Hadisə 

Polis narkotiklə saxlanılıb? – RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Salyan Rayon Polis Şöbəsinin əməkdaşı Fərid Hüseynovun saxlanılması barədə məlumat yayılıb.

ARANTV.AZ-ın məlumatına görə, Sabirabad Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat nəticəsində onun üzərində böyük miqdarda narkotik vasitələr götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Toğrul Nəsirli saytımıza açıqlamasında bildirib ki, Salyan RPŞ-nin əməkdaşı Fərid Hüseynov bir müddət əvvəl öz istəyi ilə daxili işlər orqanlarından azad olunması ilə bağlı ərizə yazıb.

Onun həbs edilməsi  ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir. Hazırda sosial şəbəkədə yayılan məlumatla bağlı araşdırma aparılır”.Oxu.Az

Daha çox xəbərlər