Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Erməni faşizminin məhvi Xocalı soyqırımını törədənlərə layiqli cavabdır

By Vüsal Rafiqoğlu
03.02.2021 5 Min Read

Prezident, Ali Baş Komandan İlham Əliyev, qüdrətli Azərbaycan Ordusu ermənilərin onilliklər boyunca hazırladıqları daşnak ideologiyasını məhv etdilər

«Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik, erməni vəhşiliyini məhv etmişik. Biz bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Buna görə bizim şanlı Qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır.»  Prezident, Ali Baş Komandan İlham Əliyev bu sözləri ilə bildirir ki,  44 gün  davam edən,  xalqımıza zəfər qazandıran Vətən müharibəsi illərdən bəri soydaşlarımıza  qarşı qəddarlıq, vəhşilik göstərən erməni quldurlarının törətdikləri qətliamlara, soyqırımlara cavabdır.

Türkçülüyə qarşı nifrəti milli ideologiyalarının əsas prinsipi, etnik təmizləmə siyasəti kimi həyata keçirən, ötən əsrdə bir neçə dəfə Bakıda, ölkəmizin  bütün bölgələrində  törətdikləri qətliamlar zamanı öldürdükləri günahsız insanların faciəsindən ürəkləri soyumayan  ermənilər Dağlıq Qarabağ münaqişəsini başlamaqla qana hərislik xüsusiyyətlərini davam etdirdilər. 1992-ci ilin 25-26 fevralında erməni quldur dəstələrinin  keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı ilə birlikdə Xocalıda  törətdiyi soyqırımı  erməni vəhşiliyinin tarixdə görünməmiş qəddarlığı idi. Həmin gün  ermənilər imperiya  ordusunun tərkibində  dinc sakinlərə qarşı ağlasığmaz vəhşiliklər törətdilər.

«Bizim onlara münasibətimiz çox müsbət idi. Onlar da özlərini burada cəmiyyətin normal üzvləri kimi aparırdılar. Heç bir ədavətdən, düşmənçilikdən söhbət gedə bilmirdi. Bəs necə oldu ki, 1992-93-cü illərdə onlar bizə qarşı bu qədər qəddarlıq göstərdilər? Xocalı soyqırımı, günahsız insanların öldürülməsi ilə nəticələnən onların digər hərbi əməliyyatları, dinc əhaliyə qarşı bu qədər qəddarlıq. Deməli, bunların ürəyində bu düşmənçilik toxumları həmişə var idi. İndi bu gün Azərbaycan onların belini qırıb, onların başını əzib, onların ordusunu məhv edib, onların ideologiyasını məhv edib, illər boyunca, onilliklər boyunca onların yetişdirdikləri ideoloji əsasları məhv edib» söyləyən Prezident İlham Əliyev bir zamanlar qonaqpərvər azərbaycanlıların  ermənilərə göstərdikləri  insanlığın əvəzinə  törədilən soyqırımı nankorluq adlandırır.  «Hesab edirəm ki, müasir dünya ikinci belə vəhşilik görməmişdir. Əliyalın insanları yandırıblar, öldürüblər, uşaqları yandırıblar. Bütün binaları, məscidlərimizi dağıdıblar. Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu ideologiyanı məhv etdik. Hesab edirəm ki, illər keçdikcə bizim bu tarixi xidmətlər dünya tərəfindən daha da dolğun şəkildə dərk ediləcək» sözləri ilə erməni millətinin ideologiyasının  əsasını təşkil edən insanlara qarşı nifrəti vandalizmadlandıran Prezident İlham Əliyev   Ermənistanın bir dövlət kimi gələcəyinin böyük şübhə altında olacağını  bildirir.
Xatın, Holokost, Sonqmi, Liditşe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları  bəşəriyyətə qarşı cinayətlər sırasında yer alır.  İnsanların kütləvi  qətli ilə tarixdə baş verən soyqırımlar çox olsa da , Xocalı faciəsi dəhşətləri ilə  seçilir.  Ermənilər Hitler faşizmindən də qəddar olduqlarını  Xocalı qətliamı ilə sübut etdilər.  Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi kimi  mənfur planarına başlamazdan əvvəl, 1988-ci ildə   Qərbi Azərbaycanda- Vardenisdə, Quqarkda, Qacaranda, Qafanda, Gorusda,  Alaverdidə  qanlı aksiyalar törədərək   250 mindən artıq soydaşlarımızı doğma torpaqları olan Qərbi Azərbaycandan son nəfərinə qədər çıxaran, yüzlərlə soydaşımızı qətlə yetirən erməni cəlladlarının həyata keçirdikləri deportasiyaları  planlaşdırdıqları  soyqırımların ilk qanlı faciələri idi. Tarixi həqiqətlərdən də aydın olur ki, etnik təmizləmə, deportasiya , insanlığa qarşı bəşəri  cinayət, qorxulu kabus olan soyqırımların, kütləvi insan ölümü ilə nəticələnən terrorların müəlliflərindən olan daşnak ideoloqlarının hazırladıqları bütün planların əsasında  qan izləri, ölüm qorxusu dayanır.

XX əsrin ən qanlı faciəsi hesab edilən Xocalı faciəsini «Sumqayıt hadisələrinə  cavab» adlandıran ermənilər  təcavüzkarlıq siyasətlərini,   illərdən bəri  hazırladıqları planlarını qan tökməklə  həyata keçirdilər.

«Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər», «Nə üçün Ermənistanın indiki rəhbərlərinə qarşı- hansılar ki,  bilavasitə Xocalı soyqırımında iştirak etmişlər, əlləri Azərbaycan  xalqının qanına batmışdır,- beynəlxalq tribunal təşkil olunmur, nə üçün onlar qınaq obyektinə çevrilmirlər» söyləyən Prezident İlham Əliyevin xalqın iradəsini əks etdirən bu  sözlərini zaman öz hökmü ilə  təsdiqlədi. İkinci Qarabağ savaşında  Ermənistana öldürücü zərbə vuran Azərbaycan Ordusu təkcə Xocalıda qətlə yetirilənlərin deyil, erməni vəhşiliyinin qurbanı olan bütün soydaşlarımızın intiqamını aldı. Uşaqlarını körpəlikdən türkə qarşı nifrət ruhunda tərbiyə edən ermənilərin  Xocalıdakı   qətliamları ruhunun qidası adlandıran Zori Balayan kimi bütün daşnak  ideoloqları  bəşər tarixində təkrarı olmayan vəhşilikdən zövq alan qaniçənlərdirlər.

Xocalı soyqırımının dözülməz mənzərəsindən, erməni qəddarlığından  heyrətə gələn xarici jurnalistlər qadınların, uşaqların, qocaların eybəcər hala salınmış cəsədlərindən dəhşətə gəldiklərini yazırdılar.

Meyitlərin yandırılması ilə məşğul olan  «Qaflan» erməni qrupunun Xocalının bir kilometrliyində yerləşən ərazidə  körpələri diri-diri yandırdığını müşahidə edən xarici  jurnalistlər meyitlərdən düzəldilən körpüdən keçdiklərini ürək ağrısı ilə qələmə aldıqlarını bildirirdilər.  Xocalıda bir gecədə  63-ü uşaq, 106-sı qadın və 70-i yaşlı insan olmaqla 613 azərbaycanlının qətlə yetirilməsi, 1275 sakinin əsir düşməsi 26 uşağın hər iki valideynindən, 130 körpənin isə  bir valideynindən məhrum olması görünməmiş, ancaq ermənilərə məxsus cinayət idi. Uşaqları belə qətlə yetirən ermənilər sonrakı illərdə də bu  əməllərini davam etdirdilər.  Sədərək kənd sakinləri Malik və Elvin qardaşlarını,  Füzuli rayonu, Alxanlı kənd sakini, 2 yaşlı Zəhranı  və nənəsini, Tovuz  rayon sakini  13 yaşlı  Aygün Şahmalıyevanı, 9 yaşlı Ağdam rayon sakini Fariz Bədəlovu qətlə yetirən ermənilər Qərbi Azərbaycanda  10-13 yaşlı  uşaqları dəmir boruya doldurub, ətrafına  mazut töküb yandırmış, onları əzabla  öldürmüşlər.

O zaman bu vəhşilikləri görmək istəməyən beynəlxalq ictimaiyyət, erməni havadarları Xocalı soyqırımını sükutla qarşıladılar. Yalnız 1994-cü ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə  Milli Məclisin sessiyasında  Xocalı faciəsi  soyqırımı  kimi tanındı. Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində davamlı  təbliğat aparan Heydər Əliyev Fondunun təşəbbüsü ilə qətliam bu gün də dünya ictimaiyyətinə çatdırılır. 57 ölkənin  gənclər təşkilatlarını birləşdirən İƏT-nin Gənclər Forumu İdarə Heyətinin sessiyasında qurumun mədəniyyətlərarası və  sivilizasiyalararası dialoq məsələləri üzrə  Baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti,  Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış, bütün dünya birliyi tərəfindən dəstəklənən  «Qarabağa azadlıq, Xocalıya  ədalət!» beynəlxalq  kampaniyasına qoşulanların sayı artır.  Paraqvay parlamentinin saytında yerləşdirilən bəyanatda Xocalı qətliamı XX əsrdə törədilən ən qanlı  faciə, erməni vəhşiliyinin  nümunəsi adlandırıldı.  Pakistan, Kolumbiya, Meksika Xocalı soyqırımını  rəsmən tanıyır. ABŞ-ın 15 ştatında, Cexiya, Rumıniya  paramentlərində  faciə ilə bağlı qərarlar qəbul olunub, Türkiyə Böyük Millət Məclisində  dinləmələr keçirilib. İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edib. Avropa Şurası, ATƏT, BMT səviyyəsində Xocalı faciəsi ilə bağlı  sənədlər yayılıb.

Xocalı faciəsi «Beynəlxalq Müharibə Qurbanları Memorialı»na daxil  edilib. Xocalı faciəsinin 20-ci ildönümündə  İstanbulun Taksim meydanında Xocalı soyqırımı  qurbanlarının  xatirəsinə həsr olunmuş aksiyalarda  1 milyondan artıq  insan iştirak edib.

Xocalı soyqırımını tanıyanların sayının artması Prezident İlham Əliyevin  «Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər» sözünün reallaşdığını göstərir.  44 gün davam edən müharibədə düşmənə ağır zərbə vuran Azərbaycan Ordusunun Cəbrayılı, Füzulini, Ağdamı, Kəlbəcəri,  Laçını, Qubadlını, Zəngilanı, Hadrutu, Şuşanı… işğaldan azad etməsi Xocalı qurbanlarının xatirəsinə hörmətdir. Xocalı soyqırımında əli olduğunu etiraf edən Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın «Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat etmək olar. Onlar düşünürdülər ki,  ermənilər mülki əhaliyə əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa ( stereotipə) son qoyduq»  sözlərinə, biabırçı kapitulyasiyadan dərs  almayan, başqa xəyallara düşən ermənilərə  qalib ordunun Ali Baş Komandanı   İlham Əliyevin «Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər. Heç kim bizim qabağımızda dura bilməz. Bundan sonra həmişə belə olacaq» xəbərdarlığı da    zarafat deyil, qalibə xas qətiyyətin ifadəsidir. Ermənistanın əlləri azərbaycanlıların qanına bulaşmış  sabiq və indiki rəhbərləri  Prezident İlham Əliyevin bu sözlərindən də nəticə çıxarsınlar:  «Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq.»

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Daha bir qazi yüksək texnologiyalı protezlə təmin olunur

Next

Heyvanın faydaları

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv