Dünya 

Gürcüstanda koronavirusdan daha 14 nəfər öldü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 858 yoluxma halı qeydə alınıb, 14 nəfər ölüb.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 259 209, ölənlərin sayı isə 3 208 nəfərə çatıb.

Virusa yoluxanlardan 250 289 nəfərin sağaldığı bildirilir.

Daha çox xəbərlər