Sosial 

“Məni şüşə qırıntılarının üzərində sürüdülər”-Xocalı soyqırımında əsir düşən qadından TÜKÜRPƏDİCİ AÇIQLAMA – VİDEO

26 fevral Xocalı soyqırımında 8 günlük məşəqqətli əsirlik həyatı yaşayan qadının danışdıqları ürək dağlayır.

ARANTV.AZ  xəbər verir ki, o erməni girovluğunda başına gələn müsibətləri belə xatırlayır:

“Mən jurnalist olan bir kişiyə əsir düşdüm. Onu deməyə cürətim çatmadı, utandım.Gözümü açdım ki, uşaq, cavan, qadın. İlahi nə qədə adam qırılmışdı.

8 gün əsirlikdə qaldım və o mənə 80 gün gəldi.

Mənim də öz arzularım var idi.Mənim bütün arzularım puç oldum.Gənc qız kimi xoşbəxt olmaq istədim.

Mən zülümlərə məruz qaldım, təhqirlər, işgəncələrlə incidildim. Məni elə döydülər ki, huşumu itirmişəm hətta nəbzim də dayanmışdı. Məni zibillərin üstünıə atmışdılar. Əlim ayağım keyimişdi. Güclə barmağımı ağzıma saldım ağzımın suyu ilə gözlərimi açdım”

Qadın başına gələn işgəncələri göz yaşları ilə xatırlayıb.

Sözügedən videonu təqdim edirik:

 

Daha çox xəbərlər