Sosial 

Azərbaycanda məktəb direktoru şagirdin başında hicabı açaraq yerə atıb?- AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Novxanıda 1 nömrəli məktəbin direktoru Taliyə Mİrzəyevanın şagirdin başından hicabını açaraq yerə atması ilə bağlı məlumatlar yaylıb. Qeyd edilir ki, direktor “Bura siz hicablılar üçün deyil, sizi İrana sürgün etmək lazımdır” deyib.

Məsələni dəqiqləşdirmək üçün Sonxeber.az sözügedən məktəblə əlaqə saxlayıb. Məktəbin katibəsi Əliyeva Nəzakət Qurban qızı məsələ ilə bağlı açıqlama verib: “Belə söhbət olmayıb. Yayılan xəbər ağ yalan məlumatdır. Hazırda polis atılan şər-böhtanla bağlı bu işlə məşul olur”.

Daha çox xəbərlər