Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb.
Publika.az xəbər verir ki, bu mərhələdə şəhərə 18 ailə – 68 nəfər köçürülüb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
