatlardan təpki

Rusiya-Azərbaycan gərginliyi ölkə müxalifətinin işinə yarayıb. Məlumatlara görə, müxalifət Rusiya mediasının da diqqətini çəkib, məsələn, Müsavat başqanı İsa Qəmbər Rusiyanın RBK və Ukrayna mediasına geniş açıqlamalar verib. AXCP sədri də diqqətdən kənarda qalmayıb.

“Müxalifət liderlərinin bu cür qəfil maraq obyekti olması isə siyasi təcrübəsi olan hər kəs üçün siyasi alətin vitrində nümayişi deməkdir. Bu müsahibələr daxili narazılığı şişirtmək, hakimiyyətə təzyiq rıçaqları yaratmaq, Azərbaycana “demokratiya dərsi” keçmək üçün istifadə olunur. Müxalifət isə bunu real siyasi maraq kimi qəbul edir və özlərinin beynəlxalq səviyyədə tanındığını düşünür. Halbuki bu diqqət milli marağın yoxluğunun, alət kimi istifadə edilməyin ən real sübutudur”, – deyə Modern.az saytı öz təhlilində yazıb.

Maraqlıdır ki, Rusiyanın bəzi politoloqları Bakını “ayıltmaq üçün” Azərbaycan müxalifəti ilə əlaqələr qurulmasının vacibliyini vurğulayıblar. Sirr deyil ki, Rusiya Azərbaycana təzyiq etmək üçün müstəqilliyin ilk illərində və sonralar da onlara nisbətən yaxın olan siyasi qüvvələrdən istifadə etməyə cəhdlər edib. 2013-cü il Azərbaycanda prezident seçkisi ərəfəsində Rusiyada Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı, Azərbaycanda isə “Milyarderlər İttifaqı” adlanan təşkilatın Rusiya vətəndaşlığı olan yazıçı Rüstəm İbrahimbəyovu Azərbaycan prezidentliyinə namizəd göstərməsini xatırlatmaq kifayətdir. ÜATİ 2012-ci ilin sentyabr ayının 28-də Moskvada təsis edildi. Azərbaycanda keçiriləcək 9 oktyabr seçkisinə 1 il qalmış elan edilən bu təşkilatın Koordinasiya Şurasında hakimiyyət üçün sürpriz isimlər toplandı.

Quruma Azərbaycan baş nazirinin keçmiş birinci müavini Abbas Abbasov, “AzerRos” prezidenti Söyün Sadıqov, Rusiya Notarial Kontorlar Gildiyasının prezidenti Natiq Agamirov, Asif Məhərrəmov, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov, milyarder iş adamları İsgəndər Xəlilov, Vahid Ələkbərov, Araz Ağalarov və Telman İsmayılov daxil idi. Elə həmin toplantıda Koordinasiya Şurası Abbas Abbasovu yekdilliklə qurumun sədri seçmişdi. Təxmini hesablamalara görə, qurumda təmsil olunanların ümumi 40 milyard dollar varidatı vardı.

Rusiyanın Azərbaycan hakimiyyətinə təzyiq etmək üçün “Milyarderlər İttifaqı”nın ardınca ölkənin əsas müxalifətinin birləşdiyi Milli Şura ideyası ortaya atıldı.

Vaxtilə Azərbaycan müxalifətində təmsil olunan İlham İsmayıl öz müəllif yazısında bu barədə fikirlərini bildirib. Sitat: “Azərbaycanda müxalifət var. Amma hakimiyyətə gəlmək naminə Rusiyaya arxalanan heç bir müxalif qüvvə yoxdur. Ayrı-ayrı “5-ci kolon” kimi tanıdıqlarımız və sovet nostalgiyası ilə yaşayanlar, sinələrinə Georgi lenti taxanlar, şəxsi mənafeləri naminə Rusiyaya simpatiya bəsləyənlər və sair bu tip insanlar ola bilər, amma onlar siyasi qüvvə səviyyəsində deyillər və ola bilməzlər də. Hətta belələri bilir ki, bir addım atsalar, Azərbaycan xalqı onları vətən xaini kimi qəbul edəcək”.

İlham İsmayıl: “Hücum zamanı səfirliyin əməkdaşları niyə heç bir müqavimət  göstərməyiblər?” Pravda.az

 İlham İsmayıl 

İ.İsmayıl Rusiya xüsusi xidmət orqanlarının bütün sahələrdə casus əldə etmək istiqamətində cəlbetmələrlə məşğul olduğunu xatırladıb:  “Onların içərisində müxtəlif kateqoriyalı səlahiyyətli şəxslərin, yəni təsir agentlərinin olması barədə zaman-zaman məlumatlar yayılıb. Amma hesab edirəm ki, o qəbildən olanların bəziləri artıq tarixin arxivinə, bəziləri də zibilliyinə atılıb. Onların baş qaldırması mümkün deyil”.

İndi əlbəttə ki, “Milyarderlər İttifaqı” qurulması gözlənilmir, çünki müharibə edən Moskvanın özünün indi pula xüsusi ehtiyacı var. O səbəbdən yeni müxalifət birliyi yaratmaq mümkün olarsa, onu “Kasıblar İttifaqı” adlandırmaq olar. Çünki nə müxalifət həminkidir, nə Rusiya, nə də Qarabağ problemini birdəfəlik həll edən Azərbaycan hakimiyyəti…

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

Tural Abbaslı

AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a bildirib ki, iqtidar və müxalifət əks qütblərdir. Onun sözlərinə görə, bununla belə, müxalifət dövlətin inkişafı üçün vacibdir: “Bəzən bunu yanlış anlayırlar. Amma müxalifət həkimin xəstəliyi aşkara çıxarmasına bənzəyir. Ona görə müxalifətin çatışmazlıqları deməsi iqtidar tərəfindən aqressiv qarşılanmamalıdır. O ki qaldı Rusiya ilə əlaqələrə, Azərbaycanın bu hadisələrdə tutduğu mövqe haqlıdır. Rusiyanın son davranışlarına Azərbaycan sərt reaksiya verib və obyektiv addım atıb”.

T.Abbaslı hesab edir ki, bu gün Azərbaycan regionda güclənir və Rusiya Cənubi Qafqazda mövqeyini itirir: “Azərbaycan müxalifəti bu prosesdə iqtidarın mövqeyini bölüşür və xarici qüvvələrin ondan alət kimi istifadə etməsinə icazə verməməlidir. Ancaq bu hadisələr başa çatdıqdan sonra müxalifət analiz edərək boşluqları iqtidara bəyan etməlidir. Yəni miqrant məsələsi, iqtisadiyyatdakı problemlər, işsizlik səbəbindən azərbaycanlıların Rusiyaya axını da vurğulanmalıdır. İndi isə hələlik bu proseslərdə gərginlik qalır və müxalifət hakimiyyətlə eyni mövqedən çıxış etməlidir”.

 Samir Əsədli 

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli isə bu qənaətdədir ki, xarici təzyiqlər olanda iqtidarla müxalifət həmrəylik nümayiş etdirməlidir: “Çünki bu, təkcə iqtidarın məsələsi deyil. Əgər Azərbaycana, Rusiyadakı həmvətənlərimizə təzyiqlər varsa, müxalifət yaxasını kənara çəkə bilməz. Əksinə, elə ən sərt şəkildə müxalifət Rusiyanın cavabını verməlidir. Çünki Rusiya Azərbaycan müxalifəti üçün mayak ola bilməz. Bəlkə kimlərsə Rusiyanın Azərbaycana demokratiya gətirəcəyi haqda bəsit illüziyalara qapılıb, amma kökündən yanlış gözləntidir. Rusiyadan Azərbaycana heç zaman demokratiya gələ bilməz, çünki özündə yoxdur. Ona görə də Kreml zaman-zaman Azərbaycanda məkrli siyasi ssenarilər hazırlayanda buna ilk biz etiraz etmişik. O dövrdə də “Milyarderlər İttifaqı” layihəsi məhz Rusiyanın təzyiq planı idi. Yəni Moskva heç vaxt Azərbaycanın yaxşılığını fikirləşə bilməzdi. Odur ki, müxalifət son hadisələrdə gedişatı iqtidara qarşı fürsət kimi dəyərləndirməli deyil”.

S.Əsədli əlavə edib ki, Rusiyadan gələn istənilən siyasi küləyin qarşısında möhkəm dayanmaq lazımdır və müxalifət avantüraya getməməlidir.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakını anti-ABŞ blokuna qoşmaq riski

Next

Türkiyə və İsrail Azərbaycan masasından niyə çəkildilər?

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv