Yasamalda 30 yaşlı kişi bıçaqlandı
Paytaxtın Yasamal rayonu ərazisində qanlı hadisə baş verib.
ARANTV.AZ xəbər verir ki,hadisə Yasamal rayon K.Ələkbərov küçəsində baş verib. 30 yaşlı Şərifov Tapdıq İlham oğlu naməlum şəraitdə bıçaqlanaraq xəstəxanaya çatdırlıb.
Dərhal yaralıya tibbi yardım göstərilib.Yaralı ifadəsində bıçağın yıxılan zaman bədəninə batdığını bildirib.Hadisənin baş vermə səbəbləri araşdırılır.
Ölkə.Az

