Ölkəmizin hər yerində olduğu kimi Bərdə rayonunda da şəhidlərin xatirəsi ehtiramla yad edilib-VIDEO-FOTO
Bərdə şəhərindəki şəhidlər xiyabanına səhər saatlarından başlayaraq bərdəlilər baş çəkməyə başlayıblar. Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi isayev olmaqla, Millət vəkili Fatma Yıldırım, rayonun hüquq-mühafizə orqanları, YAP rayon təşkilatı, idarə, müəssisə, digər təşkilatların rəhbərləri, ziyalılar, ağsaqqallar, Qarabağ müharibəsi veteranları, ictimaiyyət nümayəndələri Şəhidlər qəbristanlığında uyuyan şəhid məzarlarını ziyarət etmiş, onların üzərinə tər qərənfillər düzərək ehtiramlarını bildirmişlər.
Bərdə cümə məscidinin axundu Hacı Ramazan şəhidlərin əziz xatirəsinə dualar oxuyub.
Sonra Cəyirli kəndindəki şəhidlər abidəsinə baş çəkməklə Millət vəkili Fatma Yıldırım , YAP sədri Fəqət Şadlinskaya,Azərbaycan Vətən Müharibəsi Veterenları ictimai birliyinin Bərdə rayon təşkilatının sədri İsmayil Rüstəmov, və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə şöbəsinin sədri Etibar Hüseyinova abidə önünə gül dəstəsi qoyaraq şəhidlərin xatirəsini yad etmiş, şəhid ailələri ilə görüşüblər. Yekunda Yeniləşən Dövlətə Dəstək İçtimai Birliyinin Qarabağ bölgəsi üzrə sədri Bəxtiyar Hüsüyev şəhid ailələlərinə təşkilatın fəxri fərmanlarını hədiyyə etmişdir.
AranTV.az





































































































