Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Zəngəzur əldən getdi” deyən İran görün nələr etdi…

By Vüsal Rafiqoğlu
19.08.2025 3 Min Read

Laricani “batan İran gəmisini” xilas edə biləcəkmi?

İran İsraillə 12 günlük müharibədən sonra ilk dəfə olaraq milli təhlükəsizlik sistemində dəyişiklik edib. “Yeni Müsavat”a görə bu da ölkənin siyasi strukturunda daxili qarşıdurmanı gücləndirib. Əli Laricaninin Ali Milli Təhlükəsizlik Şurasının katibi kimi hakimiyyət elitasına qayıdışı Xarici İşlər Nazirliyinin səlahiyyətlərinin azaldılacağı, o cümlədən “nüvə dosyesi”nin ona ötürüləcəyi ilə bağlı ciddi iddialara və spekulyasiyalara səbəb olub. Haqqın.az saytı yazır ki, Laricaninin qəfil yüksək siyasətə qayıtması prezident Məsud Pezeşkianın “islahatçı” komandası arasında hakimiyyətin yenidən bölüşdürülməsi uğrunda artan rəqabəti göstərir.

Laricaninin təyinatından dərhal sonra prezident Pezeşkianın yeni qurumun – Müdafiə Şurasının yaradılması qərarı gərginliyi artırıb. Bu addım şübhələrə səbəb olub, çünki İran Konstitusiyası prezidentə belə adda struktur yaratmaq hüququ vermir. Üstəlik, yeni şura Xamneyinin nəzarətində olan Ali Milli Təhlükəsizlik Şurasının funksiyalarını böyük ölçüdə təkrarlayır. Bəzi ekspertlərin fikrincə, Laricaninin siyasətə qayıtması ötən il başlayan prosesin davamıdır. İsraillə müharibənin nəticələri Qərblə danışıqlara hazır olan daha praqmatik fiqurların mövqeyini gücləndirdi.

Ehtimal olunur ki, Xamneyi keçmişdə amerikalılarla ortaq dil tapmaq bacarığı olan Laricaninin geri dönməsinə razılıq verib. Ölkəsində  “İran Kennediləri” adlandırılan Laricani ailəsi parlamentdə, məhkəmə sistemində və diplomatiyada əsas klanlardan biri hesab olunur.  Laricani qardaşları uğurlu evlilikləri və  ali dini liderə  tabe olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəstəyi sayəsində İranın siyasi elitasında möhkəm mövqe tutublar.

Xatırladaq ki, 2005-2007-ci illərdə Əli Laricani Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışıb və Bağdadda ABŞ ilə nüvə danışıqlarına rəhbərlik edib.

Hazırda cəmiyyətdə müzakirə olunan əsas sual budur: onun təyinatı hansı nəticələrə gətirib çıxaracaq? Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsi Laricaniyə nüvə proqramı ilə bağlı Qərblə danışıqlar da daxil olmaqla, güclü təsir rıçaqları verir. Bir vaxtlar onun komandası Vaşinqtonla razılaşmaya yaxın idi.

Eyni zamanda Laricaninin təhlükəsizlik siyasətinin fundamental prinsiplərini dəyişdirməyə qadir olub-olmaması ilə bağlı şübhələr qalmaqdadır. Bəllidir ki, Əli Xamneyinin radikal kursu ölkəni çıxılmaz vəziyyətə gətirib. İran bir sıra mühüm mövqelərini itirib. Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında saziş imzalandıqdan sonra İran ABŞ-nin onun sərhədləri yaxınlığında nəqliyyat dəhlizinin formalaşdırılmasında iştirakına mane ola bilməyib.

Bundan əlavə, 86 yaşlı Əli Xamneyinin varisi ilə bağlı məsələ də getdikcə aktuallaşır. Hakim elitada yerini yenidən möhkəmlətməsi  və nüfuzlu klana mənsub olması Laricaniyə bu mübarizədə iştirak etmək üçün ciddi imkanlar yaradır.

Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, əgər İran yaxın vaxtlarda Qərblə genişmiqyaslı danışıqlara başlamasa və daxili siyasətinə yenidən baxmasa, o zaman kadr dəyişiklikləri batan “Titanik”in göyərtəsində oturacaqların yenidən təşkilindən başqa bir şey qalmayacaq. Hər kəs İranla bərabər batacaq.

Abutalıb Səmədov: Azərbaycanın paytaxtı Kürdəmir olsun

Abutalıb Səmədov

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, son günlər İranın hakimiyyət strukturlarında aparılan dəyişikliklərin nüvə danışıqları ilə çox əlaqəsi yoxdur: “Çünki danışıqlarda İranın mövqeyinə münasibətdə ali dini liderlə prezident arasında heç bir fikir ayrılığı görünmür. ABŞ-nin əsas tələbi ondan ibarətdir ki, İran uranı yalnız mülki məqsədlərlə istifadə eləsin və ölkə daxilində onu zənginləşdirməsin. Burada iki variant təklif olunur: ya zənginləşdirilmiş uran xaricdən alınsın, yaxud bölgədə uranı zənginləşdirmək üçün konsorsium yaradılsın. Bu konsorsiuma qonşu ərəb dövlətləri, ABŞ və MAQATE-nin daxil edilməsi təklif edilir. Nüvə danışıqlarında əsas fikir ayrılığı da ondan ibarətdir ki, həm dini lider, həm prezident hesab edir ki, uranın zənginləşdirilməsi İran dövlətinin qürur mənbəyidir. Elmin, sənayenin inkişafının göstəricisidir və İran ondan imtina eləmək fikrində deyil. Yəni əgər İrana qarşı növbəti müharibə başlasa, yenə də İran ölkə daxilində uranın zənginləşdirilməsindən imtina etməyəcək. Bundan əvvəlki danışıqlarda da əsas fikir ayrılığı uranın zənginləşdirilməsi ilə bağlı idi. Dəfələrlə İran Prezidenti Məsud Pezeşkian da bu barədə bəyanatlarla çıxış eləyib və qəti şəkildə deyib ki, uranın zənginləşdirilməsi ilə bağlı ABŞ-nin və Qətərin təklifi qəbul olunmayacaq. Bu səbəbdən hakimiyyət strukturlarında baş verən dəyişiklikləri də birbaşa nüvə danışıqları ilə əlaqələndirmək olmur”.

Onun sözlərinə görə, son günlər prezident Pezeşkianın fəaliyyəti, onun səsləndirdiyi bəyanatlar ölkənin dini liderinin yaxın ətrafının çıxışlarından kifayət qədər fərqlənir: “Görünür ki, bu, hakimiyyət dairələrində narahatlıq doğurub”.

Ekspert qeyd etdi ki, əsas fikir ayrılıqlarından biri Zəngəzur dəhlizi ilə bağlı ABŞ və Ermənistan arasında əldə olunmuş razılığa münasibət məsələsindədir: “Bu məsələdə dini liderin müşaviri Əli Əkbər Vilayəti çox kəskin mövqe tutdu. Ancaq ölkənin xarici işlər naziri və prezidenti bu mövqenin əksinə mövqe ortaya qoydular. Laricaninin məlum vəzifəyə gətirilməsi də bu fikir ayrılıqlarından doğan narahatlıqların nəticəsidir. Sanki Pezeşkianın qarşısına Laricanini çıxarırlar. Son ayların hadisələri dini liderlə prezident hakimiyyəti arasında müəyyən ziddiyyətlərin yarana biləcəyini ortaya qoydu. Görünür, bu cür halların qarşısını almaq üçün də bu addımlar atılır”.

Nüvə danışıqlarına gəldikdə isə A.Səmədov hesab edir ki, hələlik ABŞ ilə razılığa gəlməyin mümkün olacağına inam çox azdır.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ukrayna Qərbin şərəfini xilas edir – Ramiz Yunusun sensasion yazısı

Next

Daha bir əməliyyat görüntüsü yayıldı: prokurorluq araşdırma başlatdı

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv