Ermənistanın sabiq prezindeti Robert Köçəryan Təhlükəsizlik xidmətində ifadə verəcək
ARANTV.AZ xəbər verir ki, bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. İşğalçı ölkənin Təhlükəsizlik xidməti 10 il əvvəlin mart qığrınları ilə bağlı istintaqa başlayıb. Bir müddət əvvəl dindirilmələrdən imtina edən sabiq prezident Robert Köçəryan da ifafə verməyə razılaşıb.
İyulun 26-da Ermənistanın sabiq prezindeti Robert Köçəryan Təhlükəsizlik xidmətində ifadə verəcək. O, İrəvanda 2008-ci il martın 1-də baş verən qanlı qırğınlarda şübhəli bilinir. Bu səbəbdən də bir müddət əvvəl Köçəryan istintaqa ifadə verməkdən imtina etmişdi. Onunla eyni gündə şahid qismində Təhlükəsizlik xidmətinin sabiq baş katibi Yuri Xaçaturov da dindiriləcək. İş çərçivəsində keçmiş müdafiə naziri Seyran Ohanyanın da adı istintaqa cəlb edilənlərin sırasındadır. O da mart qırğınlarında şübhəli bilinən əsas simalar sırasındadır. Ohanyan həmin dövrdə Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsini tuturdu. Mart hadisələrində əli olan, 2008-ci ildə Ermənistanın müdafiə naziri postunu tutan Mixail Arutyunyan isə ölkədən qaçıb. İstitaq hələ də onun yerini müəyyən edə bilməyib. Keçmiş nazir ölkə konsitutsiyasını pozmaqda ittiham edilir. O, faktiki olaraq ordudan dinc insanlara qarşı istifadə edərək İrəvanda hərbi vəziyyət yaradıb. Nəticədə 10 mülki şəxs və iki polis güllələnib. Əsas tapşırıq isə yerinə yetirilib. Baş nazir Serj Sarkisyanı prezident seçilib. Bu, Ermənistana son 10 ildə böyük bəla gətirib. İnsanlar məhz öz namizədləri Levon Ter-Petrosyanın qalib olduğunu düşünərək küçələrə çıxıblar. Amma ordu ilə üz-üzə gəldikdən sonra nümayişlər dayanıb. Vəzifə səlahiyyətlərindən sui istifadə etdiyi üçün Mixail Arutyunyanı ömürlük həbs gözləyir. Robert Köçəryan da hazırda Ermənistanda deyil. Bu barədə sabiq prezidentin ofisindən məlumat verilib. Ermənistan mətbuatı yazır ki, Köçəryan dindirilməyə gəlməyə bilər. Çünki, onun da qayıdan kimi həbs edilə biləcəyi ehtimalı var. Bir müddət əvvəl “Qraparaq” qəzeti Köçəryanın ölkədən qaçdığını yazmışdı. Nəşr həmçinin keçmiş prezindentə qarşı korrupsiya cinayəti ilə bağlı ifadə verəcək erməni biznesmenlərin böyük siyahısını da əldə edib. Koçaryan iş adamlarının nəinki külli miqdarda pulunu, həm də onların evlərini, villalarını alıb. Sonradan isə dələduzluqla ələ keçirdiklərini baha qiymətə satıb. İndi bu iş adamları da Koçaryanın qayıdışını səbirsizliklə gözləyirlər. Yaxın zamanlarda Serj Sarkisyan da öz evini həbsxana kamerasına dəyişə bilər. Ermənistanın ikinci prezidenti Robert Koçaryan istintaq çərcivəsində sorğuda iştirak etməyə hazır olması Sarkisanın vəziyyətini ağırlaşdıracaq. Təhlükəsizlik xidmətinə müraciətində Nikol Paşinyan belə deyib. Onun sözərinə görə, istənilən araşdırma zamanı ehtiyac yaranarsa Sarkisyana, onun evinin içinə kimi gedib çıxılacaq. Amma buna mən yox, faktlar, operativ məlumatlar və qanunlar qərar verir. İstintaq Paşinyanın özünü də şahid qismində dindirəcək. O, 2008-ci il fevralın 20-də başlayan meydan hərəkatın da aktiv iştirak edib. 1 mart gecəsi dinc mitinq zorakılıqla dağıdıldıqdan sonra Paşinyan uzun müddət gizlənməli olub. Bir il 4 ay ərzində polis onu tapa bilməyib. Sonda isə Nikol Paşinyan özü hüquq mühafizə orqanlarına təslim olur. Məhkəmə Sarkisyan hökumətinə müxalif olduğu üçün onu 7 il azadlıqdan məhrum edir. Lakin, qısa müddət sonra Paşinyan amnistiyaya düşüb və azadlığa çıxıb. Politoloqlar vurğulayırlar ki, yaxın keçmişi aydınlaşdırmağa çalışmaqla, baş nazir bir neçə məqsəd güdür. Birincisi, son 20 ildə baş verən cinayətləri cəzasız qoymamaq, ikincisi, Qarabağ klanını parçalayaraq onların revanş imkanlarını və şanslarını yox etmək.

