Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Satıcıdan şəhid xanımına jest: “Yoldaşınız pulu ödəyib” – FOTO

By Vüsal Rafiqoğlu
19.03.2021 4 Min Read

“Ödədiyim pul və “yoldaşınız pulu ödəyib, qızım” yazılmış kağız parçasını görəndə dünyam yenidən yıxıldı…”

Bu sözləri Şəhid Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova sosial şəbəkədəki hesabında yazıb.

O, təsərrüfat malları dükanında başına gələn hadisəni nəql edib:

“Farizimin yeri hər yerdə qəlbimi sarsıda-sarsıda görünür… bu gün evdə bəzi görülməsi lazım olan işlər var idi. Bunun üçün də lazım olan avadanlığı almaq üçün xırdavat mağazasına getməli oldum. Ora da ən çox kişilər gedir axı, qadınlar iki halda gedir ora… ya yoldaşı ilə nə isə seçmək üçün gedir, yada mənim kimi çarəsiz halda, evin kişisi də, qadını da mənəm deyib, məcbur olur gedib kişi işlərini görmək üçün lazım olan əşyaları alsın.
Nəysə, getdim mağazaya, qapını açdım, içəri daxil oldum… içəridə bir yaşlı qadın var idi, yoldaşı ilə işıqlara baxırdılar, seçirdilər. Qalanları kişilər idi. Hərə bir ustayla gəlib, siyahı gətirib, nə lazımdı deyirlər satıcıya, o da təşkil edir. Satıcı da 60 yaşlarında ağsaqqal bir dayı idi. Yanında da köməkçisi 18-20 yaş aralığında bir oğlan uşağı. Nəysə, növbə mənə çatdı.

“Buyur, qızım nə lazımdı?” – deyə satıcı dayı məndən soruşdu.

“Dayı, mənə evdə iş görmək üçün bəzi alətlər lazımdı”, – dedim və davam elədim… “çəkic, silikon kley tapançası ilə kəlbətin, mismar və s…” lazım olanları dedim. Dayı onları yığdıqca üzümə baxırdı diqqətlə, nəsə məyus formada. Ödənişin nə qədər edəcəyini soruşdum, məbləği dedi. Pulu ödəyəndən sonra dayı dedi:

“Qızım, olar sənə bir sual verim?” “Buyur, dayı”, – dedim.

“Bunları nə üçün alırsan, mismarın ölçüsü olur, silikon kley verdim sənə, amma nə yapışdırmaq üçün lazımdı? Yəqin evdə yoldaşın iş görür, o bilər mismarın ölçüsünü-filan, yəni ona görə deyirəm ki, səhv olmasın, əziyyət çəkib geri qaytarma bir də… zəng vur soruş, mən də bilim sənə nə verirəm, qızım”, – deyə dayı məni vadar edirdi ki, zəng vurum bu dünyada olmayan yoldaşıma…

Nə edim, necə deyim ona ki, mənim yoldaşım bu dünyada deyil, ağsaqqal, evin kişisi də qadını da özüməm, yoxsa mən nə gəzirdim burda? Qürurum imkan vermədi ki, ona yoldaşımın olmadığını deyim, Şəhid olub, bütün öhdəlikləri mənim çiyinlərimə buraxıb, bütün işi özüm görürəm, deyim… Yalandan telefonu qulağıma tutdum, guya ki, zəng edib soruşuram… yaxşı ki, mismarın ölçüsünü-filan o anda yadıma sala bildim.

Sən demə, dayı hiss edibmiş, tanıyıbmış məni, amma biruzə vermirmiş… xülasə, bu dünyada olmayan Farizimlə yalançı danışığımı bitirdim. Dedim, dayı, 50-lik mismar lazımdı, kley də oboyun qıraqlarını yapışdırmaq üçün…” Dayı başa düşdüyünü işarə etdi, gedib dediyimə uyğun lazım olanları gətirdi.

Çıxanda gördüm, dayı nəsə bir telefonuna baxır, bir mənə, ağsaqqalın gözləri dolub… Dedi, “bala, bir dəqiqə gözlə…” Gözlədim… nəsə özünü pis hiss etdiyini anladım… “Yaxşısız, dayı?” – sual verdim. “Yaxşıyam, narahat olma, qızım”, – dedi, əlini atdı kassaya, ödədiyim pulu geri qaytardı mənə…
“Bu nə deməkdir, dayı? Niyə qaytardız mənə pulu?” – soruşdum.

“O pul ödənilib, qızım”, – cavab verdi… anlamadım, düşündüm ki, yəqin kimsəsiz olduğumu hiss edib, pis olub…

Pulu özünə qaytardım: “Yox, dayı, çox sağolun, özüm ölməmişəmki, kimsə ödəsin…”

Düzü mənə pis gəldi bir az… Dayı pulu götürdü, amma heç nə demədi. Üzümə baxmaq istəmirdi nədənsə… mən də pis oldum, öz-özümə qəhər məni boğdu ki, Allahım, mənim kimsəsizliyim bu qədərmi bəlli olur? Axı mən biruzə verməməyə çalışıram…

Birdən dayı söhbətə başladı: “Bala, bir şey deyim sənə… mən səndən mismarın ölçüsünü-filan, özüm qəsdən soruşdum ki, görüm necə deyəcəksən? Telefonu yalandan qulağına tutdun, özün-özünlə danışırdın… hiss elədim bunu… Səni tanıyıram, qızım. Səni görmüşəm çəkilişlərdə… Bayaq telefonumu ona görə götürdüm ki, bir də baxım, görüm həmin çəkilişdəki qızsanmı, yoxsa oxşatmışam? Həmin qız imişsən, Şəhid Farizin yoldaşı… sən təkliyini hiss etdirmək istəmədin, qızım… sənə sözüm yoxdu…” – gözləri dolmuş halda başını aşağı saldı.

Bu sözlər mənə bir ox kimi dəydi… Elə pis oldum ki… ağlamayacam, dedim, nə fayda, onda gördüm ki, göz yaşlarım hicabımı isladıb artıq… Necə pis olmuşamsa, göz yaşlarım məndən ixtiyarsız öz bəndini qırıb… üzümü çevirib gözlərimi sildim, ağladığımı görməsin.

Sağollaşıb mağazadan uzaqlaşdım, gəldim evə… Xeyli də evdə ağlamışam, çöldə ürəyimi boşalda bilmədiyimə görə divarlardı mənim sirdaşım. Dərdimi onlara danışıb ağlayıram. Bir az özümə gəldim… Torbanı açdım ki, işimə başlayım… və orda gördüklərim məni yenidən yıxdı…. ödədiyim pul və üzərində “yoldaşınız pulu ödəyib, qızım” yazılmış bir kağız parçası…

Dünyam yenidən yıxıldı sanki… onu görəndən sonrakı halımı yəqin ki, hər kəsə təsəvvür edər…”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Anar Kərimov xalq artistini evində ziyarət edib – FOTO

Next

Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının ölkəmizdəki səfirləri ilə görüşüb – FOTO

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv