İslamov Elvin Elçin oğlu Vətən müharibəsində qəhrəmancasına şəhid olub.
ARANTV.AZ-ın Sonxeber.az-a istinadən məlumatına görə, Bakının Yasamal rayonunda yaşayan, əslən xızılı olan Elvin Vətən müharibəsində böyük qəhrəmanlıqla iştirak edərək şəhid olub.
1995-ci il təvəllüdlü əsgər Hadrut uğrunda gedən döyüşlərdə, Qroqan kəndinin meşəsində raket atəşi zamanı çıxan qəlpələrdən yaralanaraq şəhidlik zirvəsinə ucalıb.
Döyüşə gedərkən “şəhid olmağa gedirəm” deyən Elvinin ailəsi onun şəklini böyüdərək fəxrlə evlərinin qapısında ucaldıb və önünü güllərlə bəzəyib.
Elvini tanıyanlar onun haqqında danışarkən, qəhrəmanımızın şəhidlik məqamına layiq olduğunu deyirlər.
Yasamalda onun adına “şəhid bulağı” da tikilib.
Evindən və bulağın qarşısından olan görüntülərini oxuculara təqdim edirik:




