Tərtərdə “Sağlamlıq imkanları məhdud uşaqların I Regional Forumu keçirilib.
Tədbirdə əlil uşaqlardan kimisi şer söyləyib, kimisi mahnı oxuyub,kimisi də saz,qarmon,nağara kimi alətlərdə milli musiqilərimizi ifa ediblər.
ARANTV.AZ xəbər verir ki, noyabrın 15-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin “ Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi” çərçivəsində “ Sağlamlıq imkanları məhdud uşaqların I regional forumu “ layihəsinə uyğun olaraq Tərtər rayonunuda tədbir keçirilib.
Onu da qeyd edək ki, layihə Qarabağ regionunun üç rayonunu –Bərdə, Tərtər, Ağdam ərazisini əhatə edib.
Tədbirdə rayon Təhsil şöbəsinin əməkdaşları ilə yanaşı psixoloqlar, loqopedlər, sağlamlıq imkanları məhdud uşaqlarla işləyən mütəxəssislər iştirak edib.
Layihə rəhbəri Vüsalə Hüseynova bildirib ki, Azərbaycanda 61 mindən çox sağlamlıq imkanları məhdud olan uşaq var. Onlardan yalnız 12 mini təhsilə cəlb olunub, o cümlədən , 1105-i xüsusi məktəblərdə, 2664-ü xüsusi internat məktəblərində, 7750-si evdə, 268-i isə inkluziv təhsil alır.Qalanlarının isə təhsil almasında ümumiyyətlə valideyinlər maraqlı deyillər.Təhsilin hər bir formasının əhəmiyyətli olduğunu bildirən Vüsalə Hüseyinova daha sonra deyib:” Təhsilin hər bir forması təqdirə layiqdir, alqışlanandır. Amma bunlardan fərqli olaraq inkluziv təhsilin faydaları daha çoxdur. Bütün inkişafı götürsək dörd mərhələdən ibarətdir.Birinci mərhələ sağlamlıq imkanları məhdud olan uşaqların ümumiyyətlə təhsildən kənarda qalması deməkdir. İkinci mərhələdə isə uşaqlar xüsusi məktəblərdə oxuyub,təhsil alır.Üçüncü mərhələ isə sağlamlıq imkanları məhdud olan uşaqların təhsilə cəlb olunması, məktəblərdə , ayrı siniflərdə təhsil almasıdır.Ən son mərhələ isə inkluziv təhsilə cəlb olunmadır. Yəni, burda sağlamlıq imkanları olan uşaqların başqaları ilə bir yerdə təhsil almasıdır.”
Layihə üzrə ekspert Zaur Quliyev isə bildirib ki, təhsilə cəlb edilənlərin əksəriyyəti xüsusi məktəb və internat məktəblərdə oxuyurlar. Belə təlim-tərbiyə isə uşağın diqqətini onun məhdudluğuna cəmləyir. Onlar digər uşaqlarla ünsiyyətə girməkdə çətinlik çəkir və özlərini bir növ cəmiyyətdən təcrid olunmuş kimi hiss edirlər. Sağlam uşaq da eyni zamanda, bu və ya digər məkanda xüsusi qayğıya ehtiyyacı olan uşaqla rastlaşdıqda ona təəcüblə baxır, sanki o tamam başqa bir dünyadan gəlib, bəzən isə gülür və ələ salırlar. Bunun əsas səbəbi isə onlar arasında ünsiyyətin , əməkdaşlığın olmamasıdır. Bunun nəticəsində onlar bir-birlərini dərk etmir və nə hiss keçirdiklərini başa düşmürlər. Ekspert yeni, müasir təhsil metodlarından yararlanmağın, sağlamlığı məhdud uşaqların digər uşaqlarla bir yerdə təhsil almasının vacibliyini vurğulayıb.
Ekspert Zaur Quliyev layihənin məqsədini izah edib:” Layihənin əsas məqsədi cəmiyyətin diqqətini sağlamlıq imkanları məhdud uşaqlara yönəltmək və sağlamlıq imkanları məhdud uşaqların 1-ci regional Forumunun təşkil edilməsinə nail olmaq idi.Bu gün də psixoloqların , loqopedlərin, valideyinlərin , sağlamlığı məhdud uşaqların özlərinin iştirakı ilə tədbirin uğurlu alındığının şahidi oluruq.”









