Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Ərəblərə yem olmaq…

By Vüsal Rafiqoğlu
26.03.2021 2 Min Read

Özündən göyərçin düzəldən şahinə yem olacaq.
İtaliya atalar sözü

Ərəblər haqqında əksərimizin təəssüratı yanlışdır, elə bilirik ki, onlar dünyanı görməyiblər, heç nə bilmirlər, sadəcə bizim yurdumuza gəlib qadınlara cumurlar, ov ovlayırlar, quş quşlayırlar.

Amma unutmayaq ki, bura gələn ərəblərin çoxu Londondan, Parisdən usanan, Amerikaya uçmağa ərinən, onlarla ölkədə hər cür həzzi dadmış, daha fantaziyalarını Saatlının çöllərinə, İmişlinin bozluğuna sığışdıranlardır.

Onların arasında bizim ölkənin reklamını öz televiziya kanallarında görüb sonra bura axışanlar da var, başqa maraqlar ardınca gələnlər də… Gətizdirilənlər də…
“Ərəb turizmi” bütün dünya ölkələri üçün maraqlıdır. Siz onların çoxunu muzeylərdə, tarixi abidələrdə rast gəlməzsiniz. Musiqi, qadın, tüstü, əyləncə olmayan yerlərdən uzaq qaçırlar.. Elə danışırlar ki, sanki hərfləri qarqara edirlər.

Ərəblər möcüzəyə inamlarını heç zaman itirməyiblər, “Min bir gecə” nağıllarını yada salın, nikbin sonluqla bitən nağılları. Həmin nağıllarından da görünür ki, ərəblər zövq aşiqidirlər və həzlərini “min bir gecəyə” qədər uzatmağı, yəni əbədiləşdirməyi sevirlər. Ölkəmiz isə bəzi ərəblər üçün həmin əbədiyyətin bir anıdır…

Orta əsrlərdə ərəblər yerlərimizə – torpaqlarımıza göz dikmişdilər, indi isə göyümüzə… Onda torpaqlarımızı qana bulayırdılar, indi səmamızı…

Neçə illərdir ki, kasıb azərbaycanlıların cibləri göyərçinləri, bəzgəkləri ərəblərə satmaqla pul görür, hətta ovlaq yerlərini onlara nişan verməklə evinə çörək aparan yurddaşlarımız da var.

Sadəcə, məni bu acınacaqlı situasiya düşündürür: Təsəvvür edin, quşu diri tutmaq necə çətindir. Sonra onu qoruyub sağ-salamat ərəbə çatdırmaq. Axırı da məlum…
Bir dəfə bu sarsaq işdən çörəyi çıxanlar biri danışırdı ki, quşları diri tutub ərəblərə veririk. Əvvəl bəzgəyi 30 manata satırıq, sonra deyirik, bəzgək yoxdur, tapılmır. Beləcə guya bəzgək yağlı əppək olub çəkilir göyə. Nəticədə quşların qiyməti qalxır. Beləcə həzz sarıdan aclıq çəkən ərəblər bir bəzgəyə yüz dollar verirlər. Bizimkilərin çörəyi də bundan çıxır. Hərə öz masştabında ərəbdən daha artıq pul qoparır… Ofisiant, taksi sürücüsü, tərcüməçi, bələdçi, satıcı…  Vicdanlılar istisnadır…

Absurd o yerə gəlib çıxıb ki, ərəblər göyərçinlərimizi, bəzgəklərimizi havaya buraxıb təyyarələrdə gətirdikləri pasportlu şahinlərinə ovladırlar.

Amma məni üzən, kədərləndirən quşlarımızın aqibətidir.

Haçana qədər bizim bəxtimizə yem olmaq düşəcək?

Nə vaxta qədər bizimkilərin çörəyi özümüzün olanları yem etməkdən çıxacaq?

Varımızı ov, vətənimiz ovlaq etmək əbədi alın yazımızdırmı, yoxsa?

Bu xoşagəlməz, qanunsuz əməllərinə görə bəzən ərəbləri cərimələyirlər. Qanunlarımız  isə sadəcə onlardan bir-iki bəzgəyin pulunu alır… Qafqazinfo.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu azərbaycanlı müğənni gözəllik salonunda işləyir

Next

Hindistanda xəstəxanadakı yanğın nəticəsində 6 nəfər ölüb

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv