Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ölkədə problemli kreditlər ARTIR – SƏBƏB NƏDİR?

By Vüsal Rafiqoğlu
29.11.2025 3 Min Read

Mərkəzi Bank yeni rəqəmləri açıqladı; deputat isə günahı vətəndaşın ödəmə qabiliyyətini tam yoxlamadan kredit verilməsində görür – çağırış

Bu ilin yanvar-oktyabr aylarında banklar 29 milyard 403.9 manat kredit qoyuluşu reallaşdırıb. Bu barədə Mərkəzi Bankın yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, kreditlərin 544,8 milyon manatının vaxtı keçib. İlin əvvəlindən bəri problemli kreditlərin həcmi 21,3%, son 12 ayda isə 13,55% artıb.

Oktyabr ayının sonunda problemli kreditlərin bank sektorunun ümumi kredit portfelində payı 1,7% təşkil edib. Oxşar rəqəm sentyabr ayının sonunda qeydə alınıb. Müqayisə üçün, ötən ilin dekabr ayının sonunda bu rəqəm 1,5%, ötən ilin oktyabr ayının sonunda isə 1,7% olub. Hazırda gecikmiş kreditlərin ümumi məbləği çox böyük olmasa da, təhlükəli olan məqam onların hər ay artmasıdır. Statistik tendensiya göstərir ki, demək olar, hər ay problemli kreditlərin sayı və həcmi artır. Bu isə birbaşa insanların gəlirlərinin azalması və kredit öhdəliklərini yerinə yetirmək imkanlarının məhdudlaşması ilə bağlıdır.

Əgər vətəndaşlar aldıqları kreditləri qaytara bilmirsə, deməli, onların real gəlirləri ya azalıb, ya da inflyasiyanın təsiri altında dəyər itirib. Yəni insanların xərcləri artır, gəlirləri isə eyni templə artmır.

Belə şəraitdə bəzi vətəndaşlar “problemli kreditlərin bağışlanması” məsələsini yenidən gündəmə gətirirlər. Lakin bu addımın atılacağı gözlənilmir. Çünki bu mövzuda artıq onlarla, hətta yüzlərlə məhkəmə qərarı var və hüquqi proseslər davam edir. Banklar kreditlərini geri almaq üçün məhkəmələrə müraciət edirlərsə, deməli, bu, onların maliyyə sabitliyinin qorunması baxımından qaçılmaz addımdır.

Əslində, əsas diqqət kreditlərin bağışlanmasına deyil, artımın səbəblərinin araşdırılmasına yönəlməlidir. Problemin kökündə insanların real gəlirlərinin azalması, inflyasiyanın alıcılıq qabiliyyətini zəiflətməsi və əmək bazarındakı qeyri-sabitlik dayanır. Bu amillər aradan qaldırılmadan nə kredit yükü azalacaq, nə də bank sektoru dayanıqlı sabitliyə qovuşacaq.

Vüqar Bayramov : Fəaliyyəti, Rolu - 2025 - Xaricdə Təhsil

 Vüqar Bayramov 

Deputat Vüqar Bayramov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, problemli kreditlərin həcminin artmasının əsas səbəblərindən biri kredit götürən vətəndaşlarımızın ödəmə qabiliyyətini tam yoxlamadan kredit verilməsidir. Deputatın sözlərinə görə, nəticədə kreditlərin ödənməsi ilə bağlı çətinliklər yaşanır: “Eyni zamanda, bankların kredit kartları vasitəsilə vətəndaşın ödəmə qabiliyyəti, gəlir səviyyəsi yaxud əməkhaqqı məbləği nəzərə alınmadan limitlərin açılmasıdır. Belə kredit limitlərinin açılması vətəndaşlarımızın borclanmasına və krediti geri ödəyən zaman çətinliklə qarşılaşmasına gətirib çıxarır. Hərçənd AMB tərəfindən belə xətlərin açılması gəlirliliklə limitləşdirildi, lakin uzun müddət banklar tərəfindən belə kreditlərin açılması müşahidə olundu. Bu baxımdan qaydalara yenidən baxılması, xüsusilə bankların  kreditləşməsi ilə bağlı yeni qaydaların tətbiq edilməsinə ehtiyac var. Bu qaydalar isə qanunvericiliklə deyil, AMB-nin qəbul etdiyi qaydalarla tənzimlənir. Xüsusilə, ödəmə qabiliyyətinin yoxlanması ilə bağlı qaydaların dəyişdirilməsi, bu istiqamətdə yeni qaydaların tətbiq edilməsi bütövlükdə problemli kreditlərin minimumlaşdırılmasına gətirib çıxara bilər”.

Xalid Kərimli: “Risklər artdıqca qızıla maraq da yüksəlir”

 Xalid Kərimli 

İqtisadçı Xalid Kərimli də problemli kreditlərin ümumi kredit portfelində həm nisbi, həm də mütləq ifadədə artdığını bildirdi. “Yeni Müsavat”a şərhində iqtisadçı qeyd etdi ki, əgər ötən ilin dekabr ayında qeyri-işlək kreditlər 655 milyon manat idisə, oktyabrın 31-də bu məbləğ 805 milyon manat olub, bu isə 150 milyon manat artım deməkdir: “Ümumi kredit portfeli artdığına görə mütləq rəqəmlərlə təhlil o qədər də effektiv olmaz. Nisbi rəqəmlərdə problemli kreditlərin faizinə baxanda görürük ki, ilin əvvəlində bu rəqəm 2,4 faiz idisə, oktyabrın sonunda 2,7 faizə qədər yüksəlib. Bununla yanaşı, 2,7 faiz olduqca qaneedici rəqəmdir. Bir neçə il öncə problemli kreditlərin həcmi daha böyük idi. 2015-2018-ci illərdə problemli kreditlər bəzi dövrlərdə ikirəqəmli həddə çatıb.  Yəni ümumi vəziyyətin qənaətbəxş olduğunu deyə bilərik. AMB-ni narahat edəcək məqam yoxdur. Problemli kreditlərin strukturuna baxanda görürük ki, istehlak kreditlərində pisləşmə 3,5 faizə qalxıb. Biznes kreditlərdə pisləşmə nisbətən azdır, lakin mövcuddur. İpoteka kreditlərində isə heç bir narahatedici məqam yoxdur. Hətta ilin əvvəli ilə müqayisədə yaxşılaşma müşahidə olunur. Problemli kreditlərin artmasının səbəblərinə gəlincə, ilk səbəb inflyasiyanın yüksək qalmasıdır.  Eyni zamanda AMB siyasətinin nəticəsi olaraq, ölkədə faiz dərəcələrinin bir neçə il öncə ilə müqayisədə sürətlə yüksəlməsidir, 2023-cü illə müqayisədə həm istehlak, həm biznes kreditlərinin faiz dərəcələrində 3 faizə qədər artım var. Bu isə kredit faizlərinin təqribən 20-25 faiz yüksəlməsi deməkdir. Bütün bu səbəblər ödəyicilərin ödəmə qabiliyyətinə mənfi təsir göstərir”.

İqtisadçı kreditlərin silinmə mexanizmi ilə bağlı da şərh verdi: “Nə Mərkəzi Bank, nə də dövlət özəl banklara kreditlərin silinməsi ilə bağlı tapşırıq verə bilməz.  Bu, bankların öz səlahiyyətində olan məsələdir. Tələblər ehtiyat yaratmağa aiddir. Yəni ödəmədə gecikmə yaranma hallarına hazır olmaq məqsədilə ehtiyat yaradılmalıdır. Silinmək, yaxud borcdan imtina ilə bağlı qərar yalnız bankın səlahiyyətində olan məsələdir. Dövlət yalnız silinən borcu kompensasiya edə bilər, lakin bunu etməz çünki burada maliyyə intizamının pozulması məsələsi ortaya çıxır. Problemli kreditlərin həcminin artmaması üçün vətəndaşların gəlirləri davamlı olaraq artmalıdır, banklar isə riskli kreditlərin verilməsini azaltmalıdırlar”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu rayonlar LƏĞV EDİLƏ BİLƏR – Hökumətə ÇAĞIRIŞ

Next

Bu qış Bakıda sərt keçəcək – Ekoloqdan XƏBƏRDARLIQ – VİDEO

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv