Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir

By Vüsal Rafiqoğlu
16.01.2026 3 Min Read

Ayrı-ayrı ölkələri işğal və əsarət altında saxlayan imperiyalar nə qədər güclü olsalar belə, qılınc və zor gücünə birləşdirilmiş xalqlar tarixin bu və digər mərhələsində azadlıqları uğrunda mübarizəyə qalxır, suverenliklərini əldə edərək öz dövlətlərini qururlar. İmperiyanın süqutunu görən rəhbərlər belə olan halda prosesin qarşısını almaq üçün bütün vasitələrdən istifadə edir, hətta qan axıtmaqdan, zor tətbiq etməkdən belə çəkinmirlər.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş qətliamlar da bu qəbildən idi. Tarixin sınağından uğursuz çıxmış kommunizim sisteminin iflasa uğramasının fərqinə varmayan SSRİ rəhbərliyi ötən əsrin 80-ci illərinin sonlarında milli azadlıq hərəkatına qalxmış Azərbaycan xalqının əzmini qırmaq üçün ən qəddar üsullardan istifadə edərək tarixin böyük faciələrindən birini törətdi. Nəticədə yüzlərlə insan şəhid, əlil və şikəst oldu. Lakin milli azadlıq uğrunda mübarizəyə qalxanlar öz məqsədlərinə- Azərbaycanın müstəqilliyinin əldə edilməsinə nail oldular.

Bakıda törədilən qanlı qırğından sonra onu və doğmalarını izləyən ağır təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Heydər Əliyev Sovet rəhbərliyinin Bakıda keçirdiyi vəhşiliyə qarşı kəskin bəyənat verdi. M.Qorbaçovun birbaşa göstərişi ilə tökülən qanlara etiraz etdiyini, insanların azadlıq istəyinin məhv edilməsinin mümkünsüzlüyünü söylədi. Bu, təkcə Azərbaycan xalqına deyil, SSRİ məkanında azadlıq eşqi ilə yaşayan bütün xalqlara dəstək idi.

Heydər Əliyevin həmin bəyanatı bütün dünyada geniş əks-səda doğurdu.Bu dahi insanın M.Qorbaçovun ünvanına söylədiyi ittihamlar təkcə Bakıda deyil, Tbilisi, Vilnüs, Riqa və digər şəhərlərdə də hörmət və ehtiramla qarşılanmış, Ulu Öndərimizin  bu aydın mövqeyi o dövrün siyasi təlatümlərindən çaşqın vəziyyətə düşən milyonlarla insan üçün aydın bir istiqamətə çevrilmişdi.

Bir müddətdən sonra Heydər Əliyev  Sov.İKP sıralarını  tərk etdi və Azərbaycan xalqının ən çətin anlarında  Moskvadan doğma vətəninə qayıtmağı vacib saydı.

Azərbaycanın siyasi tarixində özünə parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda deputat, sonralar muxtar respublikanın rəhbəri kimi fəaliyyət göstərməsi buradan başlanan müstəqillik yolunun bütövlükdə Azərbaycan siyasi mühitində aparıcı istiqamətə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.

Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi.Sənəddə 20 Yanvar faciəsinə respublika səviyyəsində siyasi-hüquqi qiymət verilməsi ölkə rəhbərliyindən tələb edilirdi. Çox-çox təəssüflər ki, nə A.Mütəllibov iqtidarı, nə də ki, AXC- Müsavat cütlüyü faciəyə siyasi qiymət vermək üçün əməli addımlar atmadılar. Həmin  dövrdə hadisəyə siyasi-hüquqi qiymət verilməsi üçün lazımi işlər görmək mümkün idi.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Bununla da, Ulu öndər Heydər Əliyevin qətiyyəti və ardıcıl mübarizəsindən sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verildi.

Ümummilli Lider 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onlarin ailələrinə dövlət qayğısının gücləndirilməsini daim diqqətdə saxlayırdı. Heydər Əliyev hər il yanvar ayının 20-də Şəhidlər xiyabanını ziyarət edir, şəhid ailələri ilə görüşərək onların problemləri ilə maraqlanır, həlli ilə bağlı müvafiq göstərişlərini verirdi.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən hər il 20 Yanvar faciəsi geniş qeyd edilir. Azərbaycanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda faciənin ildönümünə həsr olunmuş tədbirlər – konfrans və yığıncaqların, mühazirələrin keçirilməsi, bu tədbirlərin mətbuatda ətraflı işıqlandırılması, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında 20 Yanvar faciəsi barədə materialların verilməsi təmin edilir. Azərbaycan xalqı öz qəhrəman övladlarının əziz xatirəsini daim uca tutur və dərin ehtiramla yad edir.

Oqtay Məmmədov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Qəbələ rayonu

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Kəlbəcərin məşhur “İstisu” sanatoriyasından maraqlı görüntülər

Next

Yeni hədəflər…

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv