Türkiyə Prezidentinin köməkçisi: “Qara Yanvar” şəhidlərimizin acısı hələ də qəlbimizdədir” – FOTO
Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay 31 il öncə Azərbaycanda 20 Yanvar faciəsində şəhid olanları yad edib.
Fuat Oktay bu barədə “Twitter” hesabında paylaşım edib.
“1990-cı il yanvarın 20-də Azərbaycanın azadlığı uğrunda həyatlarını fəda edən insanlarımızı rəhmətlə anıram”, – deyə F.Oktay fikirlərini bildirib.

