Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Region Xəbərləri

26 avqust – Laçın şəhəri günüdür.

By Vüsal Rafiqoğlu
26.08.2025 3 Min Read

Azərbaycanın gözəl diyarlarından biri olan Laçın şəhəri tarixən həm strateji mövqeyi, həm də təbiətinin gözəlliyi ilə seçilmişdir. Qarabağın dağ qapısı adlandırılan Laçın əsrlər boyu xalqımızın mədəniyyətində, həyat tərzində və yaddaşında xüsusi yer tutmuşdur.

1992-ci ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Laçın şəhəri və rayonun digər yaşayış məntəqələri viran qoyuldu, əhali məcburi köçkünə çevrildi. Lakin Azərbaycan xalqı və dövləti heç vaxt bu itki ilə barışmadı. 2020-ci il Vətən müharibəsi və daha sonra həyata keçirilən sülh prosesləri nəticəsində Laçın rayonu öz doğma sahiblərinə qovuşdu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla hər il 26 avqust “Laçın şəhəri günü” kimi qeyd olunur. Bu günün təsis edilməsi yalnız şəhərin azad edilməsinin yox, həm də xalqımızın birliyinin, gücünün və qələbə iradəsinin təntənəsidir.

“Laçın şəhəri günü” həm də şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram, qazilərimizə minnətdarlıq günüdür. Şəhərin yenidən qurulması, müasir infrastruktura malik olması, əhalinin öz doğma yurduna qayıdışı bu günün əhəmiyyətini daha da artırır. Laçının küçələrində yenidən həyat canlanır, məktəblər, mədəniyyət ocaqları, parklar və yaşayış binaları bərpa olunur.

Bu günün qeyd olunması təkcə Laçın sakinləri üçün deyil, bütün Azərbaycan xalqı üçün böyük fəxr və qürur mənbəyidir. Çünki Laçının azadlığı dövlətimizin ərazi bütövlüyünün təmin olunmasında mühüm mərhələlərdən biridir.

Bu gün ölkəmizdə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və onun siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən və qətiyyətli siyasət Azərbaycan dövlətini regionda sülhün, beynəlxalq arenada isə etibarlı enerji təminatçısı etmişdir.

Ölkəmizin hər bir regionu o cümlədən işğaldan azad edilmiş əraziləri öz təbii və enerji potensialı imkanları nəzərə alınmaqla inkişaf etdirilir. Bütün bunları elə Laçının timsalında görə bilərik.

Laçında son illər ərzində infrastrukturunda çoxşaxəli və strateji əhəmiyyətli layihələr həyata keçirilib. Belə ki, Laçın Beynəlxalq Hava Limanı təqdirəlayiq inkişafın göstəricisidir. Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1 700–1 800 m yüksəklikdə inşa olunan Laçın Beynəlxalq Hava Limanı 2025-ci ilin mayında istifadəyə verilmişdir. Texniki göstəriciləri uçuş-enmə zolağı 3 000 m uzunluqda və 60 m enində planlanmış, 6 təyyarə dayanacağı və 5 000 m² sahəli terminal binası dizayn edilmişdir.

Strateji əhəmiyyəti olduqca böyük ola bu hava limanı regionda nəqliyyat bağlantısını gücləndirəcək, turizm və iqtisadi canlanmanı stimullaşdıracaqdır.

Yol və Nəqliyyat İnfrastrukturunun Bərpası ilə bağlı Kəlbəcər–Laçın avtomobil yolu uzunluğu 75,8 km olan yeni yol inşa edilir. Yol boyunca 17 tunel (cəmi 13,3 km) və 23 körpü (4 163 m) tikilir. Bu yol həm istiqamətləri qısaldacaq, həm də müasir nəqliyyat infrastrukturu ilə regionun əlçatanlığını artıracaqdır.

Su Elektrik Stansiyaları (SES) o cümlədən Güləbird Su Elektrik Stansiyası (8 MVt) tikilərək təxminən 7 000 nəfəri energetik təminatla təmin edir. Mişni (8,25 MVt), Alxaslı (6 MVt), Zabux və Qarıqışlaq kimi SES-lər bərpa edilmiş və istifadəyə verilmişdir. Bu stansiyaların ümumi gücü 40,5 MVt, illik enerji potensialı isə 120 milyon kVt-saatdır – gələcəkdə bu güc 65,5 MVt və 194 milyon kVt-saat səviyyəsinə çatdırılacaqdır. Alternativ enerji mənbələrindən istifadə təbiətə zərərin azaldılmasına, qaz və karbon emissiyaları azalmasına yönəlib;

Şəhər içi infrastruktur və yenidənqurma işlərində 258 hektar yaşıllıqlı sahələr nəzərdə tutularaq həm fərdi evlər, həm çoxmənzilli binalar tikilir. “15 dəqiqəlik şəhər” prinsipi tətbiq olunaraq gündəlik tələbat obyektlərinin yaxın məsafədə olması, asan hərəkət imkanları təmin edilir .

Sosial obyektlər, xəstəxana, “İşğal və Zəfər Muzeyi”, Memorial Park, məktəbəqədər və tam orta məktəblər, peşə məktəbi, mədəniyyət və turizm obyektləri nəzərdə tutulur.

Girişdə çaykənarı bulvar, Həkəri çayı üzərində göl, asma körpü, yaşıllıqlar və çimərliyin ətrafında əyləncə mərkəzi planlanır;

Ümumilikdə 626 fərdi ev, 138 mənzil və 87 qeyri-yaşayış obyekti istifadəyə verilib. Hazırda əlavə 89 ev, 28 blok və 26 obyekt inşa və bərpası mərhələsindədir .

2023-cü ilin noyabrına qədər infrastruktur işlərinin 80 %-i tamamlanmış, 315 ailə (1 205 nəfər) şəhərə qayıtmış, əlavə 75 ailənin qayıtması planlanıb;

İş imkanları ilə bağlı Zerti Aqro-Sənaye Parkında fəaliyyət göstərən müəssisələrdə artıq 430 nəfər işlə təmin olunub; gələcəkdə 50-yə yaxın müəssisə 1 200–1 300 nəfərin işlə təminatını təmin edəcəkdir.

Laçında həmçinin heyvandarlıq, arıçılıq, balıqçılıq sürətlə inkişaf edir, “Həkəri Balıq Təsərrüfatı” regionda ilk nərəyetişdirmə məntəqəsinə çevrilib;

Turizm infrastrukturu qurulur istirahət kompleksləri, çaykənarı bulvar, kanat yolu, “Hoçazfilm” yaradıcılıq studiyası fəaliyyətə başlayıb.

MDB Humanitar Əməkdaşlıq Şurasının qərarı ilə Laçın şəhəri 2025-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı elan olunub. Bu, Laçının qədim mədəni irsinin, zəngin ənənələrinin və yeni simasının beynəlxalq səviyyədə tanıdılması deməkdir.

Prezident İlham Əliyev demişdir;

“Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur.”

Bu gün Laçın həm öz doğma sakinlərinə, həm də bütün Azərbaycan xalqına ümid, qürur və gələcəyə inam bəxş edir.

Yaşasın azad və abad Laçın!

Elmir Məmmədov – YAP fəalı

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Məktəbli bazarında ajiotaj: bir uşaq neçəyə “başa gəlir?” – qiymətlər

Next

Mehriban Əliyeva – Müasir Azərbaycan qadınının parlaq və qürurverici siması

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv