Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Gözəl örnəklərə qoz qoymamaq… – nə yapon ola bilirik, nə də alman

By Vüsal Rafiqoğlu
30.08.2025 3 Min Read

Feysbuk dostlarımız tez-tez başqa ölkələrdəki nümunəvi adətlər haqqında paylaşımlar edirlər. Maraqlı, heyrətamiz, həsəd aparılacaq mətləblər olur. Burada məqsəd həmvətənlərimizə yandı-qındı vermək deyil, məqsəd odur ki, onlardan örnək götürək, biz də elə edək.

Düzdür, bəzi vətənpərvər soydaşlar paylaşımı müşayiət edən “bizdə belə deyil” kimi sözləri hərləyib-fırlayıb öz millətimizin aşağılanması kimi yozurlar, amma bu tam haqqı, elə deyil. O cür paylaşım edən bir çox dostların əsl niyyətindən xəbərim var. Yeri gəlsə, onlar millətimizin yuxarılanmasına çalışan adamlardır.

Məsələn, bu günlərdə elə dostlardan biri (özüm adını çəkmirəm ki, bəziləri deyəcək, o ateistdir) Yaponiyadan bir örnək göstərib, yazıb ki, bu ölkədə işə tez gələnlər maşınlarını ofisdən uzaqda saxlayırlar ki, gecikənlər daha yaxında saxlaya bilsinlər və işə gecikməsinlər.

Bu adətin adına Omoiyari deyirmişlər. Bunu yaponlara lap uşaqlıqdan öyrədirlər. Sosial fəlsəfədir, qısa məğzi odur ki, eqoist olmaq olmaz, başqalarını da düşünməlisən. Belə olanda səni də düşünürlər, həyat rahatlaşır.

Biz belə şeyləri bilmərik, birdən-ikiyə öz ölkəmizdə olmayıb, qonşu ölkələrdən də gəlməyib. Namxuda, qonşularımız da özümüz kimidir. Hamısı.

Başqasını düşünmək, qonşunu iki inəkli istəmək, yetim sevindirmək, nə bilim, balığa rəhm edib dəryaya atmaq-filan, bunlar folklor nümunələrində olur. Real həyatda devizimiz “közü öz qabağına eşmək”, “mən salim olum, cümlə-cahan batsa da, batsın”, “məndən ötdü qardaşıma dəydi, elə bildim, saman çuvalına dəydi”, “qarın qardaşdan irəlidir” və sairdir.

Düzdür, istisnalar həmişə var, amma heç bir istisna qaydanı pozmur. Oxumuş adamlar demişkən, əsas məsələ tendensiyanın necə olmasıdır.

ttrkat.JPG (64 KB)

2018-ci ildə Rusiyada keçirilən futbol mundialı zamanı stadionun tribunalarındakı yaponları tez-tez göstərirdilər. Əllərində iri sellofan torbalar olurdu, gülümsər çöhrə ilə özlərinin və başqalarının oyun zamanı yerə tökdükləri zibilləri (plastik cürdəkləri, çipsi, popkorn, tum qablarını və s.) yığışdırırdılar. Onlar bu hərəkətləri ilə Rusiyaya, eləcə də bütün dünyaya parlaq nümunə göstərdilər, eyni zamanda özlərini reklam etdilər. Milyonlarla insan gördü ki, yaponlar təmizkar, intizamlı, təkəbbürsüz xalqdır. Onlar bu işlərini Qətərdəki mundialda da davam etdirdilər.

Amma bu örnək başqalarına, onları müşahidə edənlərə ibrət oldumu? Olmadı. Çünki qanacaq və tərbiyə uzun vaxt, gərgin və ardıcıl səy tələb edən şeydir. Sən on il nümunə və ardıcıl səy göstərərsən, amma gönüqalın səyin biri ilk fürsətdəcə yeri-yurdu zibilliyəcək, sonra da hırıldaya-hırıldaya, irişə-irişə, təşər-təşər gedəcək.

Tərifləməyə qalsa, özümüzü tərifləməyə yararlı olan xeyli hekayəti mən də bilirəm. Yarım saat dayanmadan danışmaq, qonaqpərvərliyimizdən tutmuş hər sahədə istedadlı olmağımıza qədər dastanlar bağlamaq olar. Amma onlar qüsurlarımızın kölgəsində qalacaq.

O gün dostlardan biri iki azərbaycanlı qardaşların İsveçdən gəlmiş bloqerləri yaxşı qonaq etmələrindən, onlarda ölkəmizin insanları haqqında xoş təəssürat yaratmalarından bəhs edən bir status paylaşmışdı, oxuyurdun, ürəyin açılırdı.

Ancaq belə işlərlə yanaşı, xarici turisti “20 Yanvar” metrostansiyasından “İnşaatçılar”a Şamaxinka-avtovağzal-Sulutəpə-Xocasən-Meyvəli bazarı – dairəvi yol – Yeni Yasamal – “Günəş-petrol” marşrutu ilə dolandırıb aparan və 25 dollar tələb edən taksi sürücüsü də olub axı. Hələ Qəbələdə 15 kiloluq toğlunun kababı üçün 250 kiloluq cöngənin pulunu tələb edən restorator əmilərdən danışmıram.

Bəs vaxt məsələsində özümüzü necə öyək? Siz heç bu ölkədə gündüz saat 11-ə təyin edilmiş iclasın saat 11-də və ya 12-yə 15 dəqiqə işləmiş başladığını görmüsünüzmü? Ola bilməz. Nadirən belə şey olubsa, ya təşkilatçılar bizdən olmayıb, ya da iştirakçılar.

Budur, neçə yüz ildir almanlar vaxt məsələsində dəqiq olmağı dünya əhlinə öyrədə bilmirlər. Çətindir.

Haramxorluq, müftəxorluq, şərləmə, rüşvət hesabına qabağa düşmək cəhdi – bir bizdə, bir də bizim günümüzdə olanlarda. Xarici ölkələrdən birində yaşayan azərbaycanlıların qrupuna əlavə ediblər. Ordakı paylaşımlara baxıram, mat qalıram. Avropanın göbəyində yaşayan həmvətənlərimiz bir-birindən soruşur ki, burda sürücülük vəsiqəsini necə əldə etmək olar – imtahan vermədən, əziyyət çəkmədən, alternativ yolla. Başqa biri ona “pul atıb” qaçan soydaşını axtarır, şəklini paylaşır, “ehtiyatlı olun, dələduzdur” xəbərdarlığı edir. O biri hansı yollarla Avropaya yerləşməyin mümkünlüyünü, “etibarlı düzüb-qoşan” olub-olmadığını soruşur.

İl-ildən də pisləşir. Cəhalət, mədəniyyətsizlik, vəhşilik ölkələri təzədən basır. Bəşər əhli elm və texonologiyayalar sayəsində nə qədər qabağa gedirsə, cəhalət onlarla dabanbasaraq gedir və ətəyindən yapışaraq, “yox, elə deyil” deyə geri dartır.

Biz də geri dartılanlar sırasındayıq. Ona görə də yalandan özümüzü oyub, sinəmizə döyməyək. Naqis cəhətlərimizi deyə-deyə düzəltməliyik, onlardan imtina etməliyik. Yoxsa “Cavanşirəm, Babəkəm, Nəbiyəm, Koroğluyam, Azərbaycan oğluyam” mahnısını mən də bilirəm. 93-ün noyabrında bunu hamıdan yaxşı Qiyasəddin adlı taqım yoldaşımız oxuyurdu. Xındırıstana çatandan bir gün sonra xayasını lezva ilə çərtdi ki, guya qrıjası var. Üstü açıldı, döyüb saldılar hauptvaxta.

Samir SARI
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

BDYPİ-dən bu nəqliyyat vasitələrinin sürücülərinə XƏBƏRDARLIQ

Next

Oteldə anasını öldürən Ayxanın FOTOSU

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv