Kriminal 

Bakıda 19 yaşlı gənc anasına gələn mesajı oxudu… – QANLI CİNAYƏTİN TƏFƏRRÜATI

Xəzər rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən Murad İmaməliyevin cinayət işi.

ARANTV.AZ  xəbər verir ki, hadisə rayonun Binə qəsəbəsində baş verib.

Qəsəbə sakini Şahin Yusifov çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Həkimlər yaralının həyatını xilas ediblər.

Cinayəti törətməkdə şübhəli bilinən 19 yaşlı Murad İmaməliyev könüllü polisə gələrək təslim olub.

İstintaqla müəyyən olunub ki, dekabrın 19-da Murad İmaməliyev yaşadığı evdə anasına məxsus mobil telefonda müxtəlif videoçarxlara baxıb asudə vaxtını keçirərkən anasının iş yoldaşı Şahin Yusifovdan mesaj gəldiyini görüb. Həmin mesajda sonuncunun anasının ünvanına nalayiq ifadələr işlətməsini görüb və bundan qəzəblənərək qisas almaq üçün əlverişli məqam gözləyib.

Dekabrın 20-si gecə saat 1 radələrində mətbəxdən bıçaq götürərək Yusifovun qaldığı otağa daxil olub. Otaqda işıqların sönülü olduğunu görüb Şahin Yusifova 13 dəfə bıçaqla zərbə vurub. Həmin vaxt anası və qardaşı otağa daxil olub ona mane olduğundan niyyətini başa vura bilməyib.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Şahin Yusifovun həyatını xilas etmk mümkün olub.
İş üzrə təqsirlənirilən şəxs qismində dindirilən Murad İmaməliyev bildirib ki, Şahin Yusifov anası ilə eyni şirkətdə işləyib. Bildiyinə görə Şahin Biləsuvar rayonunda yaşayıb. 2019-cu ildən Bakıya gəldiyi vaxtdan bir neçə dəfə onların evində qalıb.

Mobil telefon işlətmədiyindən lazım olanda anasının telefonundan istifadə edib. ” Dekabrın 19-da anamın telefonunu götürüb videolara baxırdım birdən Şahindən mesaj gəldi. Açdım baxdım ki, anamın ünvanına nalayiq sözlər yazıb. Oxudum sonra anama bu haqqda heçnə demədim. Şahinin Əmircanda kirayə qaldığı evə getmək istədim ki, onu cəzalandırım. Aman dedi ki, Şahin axşam gəlib bizdə qalacaq”.

Murad İmaməliyev daha sonra bildirib ki, gecə saat 1-də Şahin onlara gəlib. Anası və qardaşı yatmağa hazırlaşıblar:” Şahin getdi o biri otaqda yatmağa. Məndə həmin otağa keçib Şahindən anama niyə elə mesaj yazdığını soruşdum. Uzandığı yerdən ayaqa qalxmaq istəyəndə bıçaqla boynuna və bədəninin digər nahiyyələrinə zərbələr vurdum”.
Səs-küyə anası və qardaşı otağa gəlib nə baş verdiyini soruşanda Şahinin təhqiredici mesajlar yazdığını bildirib. Daha sonra Murad bıçaqı evdə qoyaraq küçəyə çıxıb. Səhər polis böləsinə gələrək təslim olub.

Məhkəmə prosesi zamanı Murad İmaməliyev CM-nin 29.120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.
Sonda məhkəmənin hökmü ilə Murad İmaməliyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ölkə.Az     

Daha çox xəbərlər