Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Reallıq proqnozları üstələdi: 10 ayın iqtisadi göstəriciləri

By Vüsal Rafiqoğlu
01.11.2025 3 Min Read

Mütəxəssisə görə, hökumət neftin qiymətlərinin ən az həddi ssenarisinə indidən hazır olmalıdır

Ötən ilin əvvəlindən bir sıra beynəlxalq maliyyə qurumları və iqtisadi analitik mərkəzlər Azərbaycan iqtisadiyyatı ilə bağlı ehtiyatlı, bəzən isə bədbin proqnozlar irəli sürürdülər. Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı, Fitch Ratings və bir sıra regional araşdırma institutları neft qiymətlərinin kəskin ucuzlaşaraq 40 dollar səviyyəsinə enəcəyi, bunun nəticəsində dövlət büdcəsində gərginlik, inflyasiyanın yüksəlişi və hətta milli valyutanın devalvasiyası risklərinin arta biləcəyi barədə xəbərdarlıqlar etmişdilər. Həmin dövrdə bəzi beynəlxalq ekspertlər Azərbaycanın iqtisadi artım tempinin zəifləyəcəyini, maliyyə sabitliyinin təzyiq altında qalacağını iddia edirdilər.

Rəsmi qurumların məlumatlarından belə qənaətə gəlmək olur ki, bu ilin ilk on ayı ərzində Azərbaycan iqtisadiyyatı əsasən sabit inkişaf dinamikasını qoruyub, lakin artım tempi əvvəlki illərlə müqayisədə bir qədər zəifləyib. Dövlət Statistika Komitəsinin və Maliyyə Nazirliyinin açıqlamalarından görünür ki, iqtisadi fəaliyyətin əsas istiqamətləri üzrə mənzərə birmənalı deyil: qeyri-neft sektorunda artım və aktivlik müşahidə olunsa da, neft-qaz hasilatında azalma tendensiyası davam edib. İlin ilk doqquz ayında Ümumi Daxili Məhsul 95 milyard manatı ötüb və ötən ilin eyni dövrünə nisbətən təxminən 1,3 faiz artıb. Neft-qaz sektorunda 1,9 faiz azalma baş verib, qeyri-neft-qaz sektorunda isə 2,9 faiz artım qeydə alınıb. ÜDM strukturunda sənaye 34 faizdən bir qədər çox paya malik olub, kənd təsərrüfatı, tikinti və ticarət sahələri də iqtisadi aktivliyin əsas istiqamətləri kimi ön plana çıxıb. Rəsmi məlumatlara əsasən, kənd təsərrüfatı məhsullarının həcmi təxminən 4 faiz artıb, heyvandarlıq və bitkiçilikdə məhsuldarlıq göstəriciləri yaxşılaşıb.

İnflyasiya səviyyəsi il ərzində nəzarətdə saxlanılıb. Yanvar-avqust aylarında illik inflyasiya göstəricisi 5,6 faiz təşkil edib. Ərzaq məhsullarında 6,6 faiz, qeyri-ərzaq mallarında 2,6 faiz, xidmətlərdə isə 6,9 faiz artım qeydə alınıb. Avqust ayına qədər inflyasiya 4,9 faizə qədər enib ki, bu da qiymət sabitliyinin müəyyən dərəcədə qorunduğunu göstərir.

Əhalinin gəlirlərinə gəldikdə isə ilin ilk səkkiz ayında adambaşına düşən gəlir 4 935 manat səviyyəsində olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artım deməkdir. Pərakəndə ticarət dövriyyəsi 40 milyard manatı keçib və 4,3 faizlik artım qeydə alınıb. Bu, daxili tələbin və istehlak bazarının sabit qaldığını göstərən amillərdən biridir.

Bəs 2025-ci ilin son doqquz-on ayı ərzində reallıq nədən ibarət oldu? İlin əvvəlində verilən bu proqnozlar nə dərəcədə özünü doğrultdu? Hazırda Azərbaycanın ərzaq təhlükəsizliyi hansı səviyyədədir, iqtisadi artım dayanıqlığını qoruyubmu? Neftin qiymətlərində hansı tendensiyalar müşahidə olunur və ilin qalan dövrü üçün inflyasiya gözləntiləri nəyi göstərir?

Fikrət yeni.jpeg (153 KB)

Fikrət Yusifov 

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Cari ilin 10 ayının iqtisadi yekunlarından noyabr ayının ortalarında danışa bilərik. Bu günə dövlətin rəsmi statisitikasının təqdim etdiyi göstəricilər 2025-ci ilin 9 ayının yekunlarını özündə əks etdirir. Azərbaycan hökuməti 2025-ci ildə ÜDM-in 3 % artacağını proqnozlaşdırıb. Dövlət Statistika Komitəsinin yaydığı rəsmi məlumatlara görə bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatı cəmi 1,3 % artıb. Bu cari il üçün hökumətin proqnozlaşdırdığı səviyyədən 2,3 dəfə aşağı göstəricidir. İqtisadiyyatda nəzərdə tutulan artım proqnozlarının icrasındakı problem ilk növbədə ölkədə neftin hasilatının aşağı düşməsi ilə əlaqələndirilməlidir. Belə ki, hesabat dövründə ölkədə əmtəəlik neft hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% aşağı düşüb. Biz bu ilin Dövlət Büdcəsində neftin bir barel üçün qiymətlərini 70 dollardan, gələn il üçün isə 65 dollardan götürmüşük. Bu gün dünya bazarlarında neftin bir barelinin qiyməti 60-65 dollar arasında dəyişir. Gələn il dünya bazarlarında bu qiymətlərin daha kəskin azalacağı, yəni onun 45-50 dollar səviyyəsinə düşməsi gözlənilir. Bu isə neft ölkələri üçün olduqca təhlükəlidir. Ona görə hökumət neftin qiymətlərinin ən az həddi ssenarisinə də indidən hazır olmalıdır. ABŞ Səudiyyə cütlüyü artıq bu məsələdə razılıq əldə ediblər və dünya bazarlarında neftin qiymətlərinin aşağı düşməsini təmin edəcək konkret addımlar atmaqdadılar”.

Professor əlavə edib ki, ölkədə ərzaq təhlükəsizliyi  sahəsində də vəziyyət ürəkaçan deyil:  “Biz bu gün əhalinin istehlak etdiyi ərzağın 3/4 hissəsini xaricdən idxal hesabına təmin edirik. Mən dəfələrlə bu barədə fikirlərimi açıqlamışam. Bir aqrar ölkə kimi bu bizi çox ciddi düşündürməlidir. Xaricdən gətirilən ərzağın böyük əksəriyyətinin aşağı keyfiyyətdə olması insanlarımızın sağlamlığına ciddi zərbə vurur. Bu gün ölkədə xərçəng, ürək-damar kimi xəstəliklər çox geniş yayılıbdır ki, bunun kökündə də ilk növbədə keyfiyyətsiz ərzaq dayanır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“12 manata monqol əti” Azərbaycan bazarını bürüyüb – VİDEO

Next

Bakıda bu vulkan 3 dəqiqədən bir püskürür- Video

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv