Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəbhədən Xəbər

Rusiyalı deputat və ekspert Qarabağda Njdeyə abidə qoyulmasını təxribat adlandırıb

By Vüsal Rafiqoğlu
16.02.2021 2 Min Read

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov “Moskva-Bakı” resursuna faşistlərlə işbirliyində olan Njdeyə Xocavəndin işğaldan azad edilməyən hissəsində abidə ucaldılmasını şərh edərkən, bu hadisəni təxribat adlandırıb. Onun sözlərinə görə, belə təxribatlar bölgədə çətinliklə əldə olunmuş sülhü birbaşa təhdid edir.

“Məsələ burasındadır ki, Rusiya sülhməramlılarının öz səlahiyyətləri, öhdəlikləri var və onlar bu çərçivədən kənara çıxa bilməzlər. Ərazidə müəyyən abidələrin ucaldılması məsələsi də onların səlahiyyətlərinə aid deyil. Ancaq təəssüf ki, bəzi təxribatçılar bundan istifadə edərək belə abidələr ucaldır, bəziləri isə qarşı tərəfin əsəbi reaksiya göstərəcəyini öncədən bilərək təbliğat şousu təşkil edirlər. Bu cür təxribatların hələ də çox olması təəssüf doğurur. Belə hallar Rusiyada da mövcuddur. Njde abidəsinin quraşdırılması millətçiliyin, millətçi mübarizənin rəmzidir.

Xatırladım ki, bir neçə il əvvəl Krasnodar diyarında, Armavirdə Njdeyə xatirə lövhəsi qoyulmuşdu. Lövhənin yerli rəhbərliyin razılığı olmadan quraşdırıldığı ortaya çıxdı. Məsələni öyrəndikdə şəxsən bu problemlə məşğul oldum, sorğular göndərdim. Yerli səlahiyyət nümayəndələri də işə qarışdılar. Birlikdə bu lövhənin sökülməsinə nail olduq.

Düşünürəm ki, Üçüncü Reyxlə əməkdaşlıq edərək özünü ləkələyən şəxs abidəyə qətiyyən layiq deyil. Ona görə də bu abidənin Qarabağda quraşdırılmasının təxribat olduğuna inanıram. Əminəm ki, gec-tez söküləcək. Bu cür təxribatlar vəziyyəti daha da gərginləşdirir. Bölgədə yeni bərqərar olan sülhü təhrik etmək olmaz”, – deyə rusiyalı deputat bildirib.

Beynəlxalq münaqişələr sahəsində mütəxəssis Yevgeni Mixaylov hesab edir ki, indi Ermənistanın qonşuları ilə dinc yaşamaq üçün əla fürsəti olduğu halda, yenidən millətçi şüarlar və intiqam çağırışları səslənir.

“Rusiya sülhməramlılarının məsuliyyət zonasında faşist işbirlikçisi Njdeyə abidə qoyulması Rusiyaya qarşı bir tüpürcəkdir. Üstəlik, abidə müharibə bitdikdən sonra, müqavilənin imzalanmasından sonra quraşdırılıb. Bu açıq bir çağırışdır. “Ruslar gəldi – buna görə hər şeyi edə bilərik” yanaşması reallıqdan çox uzaqdır. Rusiya siyasi dairələri tamamilə fərqli bir fikirdədir.

Postsovet məkanında Rusiya Federasiyasına loyal yanaşan ölkələrdə faşistləri qəhrəmanlaşdırmaq mümkün deyil. Ancaq ortaq tariximiz sizin üçün əhəmiyyətsizdirsə, o zaman öz yolunuzla gedin və Rusiya Federasiyasından dəstək istəməyin. Əgər siz Rusiya Federasiyasından tamamilə asılısınızsa, atalarınız Sovet İttifaqının digər xalqları ilə birlikdə bütün dünya ictimaiyyəti tərəfindən qınanan faşizmə qarşı vuruşublarsa, xahiş edirəm ortaq tarixin qaydalarına riayət edin. Faşistlər tamamilə unudulmalıdır. Ancaq indiyə qədər bu baş verməyib və İrəvan, görünür, hər şeyin mümkün olduğuna inanır. O, oynayır, meydan oxuyur.

Bugünkü Ermənistan, mənim fikrimcə, ümumi tarixdən imtina etməyə, Rusiyanın onun üçün etdiklərini unutmağa qərar verib. Ermənistan tərəfindən bu cür hərəkətlərin yolverilməzliyi, nasizmin təbliğinin yolverilməzliyi barədə daha da ucadan danışmaq lazımdır. Rusiyanın məsuliyyət zonasında faşistlərlə işbirliyində olan birisinə abidə ucaltmaq nə deməkdir? Rusiya bu məsələdə öz sözünü deməlidir” – deyə ekspert qeyd edib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Nəyə görə hər gün çuğundur yemək lazımdır?

Next

Doğum xərcini ödəyə bilməyən gənc cütlüyün övladı başqasına satıldı

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv