Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Rusiyaya pomidor sata bilməsək…

By Vüsal Rafiqoğlu
16.07.2025 3 Min Read

Ekspert: “Azərbaycan pomidorunun yerini nə dad, nə davamlılıq baxımından heç bir məhsul doldura bilmir”

Azərbaycan pomidoru yenə də Moskva-Bakı münasibətlərinin barometrinə çevrilib. Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsullarına qarşı növbəti dəfə “fitosanitar zərbə” endirib. Krasnodar diyarında fəaliyyət göstərən Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin əməkdaşları Azərbaycandan gətirilmiş 18 ton şaftalı və nektarini məhv etdiklərini açıqlayıblar. Qurumun iddiasına görə, məhsulda “Qərb çiçək tripsləri” adlı zərərverici aşkarlanıb. Daha sonra isə 15 ton pomidorda “Cənubi Amerika mina güvəsi” tapılıb və həmin məhsullar da dərhal məhv edilib.

Rusiyanın Azərbaycan məhsullarını sıradan çıxarmaq üçün göstərdiyi əsaslardan biri də guya aşkar edilmiş zərərvericilərdir. Amma diqqət çəkən məqam onların adlarıdır: “Qərb çiçək tripsi”, “Cənubi Amerika mina güvəsi”. Məhz Qərb və Amerika mənşəli təhlükələrdən bəhs olunması təsadüfdür? Aydındır ki, bu, sadəcə biologiya terminləri deyil. Bu adların özü bir ideoloji mesaj mahiyyəti daşıyır.  Rusiya ictimai rəyində illərdir formalaşan “Qərbdən gələn hər şey təhlükəlidir” ritorikası artıq kənd təsərrüfatına da sirayət edib. Azərbaycan meyvəsi, tərəvəzi, sadəcə, məhsul kimi yox, geopolitik simvol kimi etiketlənir. Bioloji izahatın arxasında siyasi altqat açıq-aydın hiss olunur. Belə olan halda, zərərverici həşəratlar da diplomatik münasibətlər qədər kodlu danışır.

İllərdir Azərbaycandan Rusiyaya tonlarla pomidor göndərilirdi. Amma indi görünən odur ki, tonlarla pomidor siyasətin daşına tuş gəlib. Hər dəfə diplomatik münasibətlərdə soyuqluq yarananda, ilk zərbəni pomidor alır. Sərhəddə günlərlə saxlanılan məhsullar, “güvə” bəhanəsi, dərhal məhv edilən tonlarla ərzaq ssenarisi artıq tanışdır. Əgər pomidor siyasətin göstəricisinə çevrilibsə, bu siyasət dəyişməlidir. Azərbaycan bu məsələdə həm iqtisadi möhkəmlik, həm də diplomatik ağıl nümayiş etdirməlidir. Əks halda, hər dəfə sərhəddə pomidorlar yox, millətin əziyyəti və gəliri məhv olacaq. Rusiya hər dəfə Azərbaycandan bəzi meyvə və tərəvəzlərin idxalına qadağa qoyacaq.

Bu, iqtisadi tədbir kimi göstərilsə də, əslində diplomatik jest, yəni siyasi narazılığın “kənd təsərrüfatı dili”ndə ifadəsi kimi dəyərləndirilir. Xüsusilə də son günlərdə Yekaterinburq hadisələri, Azərbaycanın sərt ritorikası və ardınca Rusiya tərəfinin “səssiz reaksiyası” fonunda…

Pomidorla danışan diplomatiya haqda Rusiya mediası  yazır ki, bu addımlar Azərbaycan üçün 1,2 milyard dollar həcmində ixrac itkisinə səbəb ola bilər. Bəs bu rəqəm realdırmı?

Xalid Kərimli: “ƏDV-nin geri qaytarılması tikinti sektorunun  şəffaflaşdırılmasını genişləndirir”

Xalid Kərimli

İqtisadçı ekspert Xalid Kərimli “Yeni Müsavat”a deyib ki, bu rəqəm illik ziyanı deyil, orta və uzunmüddətli dövrdə mümkün itkiləri əks etdirir: “Dövlət Gömrük Komitəsinin rəsmi statistikasına əsasən, Azərbaycan ildə 150-200 milyon dollar dəyərində pomidor, 300-350 milyon dollar dəyərində isə meyvə (alma, xurma, şaftalı, nektarin və s.) ixrac edir. Bu məhsulların 95-98 faizi məhz Rusiya bazarına yönəldilir. Əgər sanksiyalar 3-4 il davam edərsə və Azərbaycan alternativ bazarlar tapa bilməzsə, ümumi zərərin 1 milyard dollardan çox olması real ehtimaldır”.

Ekspertin sözlərinə görə, fitosanitar bəhanə ilə ticarətin bloklanması Rusiya diplomatiyasının klassik metodudur. Bu, yalnız Azərbaycanla deyil, digər MDB ölkələri ilə də baş verib. Lakin budəfəki hadisə həm zamanlamasına, həm də kəskinliyinə görə fərqlənir: “Bu, klassik “yumşaq təzyiq” metodudur. Rəsmi Moskva narazıdırsa, qəzəbini Azərbaycan pomidorunun üzərində göstərir. Və bu narazılığın əsasında həm siyasi, həm də geosiyasi amillər dayanır”.

Bəs Azərbaycan pomidorundan imtina olunarsa, ruslar nə yeyəcək?

Xalid Kərimli bu sualın cavabını da verir. Onun sözlərinə görə, Azərbaycan pomidoru Rusiya bazarında keyfiyyət və dad baxımından dominantdır: “Türkiyə pomidoru bahalıdır və məhdud mövsümdə mövcuddur. İran pomidoru ucuzdur, lakin keyfiyyət və görünüş baxımından Azərbaycan məhsulundan geri qalır. Özbəkistan və Tacikistan məhsulları isə logistik baxımından uzaqdır və davamlılıq zəifdir. Rusiyadaxili istehsal isə yalnız 2-3 ay açıq sahədə mövcuddur, istixana pomidoru isə həm bahadır, həm də dadı “plastikdir””.

Ekspert bildirir ki, əgər Kreml bu siyasətə davam edərsə, əslində əsas zərəri rus alıcılar çəkəcək:  “Supermarketlərdə qiymət artacaq, keyfiyyət aşağı düşəcək. Çünki Azərbaycan pomidorunun yerini nə dad, nə davamlılıq, nə də həcm baxımından heç bir məhsul doldura bilmir”.

İqtisadçı ekspert bildirir ki, bu böhrandan çıxış yolu sadədir: “Planlaşdırılmış, strateji yanaşma ortaya qoyulmalı, yeni ixrac bazarlarının tapılmalıdır. Körfəz ölkələri, Orta Asiya, Cənubi Asiya, xüsusilə Hindistan və  Pakistan istiqamətləri araşdırılmalıdır. Logistika və infrastrukturun gücləndirilməsi vacibdir. Soyuducu anbarlar, keyfiyyətli daşınma sistemləri qurulmalı, məhsulların uzaq bazarlara da çatdırılması təmin olunmalıdır. Fitosanitar nəzarətin gücləndirilməsi və beynəlxalq sertifikatlaşdırma işləri də inkişaf etdirilməlidir. Məhsulların keyfiyyəti və təhlükəsizliyi beynəlxalq standartlara uyğun sertifikatlarla təmin olunmalıdır. Fermerlərə və ixracatçılara dövlət dəstəyi real olmalıdır. Güzəştli kreditlər, ixrac subsidiyaları, vergi tətilləri və bazar tənzimləməsi vasitələri ilə sektorda panikanın qarşısı alınmalıdır”.

 Xalid Kərimlinin fikrincə, hazırkı vəziyyət bir həqiqəti ortaya qoyur: “Pomidor artıq sadəcə kəndli malı deyil, dövlətin iqtisadi və siyasi alətidir. Əgər bu alət düzgün idarə olunmazsa, fermer də, dövlət büdcəsi də ziyan çəkəcək”.

Elşən MƏMMƏDƏLIYEV,
“Yeni Müsavat”

 

 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

DSX generalı vəzifədən azad edilib? İlham Mehdiyev kimdir?

Next

İmtahan yoxsa psixoloji sınaq? – Abituriyentlərin gərginliyi və valideynlərin rolu

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv