Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Sığınacaqda ölən 16 yaşlı qızın yaxınlarının ittihamlarına Mehriban Zeynalovadan CAVAB

By Vüsal Rafiqoğlu
24.11.2025 3 Min Read

“Doğrudur, bədənində qan və zədə izi yox idi, amma…”

Noyabrın 19-da “Təmiz Dünya” sığınacağında faciəvi şəkildə vəfat edən 16 yaşlı Nurcan Cəfərovanın qohumları APA TV-yə verdikləri açıqlamada sığınacağı ittiham ediblər.

Onlar meyitin zədəsiz olduğunu, 4-cü mərtəbədən yıxılan birinin üzərində bir cızıq belə olmamasını bildirib. Nurcanın nənəsi iddia edir ki, nəvəsi insan alverinin qurbanı olub və onun orqanları satılıb.

Xalası isə deyir ki, Nurcan ona zəng vuraraq heç kimin olmadığı yerdə nəsə demək istədiyini bildirib, lakin danışmağa imkan tapmayıb.

ZEYNAL.png (328 KB)

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bu iddialarla bağlı Musavat.com-a açıqlama verib:

“Yəqin ki, diqqət etmisiniz, mən bu məsələ ilə bağlı çox fikir bildirmirəm. Bunun səbəbi istintaqın aparılmasıdır. Səslənən neqativ fikirlərin heç birini qəbul etmirəm. 23 ildən çoxdur ki, sığınacaq fəaliyyət göstərir. Bu illər ərzində xarici vətəndaşlardan tutmuş öz qadınlarımıza qədər minlərlə insan bizdən xidmət alıb. Həm təşəkkürlər, həm də təkliflər almışıq. Siz də gələndə görmüsünüz ki, hər zaman şəffaf olmuşuq.

İddiaların birində deyilir ki, guya biz onun böyrəyini çıxarmışıq, halbuki baba bildirir ki, bədənində cızıq belə yox idi. Özləri özlərini təkzib edirlər, sonra da deyirlər ki, ürəyini dəyişmişik. Digər iddia səsləndirirlər ki, biz onu pul müqabilində öldürmüşük. Mən özümə əminəm ki, milyonlarla belə olsa, mən belə bir addım atacaq adam deyiləm. Bu dediklərinin heç biri məntiqli deyil.

Üçüncüsü, mən istintaqın nəticələrini gözləyirəm. Sonra onların səsləndirdikləri böhtan xarakterli fikirlərə görə məhkəməyə müraciət edəcəyəm – şəxsi nüfuzuma zərər vurduqları üçün iddia qaldıracağam. Bəzi adamların yazdıqlarına baxmayaraq bildirirəm ki, məntiqi olan adam düşünməlidir: heç bir müəssisə öz ərazisində belə bir hadisənin baş verməsini istəməz. Ən qəddar insan belə bunu arzulamaz. Mən isə uşaqlara sevgi ilə yanaşan adamam.

Heç kim gəlib soruşmayıb ki, uşaqla bağlı hər hansı neqativ hal olubmu, qeyri-insani davranış göstərilibmi və ya xidmət paketi təqdim edilməyibmi. İstintaq davam etdiyi üçün mənim reaksiyasız qalmağımın səbəbi birincisi öz fəaliyyətimə əminliyim, ikincisi isə istintaqa mane olmamaqdır”.

“Sığınacaqda olduğumuz zaman orada uşaqlar yıxılmasın deyə pəncərələrdə dəmir məhəccərlərin vurulduğunu da görmüşdük. Bəs bu hadisə necə baş verdi” sualına cavab verən Zeynalova bildirib:

“Bütün pəncərələrdə dəmir məhəccərlər var. Bizdə ilkin qiymətləndirmə aparılır. Uşaqlıq dövrü travmaları, psixoloji vəziyyət, intihara meyillilik kimi amillər nəzərdən keçirilir. Psixoloq təhlükə görürsə, dərhal tədbir görülür. Bu yeniyetmə heç vaxt intiharla bağlı fikir səsləndirməyib. Sadəcə gəldiyi gün psixoloqa “kaş anam gedəndə məni də aparaydı” deyib. Mən illərdir bu sahədəyəm, həm nəzəri, həm praktiki tərəflərə bələdəm və işçilərimə qarşı yüksək tələblər qoyuram. Təəssüf ki, bu kimi hallar müxtəlif yerlərdə baş verə bilir və bu dəfə bizim müəssisədə baş verdi. Heyət böyük sarsıntı içindədir. 12 nəfərlik psixoloq qrupu dəvət etmişəm, işçilərlə və sığınacaq sakinləri ilə çalışırlar.

Heç kim düşünməsin ki, bu proses bizim üçün asandır. Uşaqla son danışanlar deyiblər ki, o danışa bilirmiş, görünür, daxili zədələnmə olub. Doğrudur, bədənində qan və zədə izi yox idi. Biz ehtimal edirdik ki, kənddə böyüyən uşaqlar daha cəsarətli olur. O, düşünmüş ola bilər ki, buradan tullanarsa, yüngül zədə alar. Bu nəticənin olacağını ağlına gətirməyib. Sadəcə diqqəti özünə cəlb etmək istəyib”.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi “Təmiz Dünya” sığınacağında vəfat edən Nurcan Cəfərova ilə bağlı açıqlama yayıb:

“21 avqust 2025-ci ildə Agentliyə Nurcan Elşad qızı Cəfərovanın qohumlarının evindən qaçması barədə məlumat daxil olub. Uşağın mənafeyinin qorunması üçün dərhal tədbirlər görülüb və qiymətləndirmə aparılıb.

Məlum olub ki, anası Vüsalə Orucova 2014-cü ildə vəfat edib, atası isə Rusiyada yaşayır. Xalası Turanə Həsənova müxtəlif səbəblərdən ona qayğı göstərmək istəmədiyini bildirib”.

Agentlik qeyd edib ki, qiymətləndirmə zamanı Nurcan da xalasının evinə qayıtmaq istəmədiyini söyləyib:

“Onun təhlükəsizliyinin və mənafeyinin qorunması məqsədilə 11.09.2025-ci il tarixli qərarla Nurcan “Təmiz Dünya” sığınacağına yerləşdirilib və onunla sosial-psixoloji reabilitasiya işi aparılıb. Uşağın gələcək hüquqi statusunun müəyyənləşdirilməsi və himayəçi təyin olunması üçün Şəmkir Rayon İcra Hakimiyyətinə sorğu göndərilib, lakin himayəçi müəyyən edilməyib”.

Bildirilib ki, Nurcan sığınacaqda olduğu müddətdə xalasına mütəmadi zəng edib:

“Atası Elşad Səfərov ölkəyə qayıtdıqdan sonra 18.11.2025-ci il tarixində uşaqdan rəsmi qaydada imtina edib. Sosial Xidmətlər Agentliyinin kollektivi olaraq baş verən faciə ilə bağlı kədərlənirik və Nurcana Allahdan rəhmət diləyirik”.

Afaq Mirayiq,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

QMİ Həcc ziyarətinə getmək istəyənlərə çağırış etdi

Next

Bu il yaşayış binalarında baş verən yanğınlarda neçə nəfər ölüb?

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv