Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Dövlət qulluqçusunun əməyinin qiymətləndirilməsində yeni meyarlar: Daha şəffaf, daha ədalətli, daha nəticəyönümlü…

By Vüsal Rafiqoğlu
19.03.2026 4 Min Read

Ekspert: Bu sistem hər bir əməkdaş üçün aydın və proqnozlaşdırıla bilən gəlir modelini formalaşdırır

Son illər Azərbaycanda dövlət idarəçiliyi sistemində həyata keçirilən islahatlar yalnız struktur dəyişiklikləri ilə məhdudlaşmır, eyni zamanda, idarəetmənin fəlsəfəsində köklü yenilənməni özündə ehtiva edir. Xüsusilə maliyyə intizamının gücləndirilməsi, dövlət vəsaitlərinin istifadəsində şəffaflığın artırılması və ictimai nəzarətin genişləndirilməsi istiqamətində atılan addımlar bu transformasiyanın əsas sütunlarını təşkil edir. Bu proseslər fonunda dövlət qulluğunda əmək münasibətlərinin tənzimlənməsi, əməkhaqqı sisteminin daha aydın və ədalətli prinsiplər əsasında qurulması məsələsi də aktuallıq qazanır. Çünki dövlət idarəçiliyinin səmərəliliyi birbaşa olaraq bu sistemdə çalışan insanların sosial təminatı, motivasiyası və peşəkar fəaliyyətinə yaradılan şəraitlə sıx bağlıdır.

Müasir dövrdə dövlət qulluğunda əməkhaqqı mexanizmlərinin təkmilləşdirilməsi artıq yalnız daxili idarəetmə məsələsi kimi deyil, həm də iqtisadi sabitlik, sosial ədalət və beynəlxalq rəqabət qabiliyyəti baxımından qiymətləndirilir. Əməkhaqqı sisteminin mürəkkəbliyi, müxtəlif əlavələr və mükafat mexanizmləri ilə parçalanması uzun müddət həm şəffaflıq, həm də hesabatlılıq baxımından müəyyən suallar doğurur. Bu baxımdan, son dövrlərdə müzakirə olunan və praktik müstəviyə keçidi nəzərdə tutulan yeni yanaşmalar dövlət qulluğunda əməkhaqqının strukturunun sadələşdirilməsi, vahid və aydın mexanizmlər əsasında formalaşdırılması məqsədi daşıyır.

Əməkhaqqı sistemi necə şəffaflaşır?

Sözügedən yanaşmanın konkret ifadəsi kimi dövlət qulluğunda əməkhaqqı sisteminin yenilənməsi ilə bağlı mühüm dəyişikliklər gündəmə gəlib. Aparılan islahatlara əsasən, ilk növbədə, mövcud mükafatlandırma mexanizmi ləğv edilir, əvəzində isə əməkhaqqının baza hissəsinin artırılması nəzərdə tutulur. Bu dəyişikliklər “Dövlət qulluğu haqqında” Qanunda da öz əksini tapır və sistemli xarakter daşıyır. Yeniliklər həm kollektiv, həm də fərdi mükafatları əhatə edir. Belə ki, indiyədək dövlət qulluqçularının fəaliyyətinə görə verilən əlavə təşviq ödənişləri aradan qaldırılır və nəticədə əməkhaqqı sistemi daha vahid, aydın və şəffaf struktur üzərində formalaşdırılır.

Belə bir mərhələdə aparılan islahatlar yalnız maliyyə göstəricilərinin optimallaşdırılmasına deyil, həm də idarəetmədə etimadın möhkəmlənməsinə, əmək münasibətlərində ədalət prinsipinin təmin olunmasına və dövlət qulluqçularının fəaliyyətində nəticəyönümlü yanaşmanın güclənməsinə xidmət edir. Dövlət qulluğunda əməkhaqqı sisteminin yenilənməsi ətrafında gedən müzakirələr də göstərir ki, bu sahədə atılan hər bir addım geniş ictimai maraq doğurur və cəmiyyət tərəfindən diqqətlə izlənilir. Bu isə öz növbəsində həyata keçirilən dəyişikliklərin yalnız texniki deyil, həm də sosial və institusional əhəmiyyətini daha da artırır.

Şəffaflıq yoxsa imtiyaz: Köhnə sistemin görünməyən problemləri

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, maliyyə sektorunda son illərdə həyata keçirilən islahatlar dövlət vəsaitlərinin idarə olunmasında şəffaflığın artırılması, korrupsiya risklərinin minimuma endirilməsi və büdcə xərclərinin səmərəliliyinin təmin olunması baxımından mühüm mərhələ təşkil edir: “Bu islahatların məntiqi davamı kimi son günlər müzakirə olunan dövlət qulluğunda əməkhaqqı sisteminin yenilənməsi xüsusi diqqət çəkir. Söhbət mükafatların, müxtəlif əlavələrin və müalicə müavinətlərinin ləğv edilərək vahid şəkildə vəzifə maaşına daxil edilməsindən gedir.

Burada əsas məqam ondan ibarətdir ki, bu dəyişikliklər dövlət qurumlarına ayrılan ümumi vəsaitin azaldılması demək deyil. Əksinə, həmin vəsaitlərin daha şəffaf, ədalətli və səmərəli şəkildə bölüşdürülməsinə xidmət edir. Əvvəlki sistemdə əməkhaqqının baza hissəsi ümumi gəlirin təxminən 35–45 faizini təşkil edir, bəzi hallarda isə 50 faizdən də aşağı olurdu. Bu isə reallıqda dövlət qulluqçusunun faktiki gəliri ilə rəsmi vəzifə maaşı arasında ciddi uyğunsuzluq yaradırdı.

Bu uyğunsuzluq təkcə daxili idarəetmədə deyil, beynəlxalq müqayisələrdə də özünü göstərirdi. Belə ki, bir çox reytinqlərdə dövlət qulluqçularının gəlirləri yalnız baza maaş əsasında hesablandığı üçün Azərbaycan bəzi hallarda real vəziyyəti əks etdirməyən aşağı göstəricilərlə təmsil olunurdu. Yeni yanaşma bu fərqi aradan qaldırmağa və real gəlirlərin daha düzgün əks olunmasına imkan verəcək”.

Yeni model: Sabit etimad, sabit sistem

QHT sədri qeyd etdi ki, digər mühüm məsələ isə mükafat sistemində uzun illər müşahidə olunan ədalətsizliklə bağlıdır: “Praktika göstərirdi ki, mükafatların bölgüsündə obyektiv meyarlar əksər hallarda gözlənilmir, rəhbərliyə yaxın şəxslər daha çox üstünlük əldə edir, işində fərqlənmək istəyən əməkdaşlar isə müxtəlif bəhanələrlə bu imkanlardan kənarda qalırdı. Bu, həm motivasiyanı zəiflədir, həm də kollektiv daxilində sağlam iş mühitinə mənfi təsir göstərirdi.

Bəzi hallarda isə vəziyyət daha ciddi xarakter alırdı. Ayrı-ayrı qurumlarda rəhbər şəxslərin özlərinə vəzifə maaşlarından dəfələrlə artıq mükafat yazmaları faktiki olaraq dövlət vəsaitlərinin qeyri-şəffaf istifadəsinə, hətta müəyyən mənada “qanuniləşdirilmiş mənimsəmə” hallarına yol açırdı. Yeni sistem bu kimi halların qarşısını almaqla yanaşı, hər bir əməkdaş üçün aydın və proqnozlaşdırıla bilən gəlir modelini formalaşdırır.

Əməkhaqqının vahid və şəffaf formada müəyyənləşdirilməsi həm də iş mühitinə müsbət təsir edəcək. Dövlət qulluqçuları artıq biləcəklər ki, aldıqları əməkhaqqı subyektiv qərarlardan deyil, konkret və sabit mexanizmlərdən asılıdır. Bu isə həm peşəkar fəaliyyətə motivasiyanı artaracaq, həm də idarəetmədə etimadı gücləndirəcək. Bundan əlavə, çoxsaylı əlavə və mükafatların mövcudluğu maliyyə uçotu və mühasibatlıq baxımından da mürəkkəb və qeyri-səmərəli sistem yaradırdı. Müxtəlif adlar altında aparılan ödənişlər həm hesabatlılığı çətinləşdirir, həm də qeyri-şəffaflıq üçün əlavə imkanlar formalaşdırırdı. Standartlaşdırılmış əməkhaqqı sistemi isə bu problemləri aradan qaldıraraq daha sadə və nəzarət oluna bilən mexanizm yaradacaq”.

C. Hüseynzadə diqqətə çatdırdı ki, beynəlxalq təcrübə də göstərir ki, əməkhaqqı sistemində aydın və vahid standartların tətbiqi korrupsiya risklərini azaldan əsas amillərdən biridir: “Standartların olmadığı mühitdə isə subyektivlik və sui-istifadə ehtimalları qaçılmaz olur. Nəticə etibarilə, həyata keçirilən bu islahatlar dövlət vəsaitlərinin daha ədalətli, səmərəli və şəffaf idarə olunmasına yönəlib. Bu yanaşma yalnız maliyyə intizamını gücləndirmir, eyni zamanda, dövlət qulluğunda sağlam və ədalətli əmək münasibətlərinin formalaşmasına xidmət edir. Hesab etmək olar ki, atılan bu addım uzunmüddətli perspektivdə həm idarəetmə keyfiyyətinin yüksəlməsinə, həm də ictimai etimadın daha da möhkəmlənməsinə mühüm töhfə verəcək”.

Nigar Orucova, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Marketlərdə bayram qiymətləri-REPORTAJ, FOTOLAR

Next

ABŞ-nin Azərbaycandakı səfirliyi martın 25-dək bağlı olacaq

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv