Bu saziş idxal rüsumu ödənilmədən ixraca imkan yaradacaq – Mikayıl Cabbarov
Türkiyə ilə Preferensial Ticarət Sazişinin 1 mart tarixindən qüvvəyə minməsi iqtisadi-ticarət əlaqələrimizi daha da genişləndirəcək.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, saziş bir sıra məhsullarımızın Türkiyəyə güzəştli şərtlərlə – idxal rüsumu ödənilmədən ixracına imkan yaradacaq.

