Bu gün Əfv Komissiyasının sonuncu iclası keçiriləcək
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək.
ARANTV.AZ xəbər verir ki, iclasda əfvlə bağlı yeni müraciətlərə baxılacaq.
Trend-in məlumatına görə, komissiyanın 9 iclası keçirilib və daxil olan yeni müraciətlərin 950-dən çoxuna baxılıb.
Bu gün komissiya iclaslarının yekunlaşdırılacağı və siyahının dövlət başçısına təqdim ediləcəyi nəzərdə tutulur. Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.

