Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Rusiya artıq mane ola bilməyəcək: Cənubi Qafqazda iqtisadi və nəqliyyat əməkdaşlığı güclənir

By Vüsal Rafiqoğlu
22.10.2025 2 Min Read

Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin bərpası istiqamətində mühüm addım atılıb. Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan taxılının Ermənistana tranzit qaydada daşınmasına icazə verib. Qazaxıstan məhsulları Bakı-Aktau xətti vasitəsilə Azərbaycanın ərazisindən keçərək Ermənistana çatdırılacaq. Prezident İlham Əliyev bu qərarın sülh prosesinin artıq yalnız kağız üzərində deyil, praktik müstəvidə də reallaşmasının göstəricisi olduğunu vurğulayıb.

Ermənistan baş naziri Nikol Paşinyan da bu jestə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. Qarşılıqlı addım kimi, Ermənistan Türkiyədən Azərbaycana gedən TIR-ların öz ərazisindən keçməsinə icazə verib. Bununla da iki ölkə arasında beynəlxalq nəqliyyat əlaqələrinin faktiki bərpası baş verir və bu proses Cənubi Qafqazda uzun illərdən sonra formalaşmaqda olan yeni əməkdaşlıq və etimad mühitinin rəmzinə çevrilir.

Bu qərarlar, eyni zamanda, regionda iqtisadi inteqrasiyanın dərinləşməsi, kommunikasiya xətlərinin açılması və sülhün möhkəmlənməsi baxımından tarixi əhəmiyyət daşıyır.

Bəs Azərbaycanın atdığı bu addım artıq praktik sülhün başlanğıcı deməkdirmi, yoxsa prosesin qarşısında hələ də ciddi risklər var? Ermənistanın bu siyasətinə qarşı Rusiyanın hansı təzyiq alətlərindən istifadə edə biləcəyi gözlənilir?

O da məlumdur ki, Rusiya Ermənistan daxilində hakimiyyət dəyişikliyinə dəstək verməklə bölgədə sülh prosesini pozmağa çalışır.

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.

elxan.jpg (68 KB)

Politoloq qeyd edib ki, iki ölkə arasında kommunikasiya xətlərinin açılması Cənubi Qafqazda davamlı sülhə və əməkdaşlığa xidmət etməlidir:

“Doğrudur, buna mane olmaq istəyən qüvvələr Ermənistanda kifayət qədərdir – radikallar, Qarabağ klanı, kilsə və s. Lakin əməkdaşlıq işə düşəndən sonra, yəni kommunikasiya xətləri açıldıqdan sonra, Ermənistan istər-istəməz Türkiyə və Azərbaycandan asılılığı artacaq. Eyni zamanda, Ermənistan da bu əməkdaşlıqdan faydalanacaq və erməni cəmiyyətinin bir hissəsi prosesi dəstəkləmək məcburiyyətində qalacaq. Ona görə də buna mane olmaq istəyən qüvvələrin gücü artıq təsirsiz olacaq.

Bu baxımdan, kommunikasiya xətlərinin açılmasını indi də çox əhəmiyyətli hesab etmək olar”.

Politoloq bildirib ki, sülh sazişi imzalandıqdan sonra əməkdaşlıq daha da genişlənəcək:

“Ermənistan hətta istəyir ki, Azərbaycandan qaz alsın və bu, həll oluna biləcək bir məsələdir, çünki bu, Ermənistanın təkcə Rusiya və İran qazından asılılığını azaltmaqla nəql imkanlarını şaxələndirəcək. Bu isə bölgədə sülhün davamlı olmasına xidmət edəcək.

Eyni zamanda, Azərbaycanın Prezidenti İlham Əliyevin Qazaxıstandakı açıqlaması diqqətçəkəndir – Qazaxıstan taxılı artıq Azərbaycan üzərindən Ermənistana daşınır. Bu qərarı erməni rəsmiləri alqışlayıb, Ermənistan baş naziri Nikol Paşinyan isə Tiflisdəki toplantıda buna görə İlham Əliyevə minnətdarlığını bildirib. Qarşılıqlı addım kimi, Ermənistan da öz ərazisinin Azərbaycanla Türkiyə arasındakı nəqliyyat imkanlarından istifadə olunmasına razılıq verib. Doğrudur, dəmir yolu hələ hazır deyil, amma avtomobil yolları artıq istifadə oluna bilər.

Bu yeni reallıq Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi qələbədən sonra yaranan bir vəziyyətdir və Ermənistan baş naziri, hökuməti və erməni cəmiyyətinin bir hissəsi bunu qəbul etmək məcburiyyətində qalıb”.

Elxan Şahinoğlunun fikrincə, Rusiya bu prosesi əngəlləyə bilməyəcək:

“Əgər Ermənistan–Azərbaycan arasında iqtisadi və ticarət əməkdaşlığı dərinləşsə, Türkiyənin də bu prosesdə rolu artacaq və Ermənistanın qazancı yüksələcək. Rusiya bu prosesə mane ola bilməyəcək, təkcə ona görə ki, Moskva özü də regional əməkdaşlıqda iştirak etməkdə maraqlıdır. Buna misal olaraq, Azərbaycanda fəaliyyət göstərən Şimal-Cənub nəqliyyat dəhlizini göstərmək olar”.

Xalidə GƏRAY
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

DYP-dən sürücülərə müraciət- VİDEO

Next

Azərbaycan və Ermənistan ekspertləri İstanbulda müzakirə apardılar

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv