Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Alyaskada “Tramp yolu” söhbəti – Kreml valı dəyişir?

By Vüsal Rafiqoğlu
19.08.2025 3 Min Read

Bu həftə Moskva Bakı ilə blokadada olan yolları müzakirə edəcək – əsas gözlənti

ABŞ və Rusiya prezidentlərinin 15 avqust Alyaska görüşü ilə bağlı gözləntilərdən biri də Cənubi Qafqazla bağlı idi. Ehtimal edilirdi ki, tərəflər 8 avqust tarixində Ağ Evdə imzalanan anlaşmalar, konkret olaraq Zəngəzur dəhlizi, yaxud “Tramp yolu” mövzusuna da toxunacaq.

Belə fikirlər var ki, Tramp- Putin dialoqunun davam etməsi və Kreml sahibinin amerikalı həmkarının fəaliyyətini müsbət qiymətləndirməsi Azərbaycanın da maraqlarına uyğundur, çünki o halda Kreml açıq-aşkar Zəngəzur dəhlizinin işlədilməsi üçün ABŞ-ın səylərinin qarşısını almaq istəməyəcək. Əks halda, Putin “Tramp marşrutu”nun əleyhinə çıxmış olacaq ki, bu da Ağ Evdə mənfi qarşılanacaq. Bu isə Azərbaycanla Ermənistana imkan yaradır ki, Zəngəzur dəhlizinin tikintisi və işə düşməsi prosesini sürətləndirsin.

Maraqlıdır ki, Alyaska görüşü ərəfəsi Rusiya baş nazirinin müavini Aleksey Overçuk TASS-a açıqlamasında loyal münasibət bildirib.

Sitat: “Biz məsələyə belə yanaşırıq: Ermənistan bizim strateji müttəfiqimizdir və əgər Ermənistan hesab edirsə ki, hansısa layihə onlar üçün faydalıdır, biz, təbii ki, burada Ermənistanı dəstəkləyirik. Əgər İrəvan Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) yaradılmasını zəruri hesab edirsə, Rusiya bu məsələdə Ermənistanı dəstəkləyir. Əgər onlar hesab edirlərsə ki, Vaşinqtonda müvafiq bəyannamənin imzalanması daha çox təhlükəsizlik zəmanətləri verir, o halda bu yaxşıdır, çünki biz də Cənubi Qafqazda sülh proseslərini dəstəkləyirik, bu, bizim maraqlarımıza tam cavab verir”.

Overçuk həmçinin bu həftə Azərbaycan nümayəndələri ilə Moskvada görüş keçirəcəyini deyib. Görüşün əsas mövzusu Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokadasının aradan qaldırılması, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı müzakirələr olacaq.

Belə çıxır ki, Rusiya valı dəyişir? Bəs Bakı Rusiyaya nümayəndə göndərəcəkmi? Alyaskada Zəngəzur məsələsi müzakirə olunubmu? Olması, ya olmaması Azərbaycan üçün daha yaxşıdır?

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a açıqlamasında Zəngəzur dəhlizinin açılmasına olan əngəllərin aradan qaldırılmasından söz açdı: “Rusiya Ermənistanla Azərbaycan arasındakı böyük sülh sazişinin imzalanmasından narahat idi. 8 avqustda Vaşinqtonda imzalanan sazişin yalnız paraflanma sənədi olduğunu gördükdən sonra Kremlin məsələyə və baş tutan görüşə münasibəti dəyişdi. Moskva indiki məqamda doğrudan da Zəngəzur dəhlizinin açılmasını səmimi şəkildə istəyir.  Çünki şimal qonşumuz Qərbin iqtisadi sanksiya dalğaları altında boğulur. Kreml rəsmiləri bu baxımdan Zəngəzur dəhlizinə alternativ kimi baxırlar. Overçuk da “Ermənistan bizim strateji müttəfiqimizdir” ifadəsini boş yerə işlətmir.  “Putinin dili” adlandırılan keçmiş “KQB” zabiti bununla onu demək istəyir ki, Zəngəzur dəhlizi Rusiyanın da maraqlarına cavab verəcək. Yəni sanksiyalar altındakı Rusiya öz məhsullarını Ermənistan üzərindən, erməni brendi kimi xarici bazara çıxara biləcək. Görünür, Alyaskada prezident Trampla həmkarı Putin bu məsələdə də razılığa gəlib. Ona görə də Moskva Güney Qafqazla bağlı məsələlərə ilıq münasibət sərgiləyir. Birmənalı olaraq Zəngəzur dəhlizi açılacaq. Azərbaycan tərəfi öz üzərinə düşəni vaxtından əvvəl edib. İndi növbə Ermənistandadır. Zəngəzur dəhlizi artıq Güney Qafqaza aid məsələ deyil. Qlobal layihədir və bu layihənin Britaniya, Çin kimi donorları var. Yəni Rusiya qlobal güclərin qarşısına ala bilməz. Ukrayna cəbhəsini nizama salmadan Kreml susmağa məhkumdur”.

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini - Azərbaycan Milli İstiqlal Partiyası

Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayevin fikrincə, hazırda Rusiya heç bir halda Amerika ilə gərginlik yaratmaq istəmir: “Vaşinqtonda, Ağ Evdə imzalanmış Zəngəzur dəhlizi – Tramp Yolu razılaşmasından və Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi maddələrinin paraflanmasından dərhal sonra Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova imzalanan sənədləri və oradakı maddələri dəstəklədiyini bildirmişdi. Təxmini eyni üslubda digər Kreml rəsmiləri də açıqlamalar vermişdi. O zaman bunu Alyaskada gözlənilən Tramp-Putin görüşünə görə etdiklərini də düşünmək olardı. Amma sonradan məsələyə yanaşmalarda korrektələr edildiyini gördük. Xüsusilə kommunikasiyaların açılması ilə bağlı əldə olunan razılaşmalara münasibətdə özlərinin də bu prosesin içində olmalı olduqlarını deməyə başladılar. Yəni ABŞ-nin faktiki olaraq yola nəzarət etməsinə etiraz etməyə ehtiyat etdilər. Amma maraqlarının regionda qalmaları ilə bağlı fikirlərini isə açıq bildirdilər. Başqa zaman olsaydı bu məsələdə Rusiya daha aqressiv və təhdid dili ilə danışardı. Amma Alyaska görüşündən sonra müəyyən vaxt qazanan Rusiya hazırkı durumda Trampla münasibətlərində gərginlik yaratmaq istəmir. Çünki Ağ Evdən verilən məlumatlara görə, danışıqlar davam etdiriləcək, məsləhətləşmələr aparılacaq. O səbəbdən, Rusiyaya qarşı yeni ağır sanksiyalar məsələsinə azı 2-3 həftə sonra baxıla biləcəyi ilə bağlı Tramp açıqlama verib. Deməli, Rusiya hələ nələrəsə ümid etdiyindən konkret Trampla münasibətləri korlamaq istəmir. Amma gedişatın uzun çəkməyəcəyi də bəllidir. Məhz o zaman Rusiyadan başqa ritorikada bəyanatlar, təhdidlər eşidə bilərik. Amma hazırda onun əl-qolu bağlı olduğundan ilk növbədə kommunikasiyalarla bağlı imzalanmış sənədin hüquqi prosedurlarını yekunlaşdırıb, yolun açılması ilə bağlı işlərə dərhal başlamaq lazımdır ki, sonradan buna mane olmaq imkanları olmasın”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

SOS! Ölkədə şiş xəstəlikləri artır – onkoloqdan tövsiyə

Next

Ukrayna Qərbin şərəfini xilas edir – Ramiz Yunusun sensasion yazısı

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv