İyulun 25-də Suriyanın cənubunda yerləşən Es-Suveyda şəhərində törədilən terror aktlarından sonra onlarla qadın və uşaq girov götürülüb.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Hüquqları Komitəsindən məlumat verilib. Bildirilib ki, İŞİD ümulikdə 20 qadın, 16 azyaşlını girov götürüb.
Qeyd edək ki, terror aktları nəticəsində 246 nəfər ölüb.
