Cəbhədən Xəbər 

Gəncədə şəhidimizlə vida mərasimi keçirilir

Vətən müharibəsi zamanı Xocavənddə gedən döyüşlərdə şəhid olan Gəncə şəhər sakini, 23 yaşlı Vüsal Elşən oğlu Məmmədovla vida mərasimi keçirilir.

ARANTV.AZ-ın məlumatına görə, ötən ilin noyabrından adı itkin düşən hərbçilərin siyahısında olan və dünən şəhid olduğu bilinən Vüsal Məmmədovun nəşi ailəsinə təhvil verilib.

Hazırda yaxınlarının, ictimaiyyət nümayəndələrinin və şəhər sakinlərinin iştirakı ilə vida mərasimi keçirilir.

Şəhid Gəncə şəhər Şəhidlər xiyabanında dəfn ediləcək.

Qeyd edək ki, V.Məmmədov ailənin böyük ovladı olub. Ondan kiçik bir qardaşı var.“Report”

Daha çox xəbərlər