Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Tarixi qələbəmiz regional əməkdaşlığın yeni mərhələsinə keçidi şərtləndirib – Səttar Möhbalıyev

By Vüsal Rafiqoğlu
15.04.2021 3 Min Read

“Azərbaycan Cənubi Qafqazda yaratdığı yeni reallıqlarla həm də regionun tarixində yeni bir səhifə açdı. Artıq region ölklərinin və qonşu dövlətlərin qarşısında tamamilə yeni, daha perspektivli inkişaf istiqamətləri açılıb. Əlbəttə ki, bu imkanlardan yararlanmaq üçün beynəlxalq əməkdaşlığın qurulması lazımdır. Azərbaycan isə hər zaman konstruktiv əməkdaşlığın tərəfdarı olub. Aprelin 13-də ADA Universitetində keçirilmiş “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda səslənən fikirlər də bunu bir daha təsdiq etmiş oldu.”

ARANTV.AZ  xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan xalqı öz Qələbəsini dövlətimizin iqtisadi və siyasi gücü, eləcə də beynəlxalq nüfuzunun xüsusilə son illər artması nəticəsində əldə etmişdir: “Qarabağ mövzusu həmişə ölkənin bütün gündəliklərində olub. Bütün beynəlxalq tədbirlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyev Dağlıq Qarabağ məsələsini hər zaman prioritet edib və bütün bu illər ərzində dünyanın ən mötəbər kürsülərindən etdiyi bütün çıxışlarında dövlətimizin başçısı bu məsələni daima önə çəkib. Lakin rəsmi İrəvan bütün bu illər ərzində Azərbaycanın dəyişildiyini və gücləndiyini dərk edə bilmədi. Buna görə də indi Ermənistan məğlub və misgin bir ölkəyə çevrilmişdir. Azərbaycanın Qələbəsi isə həm ölkəmizin, həm də regionun inkişafında yeni bir mərhələ açıb. Lakin möhtərəm Prezidentimizin də dediyi kimi, inkişafın əsası sabitlikdir. İnkişaf üçün Azərbaycan daxilində, eləcə də sərhədlərdən kənarda stabilliyə ehtiyac var. Təbii ki, Azərbaycan riskləri minimallaşdırmaq üçün müvafiq addımlar atacaq. Azərbaycanın Qoşulmama Hərəkatında götürdüyü öhdəliklər və bu əsasla regionda yaratdığı yeni əməkdaşlıqlar dövlətimizin böyük uğurudur. Buraya Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İran üçtərəfli əməkdaşlığı daxildir və əməkdaşlıq formatları regional stabilliyə misilsiz töhfədir.

Səttar Möhbalıyev daha sonra vurğulayıb ki, Azərbaycanın indiyədək bütün məsələlərdə konstruktiv mövqe sərgilədiyi və beynəlxalq hüququn tərəfdarı olduğu da konfrans iştirakçıları tərəfindən birmənalı qəbul edilib: “Konfrans iştirakçıları da öz çıxışlarında qeyd etdilər ki, Azərbaycan innovasiya, texnologiya və taktika ilə yanaşı, misilsiz cəsarət nəticəsində həlledici Qələbə qazanmışdır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təmkinli şəkildə müharibə apardı. Qarşı tərəfin mülki infrastrukturuna zərər və mülki vətəndaşlar arasında itki minimal səviyyədə olmuşdur. Azərbaycan Prezidenti müharibənin hərbi fazasını Şuşadakı Qələbəmizdən sonra dayandırmaqla dərin strateji baxış nümayiş etdirdi. Müharibə zamanı vurğulanan hədəflər, əslində, illər boyu aparılmış danışıqların, ilkin razılaşmaların, 2009-cu ildə razılaşdırılmış baza prinsipləri ilə uzlaşır. Həmçinin İkinci Qarabağ müharibəsinin yenidən qabarıq formada üzə çıxardığı məqamlardan biri də Azərbaycanın həqiqətən tolerant və multikultural bir ölkə olmasıdır. Azərbaycan burada yaşayan bütün xalqların doğma Vətənidir və Azərbaycan çoxmillətli ölkədir. Vətən müharibəsi zamanı bütün etnik qruplardan olan insanlar son damla qanlarınadək tək düşmənə qarşı vuruşublar. Azərbaycan həmişə konstruktiv mövqedə olub, danışıqların simulyasiyasına etiraz edib. Ölkəmiz münaqişənin həlli yollarının tapılmasında hər zaman maraqlı olub, çünki biz münaqişədən əziyyət çəkən tərəf olmuşuq. Lakin bu gün biz artıq bu çəkdiklərimizin hesabını tələb etmək iqtidarındayıq və bunu edirik. Azərbaycan rəsmi İrəvandan “İsgəndər-M” raketi ilə bağlı açıqlamaları tələb edir və biz bu cavabı alacağıq. Ermənistandan fərqli olaraq Azərbaycan müharibə dövründə də məsuliyyətli ölkə kimi davranıb. Müharibə zamanı hərbi qulluqçularımız tərəfindən bir nəfər belə olsun mülki vətəndaşlara zərər yetirilmədi. Ermənistan tərəfində mülki əhali arasında 40 nəfərdən az tələfatın olması bunun açıq sübutudur.”

Həmçinin Səttar Möhbalıyev qeyd edib ki, Prezident İlham Əliyevin tarixi həqiqətlərin təhrif olunmasının yolverilməzliyinə dair konfransda səsləndirdiyi fikirlər Ermənistanın bəzi revanşist əhval-ruhiyəli dairələrinə ünvanlanmış sərt xəbərdarlıq nesajı kimi qəbul olunmalıdır: “Möhtərəm dövlət başçımızın öz çıxışında toxunduğu tarixin təhrif olunması məsələsi son dərəcə vacib məqamlardan biridir. Bu gün münaqişədən sonrakı mərhələ barədə danışıqlarda iştirak edəcək bütün tərəflər başa düşməlidirlər ki, məhz bizim ərazilərimiz 30 il işğal altında qalıb. Cənab Prezidentimizin də dediyi kimi, münaqişənin tarixi təhrif olunmadan xalqın yaddaşında qalmalıdır. Xüsusilə gənc nəsil tarixi həqiqətləri olduğu kimi bilməlidir. Gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilməlidir. Azərbaycan ümumi gələcək naminə konstruktiv addımlar atmağa hazırdır, lakin Ermənistan ordusu tərəfindən törədilmiş vəhşiliklər də xalqımız tərəfindən heç zaman unudulmayacaq. Və əgər Ermənistanda kimlərsə yenə də revanşist şüarlar səsləndirməyə qalxarlarsa, bu, erməni xalqına daha böyük bədbəxtliklərdən başqa heç nə gətirməz”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sabiq erməni nazir koronavirusdan öldü

Next

Böyük futbola ehtiyac olmayanda: Sumqayıtda stadionun ortasından yol çəkildi – VİDEO

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv