Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şəhidlər Xiyabanını ziyarət ediblər.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, Azərbaycan və Türkiyə prezidentləri şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Azərbaycan və Türkiyə dövlət başçıları “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
