Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Rusiya ağlını itirir – Bakıya qarşı artan düşmənçilik

By Vüsal Rafiqoğlu
20.08.2025 4 Min Read

Moskva Azərbaycanla münasibətlərdəki böhranı nizamlamaq yerinə vəziyyəti daha da gərginləşdirən hərəkətlərə yol verməklə nə demək istəyir və gözləntisi nələrdir?

Rusiya-Azərbaycan münasibətləri son həftələrdə SOCAR-ın neft bazasına və orada yerləşən kompressor stansiyasına hücumundan sonra daha da gərginləşib. “Yeni Müsavat” yada salır ki, üç il yarım davam edən müharibədə SOCAR-a məxsus infrastruktura heç vaxt hücum olmayıb. Demək, Rusiya Azərbaycanla münasibətlər korlandıqdan sonra SOCAR-ın infrastrukturunu qəsdən atəşə tutur. 

Zərbələr nəticəsində 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb. Neft bazasının ümumi tutumu 16 min kubmetrdən çoxdur.

Ukrayna Prezidenti Volodimir Zelenski də SOCAR-a məxsus neft bazasına hücuma münasibət bildirib. O, hücumun Rusiya tərəfindən məqsədli şəkildə həyata keçirildiyini deyib. “Rusiya tərəfindən Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə qəsdən hücum olub. Bu, bizim münasibətlərimizə və enerji müstəqilliyimizə hücumdur”, – Zelenski qeyd edib.

Ukrayna lideri Rusiyanın məqsədyönlü olaraq mülki şəxsləri və infrastrukturları hədəfə aldığını bildirib. ATƏT PA Prezidenti Pere Joan Pons və Komitə sədri Azay Quliyev isə birgə bəyanat yayaraq Rusiyanın SOCAR-a hücumunu qəti şəkildə pisləyib. Həmçinin Milli Məclisin sədri Sahibə Qafarova ilə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk arasında telefon danışığı baş tutub. Telefon söhbətində ukraynalı spiker də bu hücumu pisləyib.

Görünən odur ki, Rusiya getdikcə ağlını itirir və Azərbaycana qarşı düşmənçilik, bu ölkədə yaşayan azərbaycanlılara münasibətdə dini və milli ayrı-seçkilik siyasəti yürütməyə başlayıb. Çünki enerji obyektlərimizə hücumlarla yanaşı, Rusiyadakı diasporumuz da hədəfə alınıb. Son olaraq Çelyabinsk vilayətində Azərbaycan diasporunun rəhbəri Ərşad Xankişiyev Rusiya vətəndaşlığından məhrum edilib. FTX-nin qərarı ilə onun Rusiya pasportu ləğv olunub və ölkəyə girişinə qadağa qoyulub.

Bəs bu cür münasibət daha nə qədər davam edəcək? Rusiya Azərbaycanla münasibətlərdəki böhranı nizamlamaq yerinə vəziyyəti daha da gərginləşdirən hərəkətlərə yol verməklə nə demək istəyir və gözləntisi nələrdir?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu 

Analitik Elxan Şahinoğlu hesab edir ki, Rusiya Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı yanacaq mərkəzlərini qəsdən hədəf seçib. Onun fikrincə, Kreml Azərbaycanla Ukrayna arasında enerji əməkdaşlığından narahatdır, bunu əngəlləməyə çalışır. Bununla belə, politoloqa görə, SOCAR-ın Ukraynadakı yanacaq mərkəzlərinin hədəf alınmasının Kreml üçün əks-effekti olacaq: “Azərbaycan Kremlin bu şantajı qarşılığında Ukrayna ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirəcək. Təsadüfi deyil ki, Rusiya Odessada SOCAR-ın yanacaq mərkəzini birinci dəfə raketlə vurduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Zelenski ilə telefonla danışaraq Ukraynaya əlavə olaraq 2 milyon dollar yardım ayırdığını bildirdi. Bu vəsait hesabına Azərbaycandan Ukraynaya elektrik transformatorları göndərildi. Rəsmi Bakı Kremli xəbərdar etmişdi ki, Rusiya növbəti dəfə də SOCAR-ın Ukraynadakı yanacaq mərkəzlərinə zərbə endirsə, Azərbaycan Ukraynaya silah və hərbi texnika yardımına qoyduğu embarqonu ortadan qaldıra bilər. Kreml rəsmi Bakının xəbərdarlığını nəzərə almayaraq SOCAR-ın yanacaq mərkəzinə yenə zərbə endirmək qərarını veribsə, Azərbaycan Ukrayna ilə hərbi sahədə də əməkdaşlıq mövzusunu müzakirəyə çıxara bilər”.

Onun dediyinə görə, Rusiyanın SOCAR-ın Ukraynadakı yanacaq mərkəzlərinə vurduğu raket zərbələri Azərbaycanla münasibətlərin normallaşması imkanlarını heçə endirir, tam əksinə, gərginlik daha da artır: “Demək, Kreml Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı deyil”.

Bu, geosiyasi və diplomatik qələbədir” - Qulamhüseyn Əlibəyli

Qulamhüseyn Əlibəyli

Hüquqşünas Qulamhüseyn Əlibəyli isə hesab edir ki, son vaxtlar Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə yaranan gərginliyin davam etməsi və bir sıra Moskva rəsmilərinin, Kremlin nəzarəti altında olan medianın sistemli şəkildə Azərbaycana münasibətdə təcavüzkar xarakterli fikirlər səsləndirməsi Rusiya hakimiyyətinin müəyyən təxribatlar törətmək niyyətindən xəbər verir: “Azərbaycana raket zərbələri endirmək, Ukraynada olduğu kimi Cənubi Qafqazda da “xüsusi hərbi əməliyyatlar” keçirmək, Ermənistandakı 102-ci hərbi bazaya əlavə hərbi hissələr və silahlar gətirilməsi barədə məlumatlar, Azərbaycanda ləzgi və talış separatizmini qızışdırmaq üçün cəhdlər dediklərimizi təsdiq edir”.

Q.Əlibəylinin sözlərinə görə, SSRİ dağılandan sonra yeni müstəqil dövlətləri Rusiyanın təsir məkanında saxlamaq üçün müxtəlif üsullardan istifadə olunur: “Müstəqil Dövlətlər Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi qurumların yaradılması da məhz bu məqsədə xidmət edirdi. Hazırda həmin qurumlar Rusiyanın istəklərinə uyğun fəaliyyət göstərə bilmədikləri üçün Moskva postsovet məkanında açıq hərbi təhdidlərə keçir, Gürcüstan və Ukraynada olduğu kimi birbaşa hərbi müdaxiləyə başlamaq niyyətini gizlətmir. Ona görə də Cənubi Qafqazda, xüsusən də Azərbaycanda Rusiyanın hansı təxribatlar törədə biləcəyi məsələsi diqqəti cəlb edir”.

Mütəxəssisin fikrincə, Gürcüstan və Ermənistandan fərqli olaraq Azərbaycana münasibətdə Rusiyanın təsir imkanları faktiki olaraq yox dərəcəsindədir: “Azərbaycanda Rusiyanın hərbi hissələri yoxdur, erməni separatizminin kökü kəsilib, ləzgi separatizminin qarşısı alınıb, ayrı-ayrı şəxslərin talış separatizmini yaratmaq istəkləri olsa da, onların fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb, ümumiyyətlə, separatizm əhval-ruhiyyəsi ləzgi və talış xalqları arasında geniş yayılmayıb. Azərbaycanın radikal müxalifətinin də ayrı-ayrı rus siyasətçiləri ilə müxtəlif səviyyəli əlaqələri olsa da bütövlükdə rusiyayönümlu deyil, daha çox Qərbə meyllidir. Azərbaycan iqtisadiyyatına, kommunikasiya xətlərinə də Rusiyanın təsir rıçaqları yox dərəcəsindədir. Bir neçə gün bundan əvvəl Vaşinqtonda imzalanmış sənədlər, paraflanmış saziş layihəsi Rusiyanın faktiki olaraq regiondan çıxarılması anlamına gəlir”.

Ona görə də Q.Əlibəyli hesab edir ki, bu gün Azərbaycana qarşı Rusiya hakimiyyətinin əlində olan yeganə təsir rıçağı orada yaşayan və işləyən həmvətənlərimizdir. Onun fikrincə, Rusiyanın Azərbaycana hərbi müdaxiləsinə çağırışlar mənasız hay-küydən, hədə-qorxu gəlməkdən başqa bir şey deyil: “Ukrayna bataqlığından çıxa bilməyən Rusiyanın döyüş taktikası dərsliklərə salınmış Azərbaycan Ordusu ilə ikinci cəbhə açması, ölkəmizin strateji müttəfiqləri olan NATO üzvü Türkiyə ilə, eləcə də Pakistanla, bütövlükdə Türk dünyası ilə hərbi qarşıdurmaya getməsi intihar kimi bir şey olardı. Rusiyanın siyasətində sağlam məntiq axtarmaq düzgün olmasa da, gec-tez Azərbaycanın bölgədə artan nüfuzu ilə, müstəqil siyasət yeritməsi ilə barışmaq məcburiyyətindədir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Avtomobili ilə 2 yaşlı oğlunun üstündən keçib öldürdü – Saatlıdakı qəzanın TƏFƏRRÜATI

Next

Nikahdankənar doğulanlar artır

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv