Hadisə 

Mingəçevirdə ərin bıçaqladığı qadın bu gün öldü

Sentyabrın 8-də Mingəçevirdə aptekdə əri tərəfindən bıçaqlanan qadın bu gün xəstəxanada dünyasını dəyişib.

ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü, şəhər sakini Könül Mirzəyevanın həyatını xilas etmək mümkün olmayıb. O, bu gün gecə saatlarında dünyasını dəyişib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi açılıb.

Daha çox xəbərlər