Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Onlar sosial şəbəkələrdən uzaqlaşdırılır – Azərbaycan buna hazırdırmı?

By Vüsal Rafiqoğlu
24.07.2026 4 Min Read

Sosial şəbəkələrin uşaq və yeniyetmələrin həyatına təsiri son illər dünyanın bir çox ölkəsində ciddi müzakirə mövzusuna çevrilib. Xüsusilə psixi sağlamlıq, asılılıq, kibertəzyiq və zərərli məzmunun yayılması ilə bağlı narahatlıqlar hökumətləri daha sərt tənzimləmə mexanizmləri tətbiq etməyə sövq edir. Bu istiqamətdə ən diqqətçəkən addımlardan biri Fransada atılıb. Belə ki, ölkə parlamenti 15 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanunu qəbul edib. Qanun 2027-ci ilin yanvarından qüvvəyə minəcək və Avropada bu sahədə ilk belə hüquqi tənzimləmə hesab olunur. Yeni qaydalara əsasən, sosial media platformalarında yaşın təsdiqlənməsi məcburi olacaq və tələblərə cavab verməyən istifadəçilərin hesablarına çıxış məhdudlaşdırılacaq.

Bu qərar fonunda Azərbaycanda da oxşar hüquqi mexanizmlərin tətbiqi imkanları, eləcə də sosial media platformalarında istifadəçilərin yaşının necə müəyyən edilməsi məsələsi aktuallaşır.

Bəs Azərbaycanda belə bir qanunun qəbul edilməsi hüquqi və texniki baxımdan nə dərəcədə mümkündür? Sosial media platformalarında istifadəçilərin yaşını etibarlı şəkildə yoxlamaq üçün hansı texnologiyalardan istifadə olunur? 

Mövzu ilə bağlı İT mütəxəssisi Fərhad Mirəliyev Musavat.com-a danışıb.

561343.jpg (91 KB)

Mütəxəssis qeyd edib ki, texniki baxımdan uşaqların psixoloji vəziyyətini və sosial şəbəkələrin onlara göstərə biləcəyi mənfi təsirləri nəzərə alaraq belə qabaqlayıcı tədbirlərin görülməsi, qanunların və qərarların qəbul edilməsi mümkündür. Amma bunun praktik baxımdan nə dərəcədə faydalı olacağı ciddi sual doğurur:

“Çünki hazırda da sosial şəbəkələrin öz daxili qaydalarına əsasən müəyyən yaş həddi mövcuddur və yalnız həmin yaşdan yuxarı şəxslərin platformalarda hesab açmasına icazə verilir. Lakin reallıq tam fərqlidir. Hamımız öz ətrafımızda – qohumlarımızın, dostlarımızın, tanışlarımızın ailələrində görürük ki, hətta 5-6 yaşlı uşaqlar belə sosial şəbəkələrdən aktiv istifadə edir, müxtəlif məzmunları izləyirlər. Burada xüsusilə “YouTube” çox populyardır. Uşaqlar müxtəlif “reels”, qısa videolar və digər məzmunları saatlarla izləyirlər. Eyni zamanda evlərdə valideynlərə məxsus telefonlar, planşetlər və digər cihazlar uşaqlara verilir ki, vaxtlarını keçirsinlər, başları qarışsın. Əksər hallarda həmin cihazlarda sosial şəbəkələrə giriş artıq valideynlərin hesabları ilə həyata keçirilib. Yəni istər “Android TV”də “YouTube” hesabı olsun, istər telefon və ya planşetdə sosial şəbəkə tətbiqləri – onların hamısı valideynin profili ilə açılıb. Valideynin yaşı 40 ola bilər, amma həmin hesabdan istifadə edən 5 və ya 10 yaşlı uşaqdır. Sosial şəbəkələr isə hesab sahibinin yaşına əsasən düşünür ki, qarşısındakı yetkin şəxsdir. Halbuki faktiki istifadəçi uşaqdır və platforma bunu müəyyən edə bilmir”.

Mütəxəssisin fikrincə, ölkəmizdə də bu cür qərarların verilməsi effektiv olmaya bilər:

“Xüsusilə də bizim kimi cəmiyyətlərdə. Çünki bəzi ölkələrdə ictimai nəzarət və ictimai qınaq daha güclüdür. Məsələn, ABŞ-də valideyn azyaşlı uşağını avtomobildə xüsusi uşaq oturacağı olmadan apararsa, bunu görən şəxs dərhal polisə məlumat verə bilər. Cəmiyyət bu məsələlərə həssas yanaşır. Bizim cəmiyyətdə isə yanaşma fərqlidir. Həm mentalitet, həm də ictimai münasibətlər sistemi başqadır. Buna görə də düşünürəm ki, nə təkcə qanunvericilik, nə də ictimai qınaq bu problemin həllində ciddi nəticə verəcək. Mən çıxış yolunu əsasən maarifləndirmədə görürəm. Valideynlər rəqəmsal savadlı olmalı, sosial şəbəkələrin və internet resurslarının uşaqlar üçün hansı təhlükələr yaratdığını anlamalıdırlar. Onlara izah edilməlidir ki, övladlarını virtual məkanda hansı risklər gözləyir”.

Fərhad Mirəliyev vurğulayıb ki, yaşın yoxlanılması texnologiyaları ilə bağlı da kifayət qədər suallar var:

“Tutaq ki, sistem istifadəçinin yaşını yoxladı və onun yetkin şəxs olduğunu təsdiqlədi. Əgər beş dəqiqə sonra həmin cihaz uşağın əlinə keçəcəksə, o zaman həmin yaş yoxlamasının praktik mənası nə olacaq? Yaxud yaş təsdiqi yalnız hesaba daxil olarkən aparılacaq, yoxsa sistem hər beş dəqiqədən bir istifadəçini yenidən yoxlayacaq? Ayda bir dəfəmi bunu edəcək? Bu məsələlər hələ də açıq qalır. Burada biometrik texnologiyalardan istifadə oluna bilər. Lakin bunun üçün ölkənin biometrik məlumat bazasının müəyyən səviyyədə üçüncü tərəf şirkətləri ilə inteqrasiyası tələb olunur. Məsələn, “Meta” şirkətinə məxsus “Facebook” və ya digər beynəlxalq platformalar istifadəçinin məlumatını yoxlamaq üçün hansısa dövlət bazasına çıxış əldə etməlidirlər. Bu isə həm hüquqi, həm də texniki baxımdan kifayət qədər mürəkkəb məsələdir.

Düşünmürəm ki, hazırda bu problemi tam və qüsursuz həll edən universal texnoloji mexanizm mövcuddur. Ona görə də yenə hesab edirəm ki, əsas istiqamət maarifləndirmə olmalıdır. Valideyn təhlükəni nə qədər yaxşı dərk etsə, övladının sosial şəbəkələrdən istifadəsinə də bir o qədər məsuliyyətlə yanaşacaq.

Yaşın təsdiqlənməsinin şəxsi məlumatların qorunmasına təsirinə gəlincə, burada da çox şey tətbiq olunacaq mexanizmdən asılıdır. Hələlik bunun hansı üsulla həyata keçiriləcəyi məlum deyil. Məsələn, süni intellekt əsaslı sistemlərdən istifadə oluna bilər. Kamera açılar, süni intellekt insanın simasına baxaraq onun yetkin yaşa çatıb-çatmadığını müəyyən edər. Bu halda nə ad-soyad, nə şəxsiyyət vəsiqəsi, nə də digər fərdi məlumatların emalına ehtiyac yaranmaz. Digər variant isə şəxsiyyət vəsiqəsi və ya biometrik məlumatlar vasitəsilə qeydiyyatdan keçməkdir. Bu halda artıq Facebook, TikTok və digər platformalar istifadəçinin təqdim etdiyi məlumatları dövlət informasiya bazalarında yoxlamalı olacaqlar. Məsələn, mən adımı, soyadımı və şəxsiyyət vəsiqəsinin məlumatlarını daxil edirəmsə, həmin platforma bu məlumatların doğruluğunu Daxili İşlər Nazirliyinin və ya elektron hökumətin məlumat bazası vasitəsilə təsdiqləməlidir. Əks halda sistem işlək hesab edilə bilməz”.

Mütəxəssisin sözlərinə görə, bu məsələ məlumatların sızıntısı riskini də yarada bilər:

“Əgər belə inteqrasiya mövcuddursa, deməli, müəyyən informasiya mübadiləsi üçün texniki pəncərə açılır. Bu isə nəzəri baxımdan məlumat sızıntısı riskini də yarada bilər. Bunun mütləq baş verəcəyini demək olmaz, amma riskin tamamilə olmadığını söyləmək də düzgün deyil. Texnologiyalar daim inkişaf edir, eyni zamanda kibertəhdidlər və hücumlar da hər gün artır. Hətta ən yüksək səviyyədə qorunan elektron hökumət sistemlərində belə nəzəri risk həmişə mövcuddur. Dünyada dəfələrlə müxtəlif dövlət qurumlarının və iri şirkətlərin məlumat bazalarından fərdi məlumatların oğurlanaraq qara bazarda satışa çıxarıldığını görmüşük. Buna görə də belə sistemlər qurularkən təhlükəsizlik məsələlərinə maksimum diqqət yetirilməlidir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

XƏBƏRDARLIQ: Ölkəyə “yandırıcı” və “boğucu” istilər gəlir – Avqustun əvvəlindən…

Next

Azərbaycanda 9 idarə ləğv edildi – RƏSMİ

Xəbər lenti

  • Polkovnik-leytenant Rəşad Atakişiyevin şəhidlik zirvəsinə ucaldığı gündür 24.07.2026
  • Prezident İqtisadiyyat Nazirliyi ilə bağlı fərman imzaladı 24.07.2026
  • İlham Əliyev bu qanunu təsdiqlədi 24.07.2026
  • Prezident bu ölkədəki səfiri geri çağırdı 24.07.2026
  • Qonşudan niyə qoyun-quzu alırıq? – SƏBƏB 24.07.2026
  • Əli Əsədovdan ÖNƏMLİ QƏRAR 24.07.2026
  • Müəllimini güllələyən şagirdlə bağlı qərar verildi 24.07.2026
  • Estetik əməliyyatın ən qorxulu FƏSADI – Xanımların DİQQƏTİNƏ! 24.07.2026
  • Bəzi rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ 24.07.2026
  • “Dr. Gülü”nün daha bir əməliyyat görüntüsü yayıldı – VİDEO 24.07.2026
  • Xaricdə təhsil hüququ qazananların SİYAHISI AÇIQLANDI 24.07.2026
  • Azərbaycanda 9 idarə ləğv edildi – RƏSMİ 24.07.2026
  • Onlar sosial şəbəkələrdən uzaqlaşdırılır – Azərbaycan buna hazırdırmı? 24.07.2026
  • XƏBƏRDARLIQ: Ölkəyə “yandırıcı” və “boğucu” istilər gəlir – Avqustun əvvəlindən… 24.07.2026
  • Türkiyədəki yeni səfirimiz kimdir?-DOSYE 24.07.2026
  • İrəvan Teatrının yeni direktoru kimdir? – DOSYE 24.07.2026
  • Prezidentin Özbəkistana səfir təyin etdiyi Rəşad Məmmədov KİMDİR… – DOSYE 24.07.2026
  • Bu ərazilərə yağış yağacaq, dolu düşəcək 24.07.2026
  • Dərmanlarla bağlı qərar: Qiymətlər artacaq, yoxsa ucuzlaşacaq? 24.07.2026
  • Şəhid Rüfət Quliyevin anası vəfat etdiFOTO 24.07.2026
  • Skuterlə avtobusa minmək olar? 24.07.2026
  • İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi 24.07.2026
  • FHN-dən hava ilə bağlı xəbərdarlıq – Diqqətli olun 24.07.2026
  • Torpaq altında yatan tariximiz… 24.07.2026
  • Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb 24.07.2026

Son Yazılar

  • Polkovnik-leytenant Rəşad Atakişiyevin şəhidlik zirvəsinə ucaldığı gündür 24.07.2026
  • Prezident İqtisadiyyat Nazirliyi ilə bağlı fərman imzaladı 24.07.2026
  • İlham Əliyev bu qanunu təsdiqlədi 24.07.2026
  • Prezident bu ölkədəki səfiri geri çağırdı 24.07.2026
  • Qonşudan niyə qoyun-quzu alırıq? – SƏBƏB 24.07.2026
  • Əli Əsədovdan ÖNƏMLİ QƏRAR 24.07.2026
  • Müəllimini güllələyən şagirdlə bağlı qərar verildi 24.07.2026
  • Estetik əməliyyatın ən qorxulu FƏSADI – Xanımların DİQQƏTİNƏ! 24.07.2026
  • Bəzi rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ 24.07.2026
  • “Dr. Gülü”nün daha bir əməliyyat görüntüsü yayıldı – VİDEO 24.07.2026
  • Xaricdə təhsil hüququ qazananların SİYAHISI AÇIQLANDI 24.07.2026
  • Azərbaycanda 9 idarə ləğv edildi – RƏSMİ 24.07.2026
  • Onlar sosial şəbəkələrdən uzaqlaşdırılır – Azərbaycan buna hazırdırmı? 24.07.2026
  • XƏBƏRDARLIQ: Ölkəyə “yandırıcı” və “boğucu” istilər gəlir – Avqustun əvvəlindən… 24.07.2026
  • Türkiyədəki yeni səfirimiz kimdir?-DOSYE 24.07.2026
  • İrəvan Teatrının yeni direktoru kimdir? – DOSYE 24.07.2026
  • Prezidentin Özbəkistana səfir təyin etdiyi Rəşad Məmmədov KİMDİR… – DOSYE 24.07.2026
  • Bu ərazilərə yağış yağacaq, dolu düşəcək 24.07.2026
  • Dərmanlarla bağlı qərar: Qiymətlər artacaq, yoxsa ucuzlaşacaq? 24.07.2026
  • Şəhid Rüfət Quliyevin anası vəfat etdiFOTO 24.07.2026
  • Skuterlə avtobusa minmək olar? 24.07.2026
  • İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi 24.07.2026
  • FHN-dən hava ilə bağlı xəbərdarlıq – Diqqətli olun 24.07.2026
  • Torpaq altında yatan tariximiz… 24.07.2026
  • Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb 24.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv