“100% F.A Şuşada ” -Xalq artistindən izləmə rekordu qıran paylaşım- VİDEO
Xalq artisti Faiq Ağayev maraqlı paylaşımı ilə diqqət çəkib.
ARANTV.AZ xəbər verir ki, müğənni “İnstagram” səhifəsində paylaşdığı videoda, Şuşadakı əsgərlərdən biri onun adını divara yazıb.
Faiq Ağayev sözügedən görüntüyə bu şərhi yazıb:
“Eşq olsun müzəffər Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!
Qadasın aldığım igid əsgərlərimiz bu görüntüləri göndərib mənə. Dostlar, azacıq əl gəzdirib, videonu sizə təqdim edirəm.”

