Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI

By Vüsal Rafiqoğlu
25.07.2026 2 Min Read

Azərbaycanda son günlər müşahidə olunan kəskin istilər vətəndaşları narahat edir. Mütəxəssislər bildirir ki, belə kəskin hava dəyişiklikləri xüsusilə yaşlılar, uşaqlar, hamilə qadınlar, ürək-damar və digər xroniki xəstəliklərdən əziyyət çəkən insanlar üçün həyati risk yarada bilər. İsti hava fonunda günvurma, istivurma, susuzlaşma, arterial təzyiqin dəyişməsi, infarkt və insult riskinin artması da həkimlərin diqqət çəkdiyi əsas məsələlərdəndir.

Bəs bu isti hava dalğası insan sağlamlığına hansı təhlükələri yaradır? Kimlər daha çox risk altındadır? Günün hansı saatlarında çölə çıxmaq təhlükəlidir və belə havada orqanizmi necə qorumaq lazımdır? İstivurma ilə günvurmanın fərqi nədir və onların ilk əlamətləri hansılardır?

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı Musavat.com-a danışıb. Professor qeyd edib ki, günvurma və istivurma halları mahiyyət etibarilə orqanizmin termorequlyasiya, yəni istilik tənzimləmə mexanizmlərinin pozulması nəticəsində yaranır:

“Günvurma zamanı əsas fərq ondan ibarətdir ki, bu hal yalnız yüksək temperaturun təsiri ilə deyil, eyni zamanda Günəşin ultrabənövşəyi şüalarının birbaşa baş nahiyəsinə təsiri nəticəsində baş verir. Yəni burada təkcə istilik amili deyil, ultrabənövşəyi şüalar da mühüm rol oynayır. Nəticədə dəri yanıqları, başgicəllənmə və digər əlavə fəsadlar meydana çıxa bilər.

Əslində isə orqanizmin yüksək atmosfer temperaturuna qarşı özünü qorumaq üçün müəyyən kompensator mexanizmləri mövcuddur. Bunlara dəridə qan damarlarının genişlənməsi, nəfəsalma zamanı su buxarı vasitəsilə istiliyin xaric olunması, eləcə də tərləmə yolu ilə bədənin soyudulması daxildir. Lakin bu müdafiə mexanizmləri sonsuz deyil və uzun müddət fasiləsiz fəaliyyət göstərə bilmir. Müəyyən vaxtdan sonra onlar tükənir və nəticədə orqanizmin daxili temperaturu sürətlə yüksəlməyə başlayır.

Daxili temperaturun artması çox qısa müddət ərzində 42–45 dərəcəyə qədər yüksələ bilər. Bu isə orqanizmdə zülalların denaturasiyasına, yəni strukturunun pozulmasına səbəb olur və mikrosirkulyasiya ciddi şəkildə pisləşir. Bildiyimiz kimi, oksigen toxumalara xırda kapillyarlar vasitəsilə çatdırılır. Mikrosirkulyasiya pozulduqda isə, ilk növbədə, beyin oksigen çatışmazlığı – hipoksiya ilə üzləşir. Nəticədə arterial təzyiq aşağı düşür, insanın başı gicəllənir, huşu bulanır və ya tam itə bilər, dərini soyuq tər basır. Məhz bunlar istivurma və günvurmanın ilk xəbərdaredici əlamətləridir”.

Adil Qeybulla bildirib ki belə vəziyyətlə qarşılaşdıqda ilk yardım çox vacibdir:

“Zərərçəkən dərhal günəş şüalarının altından çıxarılaraq sərin və kölgəli yerə aparılmalıdır. Alnına yaş dəsmal qoyulmalı, bədəni yaş dəsmalla silinərək tədricən soyudulmalıdır. Əgər şəxsin huşu özündədirsə, ona sərin su verilməlidir. Lakin su çox soyuq və ya birbaşa soyuducudan çıxarılmış vəziyyətdə olmamalıdır. Çünki kəskin soyutma əlavə problemlər yarada bilər. Bundan sonrakı müalicə və müşahidə isə mütləq həkim nəzarəti altında aparılmalıdır.

Ümumilikdə isə, bu cür hallar qlobal istiləşmənin insan sağlamlığına təsirinin daha aydın nümunələrindən biridir. Hazırda Yer kürəsində istilik tənzimləmə balansı getdikcə pozulur. Əgər bu proses davam edər və planetin orta temperaturu 2–3 dərəcə də artsa, buzlaqların sürətlə əriməsi, okean və dənizlərdə buxarlanmanın artması, intensiv yağıntılar və digər ekstremal hava hadisələri Yer kürəsinin relyefini və biosenozunu ciddi şəkildə dəyişdirə bilər. Bütün bunlar planetdə həyat üçün böyük risklər və çoxsaylı problemlər yaradacaq. Məhz buna görə də hesab edirəm ki, biz indidən planetimizi qorumaq, ətraf mühiti mühafizə etmək və qlobal istiləşmənin qarşısını almaq üçün daha məsuliyyətli davranmalı, gələcək nəsillər naminə bu istiqamətdə ciddi addımlar atmalıyıq”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş

Xəbər lenti

  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026
  • Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi – Əhaliyə TƏCİLİ xəbərdarlıq 25.07.2026
  • Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib 24.07.2026
  • Mehriban Əliyevanın başlatdığı ifşanın davamı… 24.07.2026
  • Külək güclənəcək – XƏBƏRDARLIQ 24.07.2026
  • Həkim də XƏBƏRDARLIQ etdi – Həftəsonu… 24.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv