28 sentyabrda gözlənilən hava şəraiti

ARANTV.AZ xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Sentyabrın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı  ehtimalı var. Arabir güclənən şimal-qərb  küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 21-24,  Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək 768 mm civə sütununu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.

Azərbaycanın rayonlarında

Sentyabrın 28-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz  21-26, dağlarda gecə 5-10, gündüz  12-17 dərəcə isti təşkil edəcək.