Əsas səhifə 

Prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni inşa olunan xəstəxananın açılışında iştirak edib

ARANTV.AZ xəbər verir ki, yanvarın 14-də Prezident İlham Əliyev və birinci xanim Mehriban Əliyeva paytaxtın Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışında iştirak ediblər.

Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışında iştirak etmək üçün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  paytaxtın Qaradağ rayonunun Qobustan qəsəbəsinə gəldilər.

Qaradağ rayon İcra hakimiyyətinin başçısı Süleyman Mıkayılov və 17 saylı birləşmiş şəhər xəstəxanasının baş həkimi, əməkdar həkim Elmira Rafailova görülən işlər barədə məlumat verdilər. 60 çarpayılıq 4 mərtəbəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində təcili yardım stansiyası və digər binalar inşa olunub, zəruri infrastruktur yaradılıb. Xəstəxananın yerləşdiyi ərazinin ümumi sahəsi 1,4 hektar, xəstəxana binasının ümumi sahəsi isə 8 min kvadratmetrə yaxındır.

Bu bina  1955-ci ildən xəstəxana olaraq fəaliyyətə başlamışdır. Xəstəxana binalarının yararsız vəziyyətdə olmasını nəzərə alaraq Prezident İlham Əliyevin 06 aprel 2011-ci il tarixli sərəncamı ilə Qobustan qəsəbəsi 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının yenidən qurulması üçün maliyyə vəsaiti ayrılıb. Aparılan inşaat işləri zamanı həmin il köhnə xəstəxananın yerləşdiyi binalar tam sökülüb və bu binaların yerinə müasir standartlara cavab verən yeni xəstəxana binası inşa edilib.

Xəstəxana binasında ümumi qəbul, funksional diaqnostika, pediatriya, mama-ginekologiya, travmatologiya, cərrahiyə və doğum, stasionar şöbələri, rentgen, terapevt, EKQ, otorinolorinqoloq, oftalmoloq, stomatoloq kabinetləri, əczaxana fəaliyyət göstərəcək. Tibb müəssəsində eyni zamanda ümumi terepiya, reanimasiya şöbələri, böyüklər və uşaqlar üçün palatalar, laboratoriyalar yaradılıb. Xəstəxananın hemodializ və fizioterapiya şöbələrində müasir avadanlıq quraşdırılıb. Xəstəxananın bütün şöbələri və bölmələri arasında birbaşa əlaqələr mövcuddur. Bu isə həm həkimlərin, həm də xəstələrin rahatlığını təmin etmək baxımından böyük rol oynayır. Xəstəxana binasında istirahət və gözləmə guşələri də yaradılıb. Tibb müəssisəsinin müşavirə zalı və yeməkxanası da var. Xəstəxana binasi yüksək zövq və keyfiyyətlə insa olunub. Tibbi heyət köhnə xəstəxana binasında gün ərzində 80-90 xəstəyə xidmət göstərə bilirdisə, yeni binada gün ərzində 200-300 xəstəyə tibbi xidmət göstərmək mümkündür. Yeni xəstəxana binasının istifadəyə verilməsindən sonra burada 200-250 nəfər həkim, orta və kiçik tibb personalı, yardımçı işçilərin işlə təmin olunması nəzərdə tutulur.
Səhiyyə sisteminin təkmilləşdirilməsi, bu sahənin müasirləşdirilməsi və inkişafı son illərdə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində mühüm yerlərdən birini tutur.
Heydər Əliyev Fondu səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinə dəyərli tohfələr verir. Fəaliyyəti dövründə Fondun təşəbbüsü ilə müxtəlif səhiyyə müəssisələrinin, o cümlədən xəstəxanaların, Müalicə Diaqnostika, reabilitasiya Mərkəzlərinin, poliklinikaların inşası hıəyata keçirilib, səhiyyə ocaqları əsaslı təmir olunub və lazımi avadanlıqla təmin edilib. Fondun  gələcəyimiz olan uşaqların sağlamlığı üçün atdığı addımlar görülən işlərin tərkib hissəsidir. Diabetli uşaqlara ən yüksək qayğı, talassemiyasız həyat naminə layihələr və Fond tərəfindən icra olunan  digər tədbirlər ilk növbədə vətəndaslarimizin sağlamlığının qorunması,  usaqlarin saglam boyumesi  kimi mühüm və nəcib məqsədə xidmet edir. Bu gün Azərbaycanda səhiyyənin inkişafı bir çox sahədə özünü aydın büruzə verir. Bu, istər yeni tibb ocaqlarının inşası, istər mövcud xəstəxana və tibb mərkəzlərinin bərpası, istərsə də tibb müəssisələrinin ən müasir avadanlıqla təchiz edilməsində özünü daha qabarıq göstərir. Bütün bunlar sübut edir ki, Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi istiqamətində icra edilən layihələri dövlətimizin başçısı daim nəzarətdə saxlayır. Bu layihələr eyni zamanda vətəndaşlarımızın məhz ölkəmizdə yüksək səviyyəli tibbi xidmətlərdən yararlanması ilə bağlı görülən mühüm işlərin davamlı olduğunu göstərir.

Sonra prezident İlham Əliyev tibb müəssisəsinin kollektivi ilə görüşdü.

Son illərdə müasir tibb müəssisıələrinin yaradılması, mövcud tibb ocaqlarının yüksək səviyyədə yenidən qurulması  Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sisteminin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində icra edilən layihələrin mühüm tərkib hissəsidir. Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin 17 saylı birləşmiş şəhər xəstəxanasının müasir səviyyədə yenidən inşa olunması sübut edir ki, bu istiqamətdə görülən işlərin həcmi ildən ilə daha da artır.

Daha çox xəbərlər