Gürcüstanda koronavirusa yoluxanların sayı 278 mini ötüb
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 528 yoluxma halı qeydə alınıb, 4 nəfər ölüb.
ARANTV.AZ APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 278 178, xəstəlikdən ölənlərin sayı isə 3 714 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 270 668 nəfərin sağaldığı bildirilir.

