Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Azərbaycan riyaziyyat olimpiadasından niyə “iki” aldı?

By Vüsal Rafiqoğlu
06.08.2025 4 Min Read

Nazirlik açıqlama yaydı: “Bir qrup şəxs uğursuz nəticələri fürsətə çevirir”; ekspert: “Bu biabırçı nəticəyə görə Emin Əmrullayev həmyerlisi və dostu…”

Avstraliyada keçirilən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında yekun nəticələr açıqlanıb. 110 ölkənin iştirak etdiyi rəqabətdə Çin Xalq Respublikasının təmsilçiləri 6 qızıl medal qazanaraq ilk yeri tutub. İkinci yeri ABŞ (5 qızıl, 1 gümüş), üçüncü yeri isə Cənubi Koreya (4 qızıl, 2 gümüş) nümayəndələri qazanıb.

Qardaş Türkiyə gəncləri də yüksək nailiyyət göstərərək birinci onluqda qərarlaşıblar – 2 qızıl, 3 gümüş, 1 bürünc. Qeyd edək ki, İran komandası da yaxşı nəticə göstərib, qonşu ölkənin olimpiyaçıları 2 qızıl, 3 gümüş, 1 bürünc medalla 12-ci yeri tutublar.

Qeyd edək ki, postsovet ölkələrindən Qazaxıstan 4 gümüş, 2 bürünc medalla 17-ci, Özbəkistan 4 gümüş, 1 bürünclə 28-ci, Qırğızıstan 2 gümüş, 3 bürünclə 37-ci, Türkmənistan 2 gümüş, 1 bürünclə 47-ci, Ermənistan 3 bürünclə 54-cü, Gürcüstan isə 2 bürünc medalla 63-cü sırada qərarlaşıb.

Siyahıda Azərbaycan 74-cü sırada qərarlaşsa da, 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında heç bir medal qazanılmayıb.

Elm və təhsil sahəsi üzrə ekspert, keçmiş deputat Etibar Əliyev Facebook səhifəsində Azərbaycanın nəticələrinə görə Elm və Təhsil Nazirliyinin rəhbərliyini tənqid edib. O, “Təhsil menecerlərinin daha bir möhtəşəm “uğuru”, qeydini paylaşaraq “Riyaziyyyat geridədirsə, bütün fənnlər geridədir”, – yazıb.

“Şagirdlərimizin PİSA və PİRLS kimi mötəbər bilik yarışlarındakı uğursuzluqlarına, Beynəlxalq Riyaziyyat Olimpiadasında uğursuzluq da əlavə olundu. Utanmaq lazımdır. Bu biabırçı nəticəyə görə Emin müəllim Əmrullayev həmyerlisi və dostu, bu işə məsul olan Fuad Qarayevi mükafatlandıracaq. Buna tam əmin ola bilərsiniz. Missiyadır…”, – keçmiş deputat vurğulayıb.

Real inkişafa necə başlamalı?-Dosent İlham Əhmədov » Aztehsil.com

Dosent İlham Əhmədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Riyaziyyat olimpiadası ölkədə aparılan təhsilin keyfiyyətini, ümumilikdə şagirdlərin potensial səviyyəsini müəyyən edən mühüm göstəricilərdən biridir. Azərbaycan təxminən 1994-cü ildən bu yarışlarda iştirak edir. Təəssüf ki, bizim nəticələrimiz region ölkələri ilə müqayisədə xeyli zəifdir. Son illərdə isə vəziyyət, ümumiyyətlə, olduqca acınacaqlıdır. Bu nəticələr həm məktəb proqramlarının zəifliyindən, həm tədris kurikulumundakı boşluqlardan, həm repetitorluğun məktəbdən daha üstün tutulmasından, həm də təhsil texnologiyalarının kifayət qədər effektiv təşkil olunmamasından qaynaqlanır. Təxminən 15 il əvvəl biz bu məsələni Təhsil Nazirliyinə, 10 il əvvəl isə Akademiyanın Riyaziyyat  İnstitutuna təqdim  etmişdik. Təklif etmişdik ki, istedadlı uşaqlar üçün distant riyaziyyat məktəbi açılsın. Bu həm şagirdlərin riyaziyyata marağını artırar, həm də olimpiadalara hazırlıq imkanlarını genişləndirərdi.

Xüsusi portal qurulmalı, distant tədris məktəbi formalaşdırılmalıdır. Portalda bütün olimpiada mövzuları üzrə dərslər, videolar yerləşdirilməlidir. Məsələlərin həll nümunələri, izahları, elektron vəsaitlər, dərsliklər təqdim olunmalıdır”.

İlham Əhmədov onu da qeyd edir ki, orta məktəblərdə riyaziyyat təhsili zəifdir: “Riyaziyyat təhsili zəif olan ölkədə insan kapitalı da zəif olacaq. Bilgi əsaslı iqtisadiyyat dövründə riyazi təfəkkürü, analitik düşüncəsi, tənqidi və məntiqi düşüncə qabiliyyəti olmayan gənclik gələcək texnoloji çağırışlarla ayaqlaşa bilməyəcək. Bu isə süni intellekt dövründə daha böyük risklərə yol açacaq.

Düşünürəm ki, Təhsil Nazirliyi daha peşəkar, sistemli fəaliyyət göstərməli, tənqidə və ictimai müzakirələrə açıq olmalıdır. Kadr seçimi zamanı isə yalnız peşəkar və təcrübəli mütəxəssislərə üstünlük verilməlidir”.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün də mövzu ilə bağlı fikirləri diqqət çəkir. Ekspert qeyd edib ki, 2022-ci ildə 1 gümüş və 4 bürünc, 2023-cü ildə 1 gümüş və 2 bürünc, 2024-də 1 bürünc əldə edən, çoxsaylı həvəsləndirici mükafatlar qazanan məktəblilər, yaxud onların təmsil olunduğu komanda məntiqlə birdən-birə belə zəif nəticə göstərməli deyil: “Bütün bunlar da çox düşündürücüdür. Düşünürəm ki, nazirliyin olimpiadaya hazırlıq mərkəzi məhz bunun səbəblərini araşdırmalıdır. Bəs nə etməliyik? Hesab edirəm ki, ölkə üzrə riyaziyyat olimpiadasının səviyyəsini və çəkisini qaldırmaq lazımdır. Bunun üçün Türkiyə təcrübəsindən faydalanmaq doğru olar. Zamanında biz qardaşlarımıza bu sahədə kömək etmişik, əminəm ki, indi də onlar bizə yardım edərlər. Respublika olimpiadalarının qalibləri üçün yay düşərgələri təşkil etmək və kənardan da mütəxəssislər cəlb etmək faydalı olardı. Biz fərqində olmalıyıq ki, mövcud qəbul sistemi istedadlı uşaqların yetişdirilməsi ilə uzlaşmır və onlara fərqli yanaşma sərgilənməlidir. İstənilən halda, hər şey məktəblinin özündən, onun hazırlığından, səylərinin necə olmasından asılıdır. Məntiqlə olimpiadalarda şagirdin uğurları ilbəil artmalıdır. Yəni bürünc alan məktəbli növbəti mərhələdə ən azı bürünc və ya gümüş ala bilmirsə, demək, məktəbli ilə bağlı da problem var”.

Elm və Təhsil Nazirliyində yeni təyinat – Səbuhi Rzayev kimdir?

Səbuhi Rzayev

ETN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev də məsələ ilə bağlı sosial media üzərindən açıqlama verib: “Əziz dostlar, builki Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO) təəssüf ki, şagirdlərimiz medal qazana bilməyiblər. Şagirdlərimiz bir il ərzində həm yerli, həm də xarici mütəxəssislərin rəhbərliyi ilə ciddi hazırlıq keçiblər. Əminik ki, iştirakçılarımız əllərindən gələni ediblər və bu çətin sınaqda ən yaxşı nəticə üçün çalışıblar. Onların hər birinə təşəkkür düşür.

Bu, asan yol deyil. Qeyd etməliyik ki, ölkəmiz IMO-da hələlik qızıl medal qazanmayıb. Bununla belə, son 5 ildə Azərbaycan məktəbliləri bu nüfuzlu olimpiadada 2 gümüş və 8 bürünc medal olmaqla, ümumilikdə 10 medal əldə ediblər. Cəmi iki gün əvvəl isə Beynəlxalq İnformatika Olimpiadasında məktəblilərimiz bir gümüş və iki bürünc medal qazandılar.

Bu nəticələr göstərir ki, potensial var və biz onu daha yaxşı dəyərləndirməliyik. Təəssüf ki, bəzən bir qrup şəxslər uğursuz nəticələri fürsətə çevirərək ümumi təhsil islahatlarını gözdən salmağa çalışırlar. Biz hər bir tənqidi fikrə hörmətlə yanaşmalı, lakin ümumi inkişafı şəxsi baxış bucağına qurban verməməliyik”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Xocalıda yanğına səbəb olan şəxs SAXLANILDI

Next

Bu ərazilərdə İŞIQ OLMAYACAQ

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv