Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Naxçıvan dəhlizi” sərsəmləməsi

By Vüsal Rafiqoğlu
29.07.2025 3 Min Read

Donbasa gedərək separatçıları dəstəkləyən hərəkat sədri Tevanyanı hansı paytaxt danışdırır?

Ermənistanda sülh əleyhdarları gündən-günə artır. Bu qüvvələr mütəşəkkil görünməsələr də, eyni mənbədən qidalandıqları çıxışlarından sezilir – oxşar fikirlər, təkrar tezislər və nəticəsi ölkəni Türkiyə ilə Azərbaycandan uzaqda, Rusiyanın isə peykində görmək arzusu…

Onlardan biri “Ana Ermənistan” Hərəkatının sədri Andranik Tevanyandır. “Yeni Müsavat” bildirir ki, Tevanyan Rusiyadan “bəslənən” siyasətçidir. Hətta Donbasa səfər edib. Bu günlərdə isə özündən “ideya” çıxarıb və “Naxçıvan dəhlizi” ifadəsini dövriyyəyə buraxmaq istəyib.

“Azərbaycan və Ermənistan Zəngəzur dəhlizini müzakirə edirlər. Bəs məsələn, “Naxçıvan dəhlizi”nin formalaşdırılmasını niyə müzakirə etmirlər?” – hərəkat sədri ritorik sual verib. Onun sözlərinə görə, Zəngəzur dəhlizi Türkiyə-Azərbaycan üçün Turan dəhlizidir. Tevanyan hesab edir ki, “əgər Azərbaycan yükləri gəlib-getməlidirsə, o zaman Ermənistan yüklərinin Naxçıvandan daşınması məsələsini niyə müzakirə etmirlər?!”

Təbii ki, Tevanyan başıboş siyasətçi olduğunu sübut edib. Çünki blokadada olan nəqliyyat kommunikasiyaları açılanda Ermənistan dəmiryol vasitəsilə yüklərini Azərbaycandan keçməklə Rusiyaya daşıyacaq. Amma Tevanyan bu razılaşmanı ya unudub, ya da bisavaddır. Ən əsası isə sülh düşmənidir. Onun Donbasa səfəri və orada separatçılara dəstək verməsi də sübut edir ki, sülh əleyhdarıdır.

Təəssüf ki, erməni cəmiyyətində onun kimilər az deyil. Hətta bu yaxınlarda sülh istəməyənlərin 40 faiz olduğu rəqəmi səsləndi. Bu, revanşizmin göstəricisidir. Yəni əhalinin 40 faizi müharibə, qan, insanlıq əleyhinə addımlar, revanş istəyir. Ona görə də ya  xəstə təfəkkürün müalicəsinə uzun zaman tələb olunur, ya da biz çox sadəlövhük, birdəfəlik anlamaq lazımdır ki, ermənilər heç vaxt dəyişməzlər, sadəcə, fürsəti gözləyirlər. Tevanyan da bu təfəkkürün ifaçısıdır. O, ictimai rəyi özündə daşıyır.

Bax, belə bir toplumla sülh necə əldə olunacaq? “Naxçıvan dəhlizi” kimi blefin ortaya atılması hansı məqsədə xidmət edir?

Xatırladaq ki, Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) 2025-ci il iyunun 16-dan 25-dək keçirdiyi sosioloji sorğunun nəticələrinə görə, Ermənistan vətəndaşlarının 47 faizi Azərbaycanla sülh müqaviləsinin imzalanmasını tam və ya qismən dəstəkləyir, 40 faizi isə əleyhinədir. Bu, kifayət qədər ciddi faizlərdir. Cəmiyyətin az qala yarısı sülh əleyhdarıdır. Görünür ki, müharibədə rəzil məğlubiyyətin hikkəsi ermənilərin canından çıxmayıb və qisas hissi ilə alışıb yanırlar.

Amma nəzərə almalıdırlar ki, sülh onların yeganə seçimidir. Növbəti müharibə isə erməni ordusu üçün daha böyük itki deməkdir. Çünki son 5 ildə Ordumuz 44 günlük müharibədəkindən daha böyük təcrübə toplayıb, yeni silahlar alınıb. Erməni xalqının isə nicatı sülh sənədindən və logistikaların açılmasından asılıdır. Əks təqdirdə, yenə blokada, yenə Rusiyanın vassallığı…

Bəs bu tarixi fürsəti dəyərləndirə biləcəklərmi?

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, hərbi və sülh hər zaman iki seçimdən biridir: “Erməni cəmiyyətində əhval-ruhiyyə bədbindir. Onlar müharibədən sonra axtarışdadırlar və hansı istiqamətdə gedəcəklərini bilmirlər. Xalqın bir hissəsi Rusiya tərəfdarıdır, bir hissəsi Qərbə inteqrasiyanı dəstəkləyir, nə Paşinyandan razıdırlar, nə də alternativ var. Yəni cəmiyyətdə belə bir çarəsizlik, ümidsizlik və qeyri-müəyyənlik hökm sürür. Bu isə müharibənin yaratdığı pessimizm və böhrandır. Ona görə də sülh tərəfdarları ilə əleyhdarları arasında bir mütənasiblik var. Paşinyan üçün bu cəmiyyətlə barışığa getmək çox çətindir. Ancaq biz nəticələrə baxmalıyıq və sülh prosesində xeyli yol qət edilib”.

R.Məmmədli genişmiqyaslı hərbi toqquşmaları istisna edir: “Erməni cəmiyyətində səslənən çağırışlara baxmayaraq, müharibə ovqatı yoxdur, şərti sərhəddə yeni bir savaşı gözləmirəm. Qarşıdakı dövrdə erməni cəmiyyətində sülh tərəfdarlarının sayının artması üçün iş aparılmalıdır. Revanşist güclərin təbliğatı bu məsələdə ciddi təsir edir. Paşinyan o qüvvələri də neytrallaşdırmaq istiqamətində addımlar atır. Tevanyan kimilərin cəfəng bəyanatlarını isə dəstəkləyən azdır. Onları siyasi klounlar kimi ortaya ataraq istifadə edirlər. Təbii ki, müxalifət, onun radikal qanadı, həmçinin kilsə, lobbi Paşinyanı gözdən salmaq üçün hər bir addımı atırlar. Onların bu fəaliyyəti hələ davam edəcək. Sadəcə, hakimiyyət də onların maskasını cırır və mahiyyətini xalqın gözü önünə sərir ki, cəmiyyət seçim etsin”.

Hərbi ekspert “Naxçıvan dəhlizi” deyilən bir razılaşma olmadığını vurğulayaraq, bunu bir spekulyasiya kimi qiymətləndirir: “Hansı sənəddə belə bir anlaşma var? Tevanyan kimi populistlər cəmiyyətdə “meydan sulamağa” çalışır. O, yaxşı bilir ki, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün nəhəng iqtisadi nəfəslikdir. Bu koridordan Azərbaycandan daha çox elə Ermənistan maddi gəlir götürəcək. Sadəcə, dəhlizə Rusiya, yoxsa ABŞ nəzarət edəcək, bu ayrı mövzudur”.

Emil

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İrandan PUA ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Next

Əvvəl əxlaq, indi isə maaş önəmlidir – Nigar Fərhad + VİDEO

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv