Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

SOS! Birinci sinfə gedənlərin sayında azalma – səbəblər

By Vüsal Rafiqoğlu
18.09.2025 4 Min Read

Demoqrafik vəziyyətlə bağlı problemlər təhsildə də özünü göstərir – fərqli rəylər

Azərbaycanın demoqrafik vəziyyətində yaranan problemlər artıq təhsildə də özünü göstərir. Bu barədə təhsil üzrə ekspert Elçin Əfəndiyev sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirib.  O qeyd edib ki, boşanmalar, oğlan uşağı istəkləri, tək övladla kifayətlənmək meyli ölkənin demoqrafik durumuna mənfi təsir göstərir. Əfəndiyev açıqlamasında son 7 tədris ilində I sinfə gedən uşaqların sayındakı dəyişiklikləri təqdim edib:

2019-2020-ci tədris ili – 159 min 644 uşaq

2020-2021-ci tədris ili – 165 min 511 uşaq

2021-2022-ci tədris ili – 153 min 312 uşaq

2022-2023-cü tədris ili – 151 min 560 uşaq

2023-2024-cü tədris ili – 137 min 862 uşaq

2024-2025-ci tədris ili – 132 min 261 uşaq

2025-2026-cı tədris ili – 130 min uşaq

Onun sözlərinə görə, bu göstəricilər əhalinin təbii artımında ciddi geriləmədən xəbər verir: “Fikrimcə, aidiyyəti qurumlar məsələni diqqətə almalıdır”. Böyük şəhərlərdə əhalinin daha sıx cəmləşməsi, cəmiyyətin inkişaf templəri, sənayeləşmə, yüksək texnologiyaların tətbiqi ilə iqtisadi fəallığın şəhərlərdə təmərküzləşməsi şəhər əhalisinin sayının artmasına gətirib çıxarır. Şəhər əhalisinin sayı artdıqda isə regionlardan fərqli olaraq biz burada daha çox iki uşaqlı ailələri müşahidə edirik. Dünyadakı trendləri müqayisə etdikdə böyük şəhərlərdə əhalinin sayı artdıqca, ailələrin say tərkibinin azaldığını müşahidə edirik. Bizim ölkədə böyük şəhərlərdə əhalinin ailə say tərkibi 4, Avropa ölkələrində isə adətən 3 nəfərdən ibarətdir.

Mail Yaqub ömür boyu mənə yaltaqlanan adam olub” -

 Mail Yaqub

Sosioloq Mail Yaqub mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Bu problem artıq neçə ildir ki, Azərbaycanda başlayıb. Son illərdə müxtəlif səbəblərdən əhalinin artım tempi azalıb. Bu da özünü statistikada göstərir. Mənə görə, həyəcan təbili çalınmalıdır. Niyə əhalidə artım tempi azalıb? Birinci səbəb ailələrdə uşaqların az olmasıdır. Ötən əsrin 60-cı illərində hər ana orta hesabla 6,7 uşaq dünyaya gətirirdisə, bu rəqəm indi 1,6-ya düşüb. Heç hər ailənin uşaq sayı ikiyə çatmır. Belə olan vəziyyətdə nə gözləməliyik ki? Bu azalmanın səbəbləri yalnız sosial səbəblərdirmi? Xeyr.

Avropada sosial problemlərin az olduğu ölkələrdə belə artım yoxdur. Yəni məsələ təkcə iqtisadi-sosial səbəblərdə deyil. Hərçənd bizim ölkədə bu amil böyük təsir göstərir. Sadəcə, həyata baxış tərzi dəyişib. İnsanlar 1-2 uşaqla kifayətlənirlər. İki uşağa təhsil verirəm, qidalandırıram, geyindirir, gəzməyə aparmalıyam, yəni həyatın standartları yüksəlib.

Bu, ümumilikdə dövlətin ziyanınadır. Demoqrafik problem hərbi-strateji baxımdan dövlətin ziyanınadır. Təşviqedici amillər olmalıdır. Məsələn, üçüncü uşağı dünyaya gətirən ailəyə xüsusi güzəştlər olmalıdır. Dördüncü uşağı dünyaya gətirən ailəyə daha çox güzəştlər verilməlidir. Bu olmasa, artım səviyyəsi azala-azala gedəcək. 10-15 ildən sonra vəziyyət daha da betər olacaq. Belə davam edərsə, beynəlxalq təşkilatın açıqladığı kimi, 2100-cü ildə Azərbaycan əhalisinin sayı 8 milyona düşəcək”. 

Elman Sadıqov: “Əsas məsələlərdən biri 2026-cı ilə qədər Azərbaycan  manatını sabit saxlamaqdır” - Oxu.az

Elman Sadıqov

İqtisadçı Elman Sadıqovun da mövzu ilə bağlı maraqlı fikirləri var: “Demoqrafik problemlər hər bir ölkə üçün fərqlidir. Bütün dünya ölkələrini demoqrafik problemlər və çağırışlara görə bir neçə qrupa bölmək mümkündür. Birinci qrupa daxil olanlar əhalisinin orta yaşı hazırda yüksək olan ölkələrdir. Bu ölkələrin bir çoxu, məsələn, Avropa ölkələri, yüksək inkişaf etmiş olsalar da, texnoloji inkişaf baxımından ABŞ, Çin və Yaponiyaya ciddi şəkildə uduzurlar. Hazırda Yaponiya da daxil olmaqla, bu ölkələrdə texnoloji inkişaf dinamikasında durğunluq müşahidə olunur. Texnoloji inkişaf baxımından Yaponiya ayrıca bir mövzudur, çünki bu ölkədə son 40 il ərzində formalaşmış infrastruktur və mədəni mühit var.

İkinci qrupa isə yaşlı əhalisinin ümumi əhali içindəki payının yaxın gələcəkdə – xüsusilə 2040-2050-ci illərdə – yüksək olacağı ölkələr daxildir. Bu ölkələrdə iqtisadi artım templərinin azalması, təqaüd fondları ilə bağlı problemlərin yaranması kimi məsələlər proqnozlaşdırılır.

Üçüncü qrupda əhalisinin artım tempi iqtisadi inkişaf tempindən yüksək olan ölkələr yer alır. Belə ölkələrdə iqtisadiyyat əhalinin rifahına yetərincə dəstək verə bilmir. Əhalinin artım sürəti iş yerlərinin yaradılma sürətini üstələdiyi üçün bu ölkələrdə işsizlik artır, işsiz insanlar iqtisadi inkişafa töhfə verə bilmir, əksinə, iqtisadi yükə çevrilirlər. Bu əhali qrupuna dövlət büdcəsi hesabına müxtəlif müavinətlər, təqaüdlər və işsizlik yardımları ödənilir. Bu ölkələrin əhalisi daha çox miqrasiya etməyə – yəni digər ölkələrə köçməyə meyllidir. Nəticədə dövlət büdcəsi əsasən sosial xərclərə yönəlir və bu da iqtisadi inkişaf tempini ildən-ilə zəiflədir.

Dördüncü qrupda isə əhalisinin artım tempi iqtisadi inkişaf tempindən zəif olan ölkələr toplanır. Bu ölkələrin əksəriyyəti inkişaf etmiş və bəzi hallarda inkişaf etməkdə olan dövlətlərdir. Bu vəziyyət iqtisadi artıma ciddi maneələr yaradır, işçi qüvvəsi və kadr çatışmazlığı özünü qabarıq şəkildə göstərir. İnkişaf etmiş ölkələr immiqrasiya siyasəti vasitəsilə bu problemi müəyyən qədər aradan qaldıra bilirlər, lakin inkişaf etməkdə olan ölkələr immiqrasiya siyasəti yürütməkdə çətinlik çəkirlər. Bu isə onların digər ölkələrlə müqayisədə iqtisadi inkişaf templərini sürətli şəkildə zəiflədir.

Beşinci qrupda əhalisinin artım tempi ilə iqtisadi inkişaf tempi paralel olan ölkələr yer alır. Bu, ideal vəziyyət hesab olunsa da, belə ölkələrin sayı olduqca azdır. Bu günə qədər immiqrasiya hesabına bu prosesi uğurla tənzimləyən əsas ölkə ABŞ olub. Kanada bu məsələdə geridə qalıb. Çin isə əhali artımından iqtisadi inkişafı təmin etmək üçün indiyə qədər səmərəli şəkildə istifadə edə bilib. Lakin “bir uşaq” siyasətinin mənfi nəticələri 2040-2050-ci illərdə ölkədə yaşlanma problemi ilə özünü göstərəcək”.

İqtisadçıya görə, hazırda ən avantajlı vəziyyətdə olan ölkələr əhalisinin orta yaşı 30 və daha az olan ölkələrdir: “Belə ölkələrdə düzgün demoqrafik siyasət aparılarsa, arzu olunan demoqrafik artımı təmin etmək mümkündür. Yekun nəticə olaraq bir sıra məqamlar önə çıxır. Birincisi, dünyada demoqrafik problemlər deyildikdə, bu problemlərin bütün ölkələr üçün eyni olduğunu düşünmək doğru deyil. İkincisi, çıxış yolu miqrasiya kimi görünsə də, texnoloji inkişaf işçi qüvvəsinə malik olan ölkələri kütləvi miqrasiya siyasəti aparmağa yox, beyin axını (yəni yüksək ixtisaslı mütəxəssisləri cəlb etmək) siyasəti yürütməyə məcbur edir. Bu isə əhali artımı iqtisadi inkişaf tempindən yüksək olan ölkələrin emiqrasiya siyasətinə mane olacaq əsas amillərdən biridir. Dünya indiyə qədər bu tip problemləri əsasən kütləvi miqrasiya siyasətləri ilə tənzimləməyə çalışıb. Üçüncüsü, inkişaf etmiş ölkələr yaxın 25-30 il ərzində ciddi şəkildə yüksək təhsilli, ixtisaslı kadrlara – yəni ”beyinlərə” ehtiyac duyacaqlar. Bu səbəbdən elmi və təhsili güclü olan ölkələrin inkişaf imkanları daha yüksək olacaq”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Milli Qəhrəmanın anası vəfat etdi

Next

Suverenlik – Milli kimliyimizin əsas sütunu

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv