Yerüstü su ehtiyatlarımızın neçə faizi azad edilmiş ərazilərin payına düşür? – Rəsmi cavab
İşğaldan azad edilən ərazilərdəki çayların potensialı çoxdur. Onların hesabına min hektarlarla əkin sahələri suvarılacaq.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
Onun sözlərinə görə, yerüstü su ehtiyatlarımızın 30 faizindən çoxu işğaldan azad edilmiş ərazilərimizin payına düşür. Xaçınçay, Araz, Tərtər çayı, Qarqar çayı öz başlanğıcını Ermənistandan götürür:”Ermənistan ərazisindən gələn bu çaylarda çirkəndiricikərin sayı normadan çoxdur”

