Şənbə, 27 İyn, 2026

SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı aparılıb. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, iki ölkə arasında mövcud olan strateji əməkdaşlığın gündəliyi, habelə beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət və […]

İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub

İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub. Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı mədəniyyət, elm, təhsil və idman kimi sahələrdə ənənəvi olaraq məhsuldar əməkdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb. Həmçinin ikitərəfli münasibətlərin prioritet istiqamətləri ətrafında fikir […]

İlham Əliyev Fərman imzaladı

“Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsinin təsdiq edilib. Musavat.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, “Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilməli (əlavə olunur), Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Dövlət başçısından daha bir FƏRMAN

“Yaşadıqları dövlətdən kənarda olarkən işçilərlə istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı qaydası haqqında” 1994-cü il 9 dekabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında Protokol” təsdiq edilib. Musavat.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Protokol qüvvəyə mindikdən sonra Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Xarici İşlər Nazirliyi […]

MN-in hərbi qulluqçuları təltif edildi – Siyahı

Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edilib. Musavat.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Fərəcov Təvəkkül […]

5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi – Adlar

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb. Musavat.com xəbər verir ki, Sərəncama əsasən, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib: polkovnik Rəsul Rasim oğlu Əliyevə polkovnik Elçin Rəhim oğlu Abdullayevə polkovnik Azər Əfrayıl oğlu Heybətliyə polkovnik Gülməmməd Tofiq oğlu Rzayevə polkovnik Ruslan Dünyaməddin oğlu […]