Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Komandirinə kömək edərkən yaralanan qəhrəmanımız: “Düşmən yaxın döyüşdən qorxub qaçırdı” – FOTO

By Vüsal Rafiqoğlu
02.02.2021 3 Min Read

İkinci Qarabağ müharibəsinin igid döyüşçüləri bu gün də öz xidmətini davam etdirir. Onlardan biri də Azərbaycanın tarixi qələbəsinə imza atan 20 yaşlı Əlihüseyn Mirzəyevdir. Lerik rayonundan olan hərbçimiz müharibənin başladığı ilk gündən, sentyabrın 27-dən ön cəbhədə olub.

Sentyabrın 27-si ilk olaraq Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edən Ə.Mirzəyev qələbə qazandıqca əsgərlərin daha da ruhlandığını deyir.

Oxu.Az-ın əməkdaşı ilə söhbət zamanı hərbçimiz deyib ki, döyüş başlayan zaman tərəddüd etmədən torpaqlarımız uğrunda mübarizəyə qoşulub:

“Sentyabrın 27-də döyüşlər başladı. Təbii ki, sevinirdik, amma həm də həyəcanlı idik. Vətən müharibəsində iştirak etmək hər kəsə nəsib olmur. İllərdir torpaqlarımızın işğal altında qaldığını düşündükcə düşmənə olan nifrətimiz daha da dərinləşirdi. Tək nigaranlığımız ailələrimizdən idi. Onlar narahat olmasın deyə döyüşə getdiyimizi belə demirdik. Ailəm üçün narahat idim. Düşündüm ki, təki hər şey yaxşı olsun, onlara qələbə xəbərini verərəm. Beləliklə Füzulinin azad olunması uğrunda döyüşlər başladı. Düşmənin canlı qüvvəsini məhv etdik, qənimətlər ələ keçirdik və onları öz torpaqlarımızdan qovduq”.

“Qardaşlarımız şəhid oldu, amma bu gün onların da ruhu şaddır”

Ə.Mirzəyev deyir ki, döyüşlərin ən acı anı silah yoldaşlarını itirmələri olub:

“İlk döyüş günləri çətin keçirdi. Amma hədəfə doğru irəliləyirdik. Qarşıya qoyulan döyüş tapşırıqlarını uğurla yerinə yetirirdik. Bir tərəfdən sevinirdik, bir tərəfdən isə üzülürdük. Şəhidlərimiz oldu. Onları döyüş meydanından çıxaran zaman ürəyimiz daşa dönürdü. Orada heç kim bir-birini tanımırdı, amma doğma qardaşdan daha yaxın idik.

Döyüş tapşırığını yerinə yetirən zaman məndən irəlidə gedən əsgər yoldaşım vuruldu. Komandirimiz İsa Əliyev bizimlə birlikdə irəliləyirdi. O, bizi çətin döyüşdən çıxardı. Dayanmaq olmazdı. Çox ağır döyüş idi. Həmin gün heç kim özünə gələ bilmirdi. Lakin səhər açıldı və bizə dəstək qrupu gəldi. Növbəti döyüş tapşırığımız müvafiq istiqamətdə yüksəkliyin alınması idi. Həmin istiqamətdə erməni əsgərləri ilə qarşı-qarşıya gəldik. Düşmən yaxın döyüşdən qorxub qaçırdı və biz həmin yüksəkliyi onları qova-qova aldıq”.

“Yaralı komandirimə köməyə gedərkən yaralandım”

Hərbçimiz deyir ki, oktyabrın 5-də komandiri döyüş zamanı yaralandı:

“Komandirimə köməyə gedən zaman mən də yaralandım. Bir müddət ağrıdan özümü itirmişəm. Daha sonra komandirimizlə birlikdə 20 kilometr piyada yol qayıtdıq. Əsgər yoldaşlarımız bizə kömək etdi. Hava soyuq idi və yağış yağırdı. Paltarlarımız islanmışdı. Əsgər yoldaşlarımız bizi hospitala çatdırdılar. Orada bizə çox yaxşı qulluq etdilər. Yaralı olduğum üçün tərpənə bilmirdim. Əynimi yaşlı bir həkim dəyişəndə ağlayırdı. Qorxmasın deyə ona yaxşı olduğumu deyirdim. Üç gün orada qaldıqdan sonra döyüş meydanına qayıtdım.

Hadrut istiqamətində qızğın döyüşlər gedirdi. Döyüşlərin sonunda bizi iki qrupa ayırdılar. Gecəni səhərə qədər yatmadıq. Yüksəkliyi aldığımız yerdə mövqelərimizi möhkəmləndirdik. Silah yoldaşlarım Zeynal və Nurlanla birgə növbətçi idik. Düşmənlə aramızdakı məsafə təxminən 100 metr idi. Onların səslərini eşidirdik. Səhər atışma başladı. Ağır artilleriyalardan atəş açılırdı”.

“Dua edirdim ki, sağ qayıdıb, ailəm üçün ev tikim”

Nəhayət Şuşaya daxil olduqlarını deyən Ə.Mirzəyev ən çətin döyüşün məhz burada yaşandığını deyib:

“Üç gün Şuşa uğrunda ağır döyüşlər getdi. Dua edirdim ki, qalib çıxaq və hər birimiz ailəmizin yanına qayıdaq. Bizim heç vaxt evimiz olmayıb. Ailəmə söz vermişdim ki, salamat qayıdıb, onlar üçün ev tikəcəm. Nəhayət üç gündən sonra Şuşa artıq düşməndən təmizləndi. Yüksəkliklərə artıq Azərbaycan ordusu hakim idi. Şuşada Azərbaycan bayrağı dalğalanırdı. Həmin günün səhəri Şuşa məscidində azan səsləndi. Hər kəs azanın səsi ilə oyandı və bu, çox möhtəşəm idi. Qarabağ artıq bizimdir. Ali Baş Komandanımızın rəhbərliyi altında biz qalib gəldik. Qarabağ Azərbayacandır”.

O deyir ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsi bitənə qədər mülki əhalinin ordumuza dəstəyi əsgərlərin döyüş ruhunu artırıb.

Xatırladaq ki, Ə.Mirzəyev bu gün də Azərbaycan Ordusunun sıralarında xidmətini davam etdirir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Türkiyənin ixracı yanvarda tarixi maksimuma çatıb

Next

Məhkəmə Koçaryanın 5 günlük ölkəni tərk etməsinə icazə verdi

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv